Media

Geworld Avropada nekrofiliya və zoofiliyanın qanuniləşdirilməsi haqqında rus trollarının məlumatını yayır

4 Oktyabr, 2018

İyul ayının 25-də “Gürcüstan və Dünya” səhifəsi (Geworld) veb-portalı “LGBT-ə əlavə edilmiş bir hərf və xaça çəkilmiş provaslavlıq” başlıqlı məqalə, yayımladı. Məqalə iddia edir ki, nekrofiliya və zoofiliya İsveçrə, Almaniya və Danimarkada qəbul olunmuş normadır, kriminallaşdırılmayıb və gələcəkdə leqallaşa da bilər. Bununla yanaşı müəllif pedofiliya və zoofiliyanı homoseksuallıqla bəraərləşdirir.

Eyni məzmunlu  materyalı, „На гей-параде в Софии топтали РФ и призывали любить Британию нетрадиционными способами. Колонка Владимира Тулина“ başlığı ilə 2018-ci ilin iyun ayının 14-də ФАН informasiya agentliyi də yayıb.

Almaniya, İsveçrə və Danimarkada nekrofiliya və zoofiliyanın hüquqi statusu haqqında Geworld-ün məqaləsi saxtadır. Həqiqətdə nekrofiliya və zoofiliya qeyd olunan ölkələrdə hüquq məsuliyyətinə cəlb olunur. Geworld-ün saxta məlumatının mənbəyi öz növbəsində tanınmış rus trolları fabrikinin layihələrindən biri olan Rusiya Federal Agentliyi ФАН-dır.

Yalan 1. İsveçrədə nekrofiliyanı legitimləşdirəyi planlayırlar

Həqiqət: İsveçrənin Penitensiar Məcəlləsinin 16-cı başlığına əsasən, nekrofiliya cəsədə təhqir olaraq cinayət hesab olunur və bunun üçün cərimə və ya azadlıqdan məhkum edilmə cəzası nəzərd tutulur.

Yalan 2. Almaniyada insanlarla cinsi əlaqənin heyvanlara çox böyük həzz verdiyini təsdiq etmək üçün elmi araşdırma aparılır.

Həqiqət: Bənzər araşdırma haqqında heç bir məlumat tapılmır. Almaniya Hakimiyyətinin rəsmi siyasətinə gəldikdə isə 2012-ci ildən etibarən zoofiliya heyvanların mühafizə aktına görə, cəzalandırılır və bunun üçün 25 min avro miqdarınd cərimə nəzərdə tutulub.

Yalan 3. Danimarkada Məhkəmə zoofilə bəraət verib, bu da o deməkdir ki, bu ölkədə zoofiliya faktiki olaraq qanuniləşib.

Həqiqət: Danimarkada Zoofiliya 2015-ci ildən kriminallaşdırılıb və həbs və ya cərimə ilə cəzalandırılır

Qeyd etmək lazımdır ki, Avropa ölkələrindən fərqli olaraq nekrofiliya və zoofiliya Rusiyada qanunvericilik nizamlamalarına tabe deyil.

ФАН-ın və rus trollarının fabrikası haqqında:

İnformasiya agentliyi ФАН rus trollarının layihələrindən biri kimi qəbul olunur. 2017-ci ilin aprel ayında rus mətbuatının nümayəndəsi olan «РБК» jurnalist araşdırmasının nəticələrini yayımladı. Bu araşdırmaya əsasən, “rus trollarının fabriki”nin aktivistləri kreml siyasətini dəstəkləyən 16 media vasitəsini əhatə edir. Mediyalar Федерального агентства новостей (ФАН) holdinqinin tərkibinə daxildirlər və bir-birlərinin materiyallarını sistemli olaraq yayırlar. ФАН haqqında “Miflər Detektoru” EU vs. Disinfo-ya istinadən əvvəllər də y azırdı.

""

Peterburq trollar fabriki:

Sankt-Peterburqda mövcud olan internet tədqiqatı agentliyində, eyni ilə “rus trollarının fabrikası”nda 400-ə qədər əməkdaş fəaliyyət göstərirdi və kremlin mesajlarını sosial şəbəkə və internet saytlarında yerləşdirirdi. Agentliyin əməkdaşları 12 saatlıq iş qrafiki ilə növbəli fəaliyyət göstərirdilər. Onlar rus və xarici kütləvi informasiya vasitələri tərəfindən yayımlanan yeni xəbərlərlə bağlı bloqlar yazırdılar, şərhlər verirdilər və fotoşop vasitəsi ilə vizual şəkillər montaj edirdilər.  “Rus trollarının fabrikası”nın sahibi iş adamı və milyarder Evqeni Priqojindir, onu “Putinin şefi” olaraq da yad edirlər, çünki Priqojin Kremli və başqa-başqa rus hökumət qurumlarını restoran xidməti ilə təmin edir. 2016-cı ildə ABŞ Ticarət Departamenti Evqeni Priqojini Rusiya tərəfindən Ukraynanın hərbi işğalı üçün göstərdiyi maliyyə dəstəyinə görə sanksiya tətbiq olunan şəxslər siyahısına salıb. Peterburqun trollar fabrikasının əsas məqsədlərindən biri ABŞ seçkilərinə təsir göstərməkdən ibarət idi. Amerikalı prokuror Robert Miulerin istintaq nəticələrinə əsasən, trollar fabrikasının 2016-cı ildə Amerikada keçirilən prezident seçkilərinə müdaxilə etmək məqsədi daşıyan “Laxta” adı ilə tanınan əməliyyat layihəsi 2014-cü ildən başlayıb və bu əməliyyatda fabrikanın 80 əməkdaşı iştirak edirdi, əməliyyat layihəsinin büdcəsi 1.25 milyon dollar təşkil edib.

"

"
Mənbə: EU vs Disinfo

Rus trollar fabrikası 2015-ci ilin iyun ayında jurnalist və aktivist Liudmila Savçuk tərəfindən maaşı ödənilmədiyinə görə, məhkəməyə şikayət etəsi ilə aşkarlandı. Lidmila Savçukun sözlərinə görə, əməkdaşlara internetdə kütləvi olaraq Vladimer Putinə dəstək şərhləri yaymaları üçün ayda 750 dolara qədər ğdəmə edirmişlər. Rəsmi Kreml bildirdi ki, agentliklə heç bir əlaqəsi yoxdur. СБИС portalının məlumatlarına əsasən Sankt-Peterburqda yerləşən “İnternetin tədqiqi” MMC 2015-ci ilin sentyabr ayından likvitasiya olunub.

İdentliyi itirilməsi narativ:

Mediya İnkişaf Fondunun 2017-ci ildə yayımladığı Qərb əleyhinə propaqanda hesabatı göstərdi ki, identliyi itirilməsi təhüləkəsi geniş yayılmış narativdir. Geworld.ge rus medya vasitlərinə əsasən 2016 və 2017-ci illərdə də Qərbdə zoofiliya və nekrofiliya haqqında dezinformasiya yayırdı. Geworld.ge saxta faktlarla rus medya vasitələrinə əsaslanaraq Avropa dəyərlərini dəlilik və əxlaqsızlığa birləşdirmək , Avropaya inteqrasiyanı isə identliyin itirilməsinə təhlükə kimi göstərmək istəyir ki, bunun da məqsədi Qərb əleyhinə təəsüratlar yaratmaq, Qərb yönlü xarici siyasi kursu şübhə altına almaqdan ibarətdir. Miflər detektoru tərəfindən bu mövzu ilə bağlı hazırlanan məqalələrə baxın:

იხილეთ მითების დეტექტორის მიერ მომზადებული სტატიები ამ თემებზე:

Avropanın inçesti norma kimi qəbul etməsi haqqında dezinformasiya,   

 

Mumya və mum fiquruna təcavüz edilməsi haqqında Geworld-un foto manipulyasiyaları və dezinformasiya

 

Cimi Olsen tərəfindən aliqatora təcavüz edilməsi haqqında dezinformasiya  


Hazırladılar Ana Çitaladze və Nata Tuğuş
Miflər Detektoru laboratoriyası