“Asaval dasaval”qəzetinin 16-22 iyun buraxılışnda “hüquq müdafiəçiləri birliyi” təşkilatının nümayəndəsi Nikoloz Mjavanadze bildirdi ki,Tbilisidə evlərin 70%-ni irannlılar alırlar və Gürcüstanda iranlılarrın kütləvi məskunlaşdırılması baş verir.
Nikolaz Mjavnadzenin Tbilsidə evlərin 70%-ni iranlıların alması haqqında bəyanatı həqiqətə uyğun deyil, iranlılar bütün Gürcüstan üzrə 2012-2016-cı illərdə satılan daşınmaz əmlakın sadəcə 0.01%ni alıblar
İranlıların və ümumiyyətlə xarici ölkə vətəndaşları tərəfindən Gürcüstanda daşınmaz əmlak alınması haqqında məlumatı Gürcüstanın Miqrasiya məsələləri üzrə Hökumət Komissiyası tərəfindən hazırlanmış 2017-ci ilin miqrasiya profilindən əldə edirik. Qeyd olunan sənəddə 2012-2016-cı illərin məlumatları ictaimai reyestrə istinadən göstərilib.
Gürcüstanın 2017-ci il miqrasiya profili və onun məlumatları əsasında “forset” tərəfindən hazırlanmış info-qrafika göstərir ki, 2012-2016-cı illərdə xarici ölkə vətəndaşları arasında Gürcüstanda ən çox ev alanlar Rusiya vətandaşları (53%) olublar, İran vətəndaşları isə bu dönəmdə 399 ədəd daşınmaz əmlak alıblar və müvafiq olaraq mülkiyyətində Grcüstanda daşınmaz əmlak qeydiyyatı olan xaricilər arasında 9-cu yeri tuturlar. Eyni zamanda iranlılar kimi İraq və Türkiyə vətəndaşlrı tərəfindən alınan daşınmaz əmlak hissəsi 2% təşkil edir.
İctimai Reyestr Milli Agentliyinin məllumatlrına görə, 2012-2016-cı illərdə Gürüstanda toplam 2691313 daşınmaz əmlak satılıb. İran vətəndaşları tərəfindən alınmış mənzil hissəsi Gürcüstandan satılan daşınmaz əmlak arasında 0.01%-dən artıq deyil. Lakin xarici ölkə vətəndaşları tərəfindən Gürcüstanda alınmış əmlakın ümumi sayının 1.3%-dən artıqdır.
Vətəndaşlı | Mənzil/həyət evi | % |
Rusiya | 7.842 | 0.29% |
Ukrayna | 1.117 | 0.04% |
Ermənistan | 421 | 0.02% |
Azərbaycan | 419 | 0.02% |
İsrael | 789 | 0.03% |
ABŞ | 730 | 0.03% |
Yunanıstan | 338 | 0.01% |
Almaniya | 556 | 0.02% |
İran | 399 | 0.01% |
İraq | 236 | 0.01% |
Türkiyə | 363 | 0.01% |
İranlılar tərəfindən alınmış daşınmaz əmlakın Gürcüstan üzrə 0.01%-i keçmədiyini, Tbilisinin isə ən böyük daşınmaz əmlak bazarı olduğunu nəzərə alaraq Nikoloz Mjavnadzenin Tbilisidə mənzillərin 70%-ni iranlıların alması ilə bağlı bəyanatı yanlışdır.
Miflər detektoru laboratoriyası