Avropa Birliyinin Gürcüstanın kənd təsərrüfatını dağıtması mifi əsassızdır

qbDTauLsEEOCQexOGSIltA
68
VIEWS

Avropa Birliyi ilə Assosasiya müqavilənin Gürcüstanın kənd təsərrüfatını məhv edəcəyi ilə bağlı miflər, heç bir əsasa söykənmir. Real olaraq Avropa Birliyi Gürcüstan Kənd Təsərrüfatının inkişafı, kəndlərdə işlə təmin olunmanın yaxşılaşdırılması, fermerlərin həvəsləndirilməsi, keyfiyyətli məhsulun istehsalı və onların avropa bazarına çıxıarılmasına şərait yaradır. Bu məqsədlə iki əsas layihə – ENPARD (Kənd təsərrüfatı və kəndin inkişafı üçün Avropa Qonşuluq proqramı) və CIB (Hər tərəfli institusional inkişaf) həyata keçirilir.

ENPARD

2013-cü ilin mart ayında icrasına başlanmış ENPARD proqramın ümumi büdcəsi 52 milyon avroya bərabərdir. Proqramın məqsədi Kənd Təsərrüfatı Nazirliyinin imkanları və effektivliyinin artırılmasına şəraitin yaradılması ilə yanaşı, rayon səviyyəsində məsləhət və məlumat mərkəzləri vasitəsi ilə, fermerləin təşəbbüs və imkanlarının inkişaf etdirilməsi;istehsalın artırılması məqsədi ilə, fermerlər və fermerlər arasında əməkdaşlığın gücləndirilməsi;kəndlərdə işlə təmin olmanın və həyat şərtlərinin yaxşılaşdırılması.

Cədvəl1. İstiqamətlər üzrə ENPARD-ın köməyi

"

Gürcüstan hökumətinə maliyyə dəstəyi (24.5 milyon avro). Qeyd olunan kömək2014-2020 illərin kənd təsərrüfatı strategiyasının icrasını (7 mln), ən az 30 kənddə fermerlər üçün məsləhətlərin verilməsini (5.5 mln), ən az 350 fermerə kooperativ üçün dövlət proqramları ilə kömək edilməsini (8.5 mln),Kənd Təsərrüfatı Nazirliyində siyasətin bölünməsinin yaradılmasını (2 mln)və kənd təsərrüfatı statistikasının yaxşılaşdırılmasını (1.5 mln) nəzərdə tutur.

Kənd-təsərrüfatı institutlarına texniki kömək göstərmək (7 milyon avro). Proqram Kənd Təsərrüfatı Nazirliyinə mütəxəssis (2.5 mln), Kooperativlərin İnkişafı Agentliyinə texniki (2.5 mln), həmçinin Acarıstan Kənd Təsərrüfatı Nazirliyinə və Acarıstan Aqrar Xidmət Mərkəzinə texniki (2 mln, UNDP) yardımı nəzərdə tutur.

Qeyri Hökumət Təşkilatlarına ayrlımış qrantlar (19.75 milyon avro). 4 qrant 160 kooperativ üçün maliyyə və texniki (16 mln),2 rayonda pilot layihə üçün (3 mln)və ali təhsil və araşdırmaya şərait yaratmaq üçün (0.75 mln) kömək etməyi nəzərdə tutur.

Kooperativlər. ENPARD-in layihəsi çərçivəsində, bu günki vəziyyətlə, 1092 kooperativə kənd-təsərrüfatı kooperativi statusu verilib,təxminən 7341 səhmdar birləşib,bunlardan 1635-i qadındır. Statusa malik kooperativlərdə mobilizə olunmuşkapital 14,286 990 lariyə bərabərdir.

Sahələr üzrəən çox heyvandarlıq (Samtsxe-Cavaxeti, Kvemo Kartli) və katofçuluq (Samtsxe-Cavaxeti, Kvemo Kartli) istiqamətlərində kooperativ qeydiyyata alınıb. Regionlara görə kooperativlər bu cür bölünüblər:Kaxeti -83; Kvemo Kartli 168; Mçxeta-Mtianeti-51; Daxili Kartli-75; Sameqrelo –Yuxarı Svaneti-92; Quriya-65; Acara 125; Samtsxe-Cavaxeti-211; Raca-Leçxumi- 89; Tbilisi-35. Hal-hazırdaQuriyada, İmeretidə, Raca və Kvemo Kartlidə 4 ikinci dərəcəli kooperativ yaradılıb.

Avropa Birliyinin köməyi ilə kənd-təsərrüfatı kooperativlərinininkişafı agentliyindəbir neçə proqram mövcuddur:

„Kənd-təsərrüfatı kooperativlərinin motobloklar və əl səpin aparatları ilə təmin etmə proqramı” kiçik qabaritli aqrar-texnikanın güzəştli qiymətə – 900 lari dəyərində kooperativlərə satılmasını nəzərdə tutur ki,bu rəqəm onun dəyərinin 24 % təşkil edir. Hər bir komplektdəmotoblokun aqreqatı, biçin, əkin, kultivator vəəl səpini daxildir. Qaçqınlar və ekomiqrantlar tərəfindən yaradılmış, həmçinin yüksək dağlı ərazilərdə, sərhəd və ya ayrıcı xətt ərazilərində yerləşən kəndlərdə qeydiyyata alınmış kooperativlərəbir komplekt aldıqları zaman1 əl səpini simvolik qiymətə – 1 lariyə veriləcək. Hal-hazırda 490 kooperativ 1275 aqrar dəst və 194 əl səpini alıb.

Bu proqram vasitəsi ilə Kənd Təsərrüfatı kooperativləro kiçik qabaritli aqrar-texnika ilə təmin olunacaqlar ki, bu texnikalar çətin relyefli və kiçik torpaq sahəsinin işlənməsinə və iqtisadi işə qatılmasına şərait yaradır və kooperativlərin torpağın işlənməsi üçün az xərc sərf etmələrinə şərait yaradır.

„Kənd təsərrüfatı kooperativlərinə dəstək yolu ilə fındıq istehsalının inkişafı”dövlət proqramı çərçivəsində Zuqdidi Bələdiyyəsinin Darçel kəndində istehsal infrastrukturu yenilənir,bu infratsurktur gündəlik24 tona qədərqabıqlı fındığın qurudulması və eyni zamanda 500ton fındığı yerləşdirmək imkanına malikdir.Beynəlxalq standartların tədbiqinin icrasını təmin etmək üçün, proqram çərçivəsində kənd təsərrüfatı kooperativləri üçün müvafiq xidmətlərin təqdim olunması pulsuz həyata keçiriləcək.

Proqram fındığın istehsalı, işlənməsi və realizə olunması baxımındamn vahid dövriyyə yaradacaq, maya dəyərinin azalmasına və fındığın ixrac potensialının artımına imkan verəcək.

30-a qədər bələdiyyədəkənd təsərrüfatı kooperativlərinə dəstək 400-ə qədər nümayəndənin vergi qanunvericiliyi ilə bağlı praktiki təlimini də nəzərdə tutur.

Fermerləin məsləhət mərkəzləri. ENPARD layihısinin ikinci önəmli istiqaməti daxili xidmətin inkişafıdır. Avropa Birliyinin fəal dəstəyi ilə, 30 mərkəz əvəzinə, 54 bələdiyyədə fermerlərə məsləhət mərkəzləri yaradılıb və fəaliyyətə başlayıb.

ENPARD 2. 52 milyonluq proqram sona çatdıqdan sonra, ENPARD 2-nin başlanması planlaşdırılır, bu layihınin büdcəsi 60 milyon avroyə qədər artacaq. Yeni proqram Gürcüstanda kəndin inkişafı və kəndlərdə yaşayanların işlə təmin olunmasının artırılmasına dəstək xidmətinə yönələcək.

CIB

Milli Ərzaq Agentliyində Avropa Birliyinin maliyyələşdirdiyi daha bir layihə CIB (Hərtərəfli institusional inkişaf) həyata keçirilir. Ilkin mərhələdə CIB proqramının (3.4 milyon avro, 80% Avropa Birliyinin dəstəyi ilə) məqsədi Milli Ərzaq Agentliyinin təhciz ediulməsi, imkanların artırılması və təlimləri yolu ilə agentliyin əməkdaşlarının kvalifikasiyasının yüksəldilməsidir.

İkinci mərhələdə layihəyə (4,5 milyon avro) artıq kənd təsərrüfatı laboratoriya və eyni zamanda vergilər xidməti əlavə olundu, çünki idxala daxil olmuş məhsula fitosanitar və digər nəzarət sərhəddə vergilər xidməti tərəfindən həyata keçirilir. Üçüncü mərhələdə ayrılmış məbləğlər (4.5 milyon avro) yenə dəMilli Ərzaq Agentliyinin institutsional güclənməsinə istifadə olunacaq.

CIB layihəsinin dəstəyi ilə, bir neçə sərhəd-keçid məntəqəsi DCFTA-ın öhdəliklərinin icrası və effektiv nəzarətin həyata keçirilməsi üçün lazımi müvafiq aparatla təmin olundu.

DCFTA Facility

Kəmd Təsərrüfatının dolayı kömək proqramı olaraq Avropa Birliyinin daha bir layohəsi olan DCFTA Facilityhaqqında sanışa bilərik, ilkin mərhələdə layihənin büdcəsi 37.5 çilyon avroya bərabərdir. Bu proqramın komponentlərindən biri avropa standartlarına uyğun istehsal həyata keçirən fermerlər üçün güzəştli kreditlərin verilməsini nəzərdə tutur.Layihənin icrasına 2016-cı ildən başlanacaq.

Bu köməklərdən əlavə, bəzi Avropa Birliyi ölkəsi Gürcüstan üçün fərdi olaraq donorluq edir. Misal üçün: Avstrya İnkişaf Agentliyi, Almaniya hökumətinin İnkişaf Bankı KFW, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti GIZ. Hollandiya Krallığı isə Gürcüstana Meliorasiyasının inkişafı layihəsi ilə kömək edir.

Avropa Birliyi institusional inkişaf baxımından, həmçinin Kənd Təsərrüfatının sahələrinin strateji inkiaşfı istiqamətində hal-hazırda əsas donor və stabil tərəfdaşdır. Gürcüstanın Kənd Təsərrüfatının inkişafının planlaşdıırlmasında Avropa Birliyinin iştirakəndan sonra sahənin artan dinamikası müşahidə olunur:

Kənd Təsərrüfatı rəqəmlərdə. 2014 –cü il ərzində ölkədə kənd təsərrüfatı məhsullarının buraxılması dəyəri 3.4 mlyrd lari təşkil edib, kənd təsərrüfatı məhsullarının işlənməsi nəticəsində isə 4.5 mlyrd lari dəyərində məhsul yaradılıb. Aqrar biznes sahəsində məhsulun tamç istehsalı 2013 –cü ilin analoji göstəricilərindən 10 % artıqdır ki, bu əsasən işlənmiş sahənin artımı ilə əlaqəlidir, burada artım göstəricis 13.8 % təşkil edir, ilkin məhsulun istehsalı göstəricisi isə əvvəlki illərlə müqayisədə 5.2 % artıb.

Sərmayələr: 2014 –cü ilin ilkin məlumatlarına əsasən, Kənd təsərrüfatı sahəsində 19 090 600 mln ABŞ dolları dəyərində birbaşa xarici sərmayə həyata keçirilib ki, bu əvvəlki ilin anoloji göstəricisi ilə müqayisədə 38 faiz çoxdur. 2012 –ci ildə yatırılan sərmayənin miqdarı 16 119 300 lari olub, bu da 2014 –cü ilin göstəriciləri ilə müqayisıdı 15.6 faiz azdır.

Uğur nümunələri

Avropa bazarına gürcü məhsulun daxil olmasının pozitivliyini ayrı-ayrı uğur nümunələri də göstərir:

Kivi. Avropanın ən böyük ticarət şəbəkələrindən olan LIDL-in supermarketlərində gürcü şirkəti “Nerketa” tərəfindən Zuqdidi rayonu İnqir kəndində becərilmiş kivoi satılır. LIDL-i gürcü istehsalçıdan 1kq kivini 1.20 avroya alır.

Bioçaxır. İaqo Bitarişvilinin bioçaxırı – “Çardaxın” ilk partiyası 2006 –cı ildə aşağıdakı ölkələrə ixrac olunmağa başlayıb: İtaliya, Fransa, ABŞ, Yaponiya, İngiltərə, İsveçrə, Danimarka, Sloveniya, Finlandiya, Belçika. İaqo çaxırı Avropada aşağıdakı məşhur restoroanlarda satılır: “Şato Barian”- Paris və “Teruar”- London.

Mavi quş üzümü. Gürcüstanda becərilmiş 12 ton mavi quş üzümü bu il ilk dəfə Böyük Britaniya bazarına daxil olub. Avropa Birliyi Bazarında onun qiyməti 4-dən 10 avroya qədər dəyişir. “Vanrik Agro Group” şirkəti mavi quş üzümünü Ozurgeti rayonunun Layturş kəndində 2012-ci ilin sonundan istehsal etməyə başlayıb. Şirkət administrasiyası yaxın zamanlarda təsərrüfatın 400 ha qədər genişləndiirlməsini planlayır.

İxrac persbektivi

Kapşia(Xəmsə). Gürcüs balıq istehsalçıları Avropa Birliyinə ixrac üçün hazırlaşırlar. Qara dənizin gürcü akvatoriasında tapılmış kapşia Avropa bazarına çıxarıla bilər. Balıq şirkətləri yoxlamaq üçün Avropa Birliyi komissiyası DG SANCO (Directorate General Health and Consumers Affairs) 2 dəfə Gürcüstana gəlib və gürcü sahilində tutulmuş balıq unu və balıq yağının Avropa birliyinə ixracı bu komissiyanın müsbət nəticəsindən aslıdır.

Bal. DCFTA-nın müqaviləsi üzərində işləməklə parallel Avropa Birliyinə gürcü balının ixracı lap əvvəldən fəal şəkildə müzakirə olunurdu.Lakin gürcü balının Avropa Birliyi bazarına çıxarılması üün balda laboratoriya araşdırması nəticəsindəantibiotik qalıqları və digər çirkləndirici maddələr aşkar olunmamalıdır. Kənd Təsərrüfatə Nazirliyi öz laboratoriyasını təchiz etməklə məşğuldur, burada bal nümunələri yoxlanılacaq. Bu isə bal istehsal edən fermerlərə istehsalı yaxşılaşdırmaq və Avropa Birliyi bazarına daxil olmaq imkanları verəcək.

Mifin mənbəyi

 Dimitri Lortkipanidze, Burcanadze-Birləşmiş Demokratlar: „Bizim hökumətin böyük həvəslə imza atdığı şey [Assosasiya müqaviləsi] dövlət cinayətidir / bəli, bu gürcü kənd və iqtisadiyyatının „avropacasına” məhv olunması deməkdir!” („Asaval-Dasavali”, 21-27 iyul, 2014).

Sakinform: „Avropa Birliyinə daxil olmaq istehsalların bağlanmasına, məhsulun məhvinə, bağ-üzümlüklərin qırılmasına gətirib çıxardacaq– Avropa Birliyi öz yeni üzvlərinə bazar yaradacaq!” (4 aprel, 2014).

თემატიკა: İqtisadiyyat
დარღვევის ტიპი: Dezinformasiya
ქვეყანა/ორგანიზაცია: Avropa İttifaqı
Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist