Konstantine Qamsaxurdiyanın iddiası tikilən binaların çoxunun iranlılara və ərəblərə aid olması ilə bağlı əsassızdır

koko-3 (1)
58
VIEWS

“Alia” qəzeti 2018-ci ilin 9-15 iyul sayında Konstantine Qamsaxurdiyanın sosial şəbəkədə etdiyi bəyanatı, yayımlandı. O bəyanatda qeyd edir ki,  tikilməkdə olan binalarda binaların əksəriyyəti iranlılara, eyni zamanda ərəb ölkələrindən gələn şəxslərə aiddir və 35 min dollar investisiya qoyan hər kəsə Gürcüstanda yaşamaq haqqı verilir.

Konstantine Qamsaxurdia: “Binalar tikilir, bu binalarda evlərin əksəriyyəti İrandan və ərəb ölkələrindən müvəqqəti və ya nisbətən uzun müddətə ölkəmizə gələn şəxslərə verilir. Onların hamısının Gürcüstanda yaşamaq haqqı və ya vətəndaşlığı var. İş nədədi? İş ondadır ki, müəyyən olunan qaydaya əsasən Gürcüstanda yaşamaq hüququ 35 000 dollar sərmayə qoyan hər kəsə verilir. Sadaladığım ölkələrin vətəndaşlarının isə 35 000 dollar arabalarının bardaçokunda durur. Misal üçün, Almaniyanın xaricilər ilə bağlı hansı nizamlaması var? Orada yaşamaq haqqı qazanmaq üçün 35 000 avroluq sərmayə qoymalısan. Həm də xarici sərmayədar kimi minimum 10 alman vətəndaşını işlə təmin etməlisən. Bizdə isə oxşar xaricilər daha çox gecə kulubları, otellər və eqzotik restoranlara sərmayə qoyurlar. (35 000 min və daha artıq) nə də Gürcüstan vətəndaşlarına iş vermirlər – öz kadrlarını gətirirlər.

1. Guya tikilməkdə olan binalarda evlərin əksəriyyətinin iranlılara və ərəb ölkələrinin nümayəndələrinə aid olması ilə bağlı bəyanat yanlış yönləndirir, ünki ictami reyestr məlumatlarına əsasən ən çox ev 2012-2016-cı illərdə Rusiya vətəndaşlarına satılıb (51%), İran vətəndaşlarının hissəsi isə 2.6%, iraqlılarınkı isə 1.5%-dir.

Xarici ölkə vətəndaşları tərəfindən Gürcüstanda daşınmaz əmlak alınması haqqında məlumatı Gürcüstanın Miqrasiya məsələləri üzrə Hökumət Komissiyası tərəfindən hazırlanmış 2017-ci ilin miqrasiya  profilindən əldə edirik. Qeyd olunan sənəddə 2012-2016-cı illərin məlumatları ictaimai reyestrə istinadən göstərilib.

Qeyd olunan məluatlara əsasən 2012-2016-cı illərdə xarici ölkə vətəndaşları Gürcüstanda mülkiyyət hüququ ilə 15317 mənzil qeydiyyat etdiriblər, elə həmin dönəmdə Gürcüstanda toplam 2691313 daşınmaz əmlak qeydiyyata alınıb. Bu dönəmdə xarici ölkə vətəndaşları tərəfindən Gürcüstanda satılan daşınmaz əmlak(mənzillər/evlər, kənd təsərrüfatı və qeyri kənd təsərrüfatı tormaqlar) 34024-dür, bu da Gürcüstanda satılmış daşınmaz əmlakın 1.3%-indəən artıq deyil.
"

2012-2016-cı illərdə xarici ölkə vətəndaşları arasında Gürcüstanda mənzilləri ən çox sayda Rusiya vətəndaşları alırlar (51%), İran(2.5%) və İraq(1.5%) vətəndaşları bu dönəmdə 399 və 236 vahid daşınmaz əmlak alıblar və müvafiq olaraq mülkiyyətində daşınmaz əmlak qeydiyyat olunmuş xarici ölkə vətəndaşları arasında 9-cu və 10-cu yerləri bölüşürlər. Digər ərəb ölkəsi vətəndaşları tərəfindən alınan evlərin sayı o qədər azdır ki, 10-luğa düşə bilmədilər.
"

2012-2016-cı illərdə Gürcüstanda xarici ölkə vətəndaşları Gürcüstanda 15317 bina alıblar.
"

2. Eyni zamanda guya 35 000 dollar əvəzində Gürcüstanda yaşamaq haqqının hamıya verilməsi haqqında iddia da yanlış yönləndirir. Çünki gürcüstan hökumətinin qərarı ilə ölkədə sərmayə yaşama icazəsi ola bilər ki, 300 000 lari dəyərində sərmayə yatıran xarici ölkə vətəndaşına verilə bilər, 35000 dollarlıq daşınmaz əmlak aldıqda isə (kənd təsərrüfatı təyinatlı torpaqdan başqa) yalnız müvəqqəti, 1 illik yaşama icazəsi ala bilər.

Gürcüstan Hökumətinin №520-ci qərarının 11-ci maddəsinə əsasən, Gürcüstanda yaşamaq haqqını xarici sərmayə yaşama haqqı əsasında ala bilər, lakin qeyd olunan qərar müəyyən edir ki, bunun üçün 35 min dollar yox, 300 000 lari sərmayə qoymaq lazımdı.

2014-cü il Gürcüstan Hökumətinin №520-ci qərarına əsasən xarici xarici ölkə vətəndaşları üçün yaşamaq haqqının verilməsinin müxtəlif əsasları var: əmək yaşamaq haqqı; təhsil yaşama haqqı; ailə birləşməsi məqsədi ilə yaşama icazəsi; Gürcüstanın keçmiş vətəndaşının yaşamaq haqqı; vətəndaşlığı olmayan şəxsin yaşama icazəsi; xüsusi yaşama icazəsi; daimi yaşama icazəsi; sərmayə yaşama icazəsi; müvəqqəti yaşama icazəsi; qısa müddətli yaşama icazəsi.

Qeyd etmək lazımdır ki, Gürcüstanda yaşamaq icazəsi almaq üçün maliyyə meyarları sərmayə yaşamaq icazəsindən başqa eyni zamanda qısa müddətli yaşamaq icazəsi də nəzərdə tutur. 2015-ci ildən qısa müddətli yaşamaq icazəsi Gürcüstan ərazisində Gürcüstan qanunvericiliyi ilə müəyyən olunuş qaydada bazar dəyəri 35000 ABŞ dollarının lari ilə ekvi valenti dəyərində daşınmaz əmlak üzərində (kənd-təsərrüfatı təyinatlı torpaq sahəsindən başqa) mülkiyyət hüququ olan xarici ölkə vətəndaşlarına verilir. Qeyd olunan oturma icazəsi sadəcə bir illik verilir.

İnvestisiya oturum icazəsi və qısa müddətli yaşamaq icazəsi arasında böyük fərq var. Bundan əlavə birinci sərmayənin icrasını nəzərdə tutur, ikinci isə əmlaka sahib olmağı.Qısa müddətli yaama icazəsinin verilməsi 6 aydan 1 ilə qədər, sərmayə yaşamaq icazəsinin verilməsi isə müddətsiz olur və onun sahibinə Gürcüstanda daimi yaşamaq haqqı verir.

Bununla yanaşı, Gürcüstanda sərmayə və qısa müddətli ya.ama icazəsi alan xarici ölkə vətəndaşlarının sayı olduqca azdır.

Dövlət xidmətlərinin inkişafı agentliyinə əsasən 2012-2016-cı illərdə qısa müddətli yaşamaq icazəsini 690 insan, sərmayə yaşamaq icazəsini isə 363 nəfər alıb. Qısa müddətli və ya sərmayə yaşamaq icazəsi Gürcüstanda verilmiş yaşama icazələrinin sadəc 1.5 %-ni təşkil edir.

"

"

3. Eyni zamanda nəzərə almaq lazımdır ki, son 6 il ərzində Gürcüstan vətəndaşlığı o qədər az iranlıya və ərəb ölkələrinin nümayəndələrinə verildi ki (toplam 265 nəfər), onların hər biri yeni bina alsaydılar, onlar tərəfindən alınmış daşınmaz əmlak Gürcüstan bazarında tamamən əhəmiyyətsiz olacaqdı.
"

2012-2017-ci illərin məlumatına əsasən, ən çox miqdarda Gürcüstan vətəndaşlığı Rusiyanın keçmiş vətəndaşları alıblar. İrandan və ərəb ölkələrindən gələnlər üçün vətəndaşlığın verilmə statistikası isə 2012-2017-ci illərdə digər ölkələrdən olduqca daha az və toplam 265 hal təşkil edir: iran – 192; Misir – 18; İraq-3; Yəmən – 4; İordania – 21; Liban – 8; Mərakeş – 3; Suriya – 14; Tunis – 2

Gördüyümüz kimi, Gürcüstanda qeydə alınmış daşınmaz əmlakda iranlı və ərəb ölkələrinin nümayəndələri tərəfidən alınan mənzillərin hissəsi 1%-dən olduqca aşağıdır, bu da xarici ölkə vətəndaşları tərəfindən alınmış daşınmaz əmlak statistikasında qeyd olunub. Nəzərə almaq lazıdır ki, iranı və ərəb ölkələrinin nümayəndələrinə Gürcüstan vətəndaşlığı verildiyi zaman eyni zamanda onların Gürcüstan vətəndaşları olaraq daşınmaz əmlakın önəmli hissəsini amlaları imkanını mümkünsüz edir. Müvafiq olaraq, Konstantine Qamsaxurdiyanın guya tikilməkdə olan binalarda mənzillərin əksəriyyətinin irandan və ərəb ölkələrindən gələn şəxslərə satılması məlumatının əsası yoxdur.

დარღვევის ტიპი: Yanıldıcı
Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist