“Asaval-dasaval” qəzetinin 29 oktyabr – 4 noyabr buraxılışlarındakı müsahibəsində politoloq Hamlet Cipaşvili bildirib ki, guya Ukraynaya görə, Rusiyaya tətbiq olunan sanksiyalar Gürücstana aid deyil. Oktyabrın 29-da bənzər ismarıcı onlayn buraxılış olan “Sakinform”da yayıb. Bu dərginin redaktoru Arno Xidirbeqişvili ilə müsahibədə sanksiya məsəslələrindən başqa NATO-ya üzvlüklə bağlı Amerikanın mövqeyi haqqında skeptik fikirlər səsləndirilib.
Con Boltonun səfəri haqqında “Asaval-dasaval” və “Sakinform”da edilən interpretasiyalar dezinformasiyadır. Birləşmiş Ştatların Təhlükəsizlik Şurasının katibi və Milli Təhlükəsizlik məsələləri üzrə Donald Trampın məsləhətçisi Tbilisiyə səfəri zamanı qeyd etdi ki, Gürcüstanın Abxaziya və Tsxinvali bölgəsinin işğalına görə, Rusiyaya sanksiyalar tədbiq olunur və Gürcüstanın NATO-ya üzv olması məsələsində Amerikanın dəstəkləməsini bir daha təsdiq etdi.
Sanksiyalar. Bolton Tbilisidə oktyabrın 26-da keçirilən mətbuat konfransında bildirdi ki, “Amerika Birləşmiş Ştatları tərəfindən Rusiyaya qarşı artıq hər növ sanksiya tədbiq olunub. Sanksiyaların bir hissəsi Gürcüstan əraziləri olan Cənubi Osetiya və Abxaziyanın işğalı ilə nəticələnən 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra tətbiq olunub”.
Qeyd etmək lazımdır ki, Rusiyaya qarşı Amerika tərəfindən tətbiq olunan 2017-ci ildə qüvvəyə minən sanksiyalar paketində Rusiya tərəfindən Beynəlxalq Hüquq pozuntusu olaraq Gürcüstan əraziləri olan Abxaziya və Cənubi Osetiyanın işğalı qeyd olunub. Sanksiyaların tədbiqi üçün işlənmiş qanun layihəsində qeyd olunub ki, Gürcüstan başqa ölkələrlə birlikdə Rusiya aqresiyasının və onun vurduğu zərərin öhdəsindən gəlmək üçün ABŞ-dan kömək alacaq.
NATO-ya inteqrasiya. Con Bolton Gürcüstanın NATO-ya inteqrasiyası yönündə ABŞ-ın dəstəyini bir daha ifadə etdi və qeyd etdi ki, Gürcüstanın NATO-ya inteqrasiyası istiqamətində ABŞ-ın siyasəti dəyişməzdir. Onun sözlərinə görə, ABŞ və Gürcüstan arasında əməkdaşlığın dərinləşməsi bir çox istiqamətlərdə mümkündür.
Gürcüstanda Con Boltonin səfəri ilə bağlı dezinformasiyalar fəal şəkildə yayılır. “Asaval-Dasaval” və “Sakinform”dan başqa oktyabrın 31-də şübhəli veb səhifə ReportBlogs dezinformasiya yaydı ki, guya ABŞ-ın təhülkəsizlik müşaviri Gürcüstana səfəri zaman Gürücstan tərəfindən alınmış müdafiə silahları ilə bağlı narahatlığını ifadə edib və Gürcüstanın tərəfdaşlığı dayandırmaqla təhdid edib. Veb səhifə məqalə yayımlandıqdan sadəcə 9 ay əvvəl qeydiyyat olub.