Ruhani şəxsin guya dünya patriarxının Patriarxlığı Abxaziya və Tsxinvali kilsələri ilə şantaj etməsi haqqında manipulyasiyası

222
1.2k
VIEWS

Nyabr ayının birində Avcalanın Ketevan Tsamebuli məbədinin ruhanisi Qiorqi Razmadze “Gürcüstan və Dünya üçün” verdiyi  müsahibəsində bildirdi ki, əgər Gürcüstan Patriarxlığı Ukrayna kilsəsinə avtokefaliya verilməsi qərarı ilə razılaşarsa Konstantinopl Abxaziya və Tsxinvali kilsəsinin Gürcüstanın avtokefaliyalı kilsəsinin çərçivəsində qalmasını dəstəkləyəcək. Onun sözlərinə görə, Gürcüstan kilsəsini ilə dünya patriarxlığı məhz Abxaziya və Tsxinvali kilsələrinin məsələsi ilə təhdid və şantaj edir.

Qiorqi Razmadzenin guya Dünya patriarxlığının Ukraynaya avtokefaliyanın verilməsi qərarı ilə bağlı Gürücstan kilsəsini Abxaziya və Tsxinvali kilsələri ilə şantaj etməsi haqqında  bəyənatı manipulativdir. Dünya patriarxlığı Gürcüstan kilsəsinin sərhədini 1990-cı il mövcud olan Gürcüstan Respublikası ərazisi çərçivəsində tanıyır, bu isə Abxaziya və Tsxinvali bölgələrini də əhatə edir. Bu sərhədlərə qarşı dəstəyini dünya patriarxı Bartlomeis 2017-ci ildə də ictimai şəkildə də ifadə etdi. Abxaziya və Tsxinvali ərazisində Gürcüstan kilsəsinin fəaliyyətinə mane olan sadəcə bir kilsə var, o da Rusiya kilsəsidir.

Dünya kilsəsi Gürcüstan kilsəsinin sərhədlərini 1990-cı il üçün mövcud olan Gürcüstan Respublikasının ərazisi çərçivəsində qəbul edib, bu da Abxaziya və Tsxinvali bölgəsini də nəzərdə tutur. 1990-cı ildə dünya patriarxı Grcüstan afvtokefal kilsəsinə sertifikt verdi, sertifikatda Gürcüstan kilsəsinin statusu ilə yanaşı ərazi də göstərilib və bu ərazi Abxaziya ilə Tsxinvali bölgəsini də əhatə edir. Konstantinopl patriarxı tərəfindən Gürücstan üçün verilmiş sertifikatda qeyd olunub:

“… Qafqazın xeir dua verilmiş torpağında hal-hazırkıGürcüstan Respublikasının sərhədlərinə daxil olan qədim zamanlardan özünü idarəe etmə və azad idarəetməyə və müvafiq olaraq kilsə idarəetmə orqanı da malik olan müqəddəs və provaslav kilsə”.

2017-ci ildə İmedi televiziyası üçün verilmiş müsahibədə dünya patriarxı Bartlomeos qeyd edib ki, dünya patriarxlığı Abxaziya və Tsxinvali bölgəsini Gürcüstan kilsəsinin tərkibində hesab edir. O xüsusi ilə qeyd etdi ki, bütün kilsələr başqa kilsələrin sərhədlərinə hörmət etməlidirər, eyni zamanda qeyd etdi ki, Rusiya kilsəsi tərəfindən Abxaziyada rühanilərə rütbənin verilməsi problemdir.

Dünya patriarxlığının Ukrayna kilsəsi üçün aftokefaliya verilməsi məsələsi ilə bağlı Gürcüstan kilsəsindən mövqe göstərməsini rəsmi olaraq istəməyib. Kilsə üçün aftokefaliyanın verilməsi haqqı sadəcə Konstantinopl patriarxlığına aiddir.

Gürcüstan provaslav kilsəsinin diakonu İrakli Cincolava “Tabulada” yayımlanmış  məqalədə bildirir ki, Konstantinopl patriarxlığı Ukrayna kilsəsinə avtokefaliyanın verilməsi məsələsi ilə bağlı Gürcüstan kilsəsndən hansısa mövqe göstərməsini, istərsə dəstək olsun istəməyib. O elə özünün qanuni normaları çərçivəsində danışıqlar aparır və kilsələri məlumatlandırır.

Abxaziya və Tsxinvali ərazisində Gürcüstan kilsəsinin fəaliyətinə mane olan yeganə kilsə Rusiya kilsəsidir. Abxaziya və Tsxinvali bölgəsində Rusiyanın işğalçı rejimi gürcü kilsəsini fəaliyyət göstərməyə  icazə vermir, gürcü kilsəsini -məbədlərini məqsədyönlü şəkildə dağıdır və mədəni-tarixi abidələrdə olan izi silir. Bu ərazilərdə dini fəaliyyət göstərməyə sadəcə Rusiya kilsəsi və onun tərəfindən idarə olunan keşişlər maneəçilik edir.

ABŞ Dövlət Departamentinin 2017-ci ilin hesabatında dini azadlıq haqqında qeyd olunub ki, Rusiya tərəfindən Gürücstanın işğal edilmiş ərazilərində Abxaziya və Cənubi Osetiya bölgəsində Gürcüsan provaslav kilsəsinin dini fəaliyyətin icrası üçün imkanı yoxdur. Rusiya hərbi gücləri isə təlimlər keşmək üçün yolun təmizlənməsi məqsədi ilə Cebelda kəndinin kilsəsini uçurublar. Gürcüstan İctimai Müdafiəçisinin hesabatlarında da qeyd olunub ki, Abxaziyada mövcud olan gürcü məbədlərində gürcü dilində ibadət qadağandır, etnik gürcü ruhani şəxslərə qarşı isə fiziki təzyiq edir. Hesabata əsasən işğal olunmuş ərazilərdə kilsə-monastrlar və digər mədəni-tarixi abidələrdə gürcü izinin məqsədyönlü silinməsi intensiv hal alıb.

Netqazetə verdiyi  müsahibəsində dekanoz İlia Ciğladze qeyd edir ki, separatçıların Sxum-Abxaziya epirkoposu Danieli (Datunashvili) və gürcü rühanilərini Abxaziyadan sürgün etdikdən sonra 1993-cü ildən Sxum-Abxaziya Yeparxiyasını Moskva patriarxlığı qanunsuz olaraq de-fakto idarə edirdi və edir, hələ Stavrpol Yeparxiyası vasitəsi ilə, daha sonra isə yeni təsis olunmuş Maikopi və Adiğe Yeparxiyasının yepiskoposu tərəfindən.

Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist