Narko syasət haqqında HRW-nın hesabatını Marşalpress manipulativ yayımlayır

მარშალპრესი share
44
VIEWS

“Marşalpress”in başlığı manipulyasiyadır, çünki o beynəlxalq təşkilat hakimiyyəti effektiv ictimai səhiyyə tədbirlərinə fokuslanmağa çağırdığı halda HRW-nin rekomendasiyalarını təhlükə ilə eyniləşdirir. Materyalda heç HRW-nin yüngül narkotik vasitələrin cinayət işi hüququ əvəzinə inzibati qaydada cəzalandırılması barədə çağırışının əksər sosial şəbəkə istifadəçilərinin etirazlarına səbəb olması təsdiq də  olunmur.

Human Rights Watch-ın hesabatında nə yazılıb?

HRW 2018-ci il avqust ayının 13-də yayımladığı “Nümunəvi cəza: Gürcüstanın repressiv narkosiyasətinin ağır insani nəticələri”  hesabatında (gürcü dilində  buradan oxuya bilərsiniz)Gürcüstanda mövcud olan sərt narko siyasəti nəzərdən keçirir. Hesabatda qeyd olunub ki, bu siyasət ictimai sağlamlığa yönəlmiş münasibət əvəznə cinayət işini prioritet edir.

HRW eyni zamanda bəzi hallarda narkotiklərin şəxsi istifadə məqsədi ilə saxlanmasının qətl (7-dən 15 ilə qədər) və təcavüz (6-dan 8 ilə qədər) kimi zorakı cinayətlərdən daha çox həbs nəzərdə tuta bilməsi faktını da qeyd edir.

HRW-nin yanaşmasına görə, sərt narko siyasət cəmiyyətin təhlükəsizliyi üçün effektiv siyasət deyil. HRW hesab edir ki, sərt narko siyasətə xərclənən resurslar (aşkarlamaq, həbs etək, məhkəmə, cəzalandırmak, azadlıqdan məhrum etmək, nəzarət) faydadan daha çox ziyan verir.

Hesabatda narkotikdən aslılığın istifadəçiyə və onların ailə üzvlərinə vurduğu ziyan aydın şəkildə qeyd olunub.

HRW: “narkotiklərin az miqdarda saxlanması və istifadəsinin dekriminallaşdırılması narkotikdən aslılığın narkotik istifadəçilərinə və onların ailə üzvlərinə verdiyi ziyana göz yummaq demək deyil. Əksinə bu narkotikləri problemli istifadəsininin qarşısını almaq məqsədi ilə effektiv tədbirlərə, narkotikin gətirdiyi ziyanı azaltmağa və narkotiklərdən aslılıqdan azad olmaq istəyən insanlara dəstək etmək baxımından daha artıq fokuslanma tələb edir. Sonda sadalanan əhəmiyyətli məqsədlərə cinayət işi hüququ ilə çatma olmaz və bunun əvəzinə bu cür insanlara əlavə zərər və ziyan vurur.”

Bundan əlavə hesabatda altından xətt çəkilərək bildirilir ki, HRW Gürcüstan hakimiyyətini leqalizasiyaya yox, narkotikdən aslılığın qarşısını almağa və məğlub etməyə, eyni zamanda vurduğu ziyanı azaltağa yöəlik effektiv ictimai səhiyyə tədbirlərinə fokuslanmağa çağırır.

თემატიკა: Hüquq/Kriminal
Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist