Luqari laboratoriyası haqqında işə düşən Kremlin son kampaniyası ilə bağlı EUvsDisinfo 1983-cü ildə “infeksiya əməliyyatı” nın təsirinə aid material yayır.
Marjinal hind sağçı qəzeti “Vətənpərvər” “Hindistan ola bilsin şidsə yoluxsun: amerikan eksperimentlərinin yaydığı gizlin xəstəlik” başlıqlı anonim məktub yayımladı. Məktub sovet mətbuatını və Şərqi Almaniyadan psevdo eli hesabatları bürüdü, qeyd olunan məlumat isə 80-ə qədər ölkədə yayıldı və 30-a yaxın dilə tərcümə olundu. Sovetlər Birliyi dağıldıqdan sonra sonralar Rusiyanın Xarici işlər naziri və Baş-naziri olan Yevqeni Primakov etiraf etdi ki, bu ittihamların arxasında KGB durmuşdu, məqsədi isə anti-amerikanizmin qlobal olaraq yaymaq idi.
Sovetlilər bu “hiylə”ni 1949-cu ildən təkrar edirdilər. Kevin Makkolun “Qərbə qarşı rus kampaniyaları: soyuq müharibədən Putinə qədər “kitabında“ Amerikanı təqsirləndirdikləri ittihamlar qeyd olunub:
- Amerika Alyaskalı eskimoslar üzərində bioloji silah yoxlayırdı.
- Məhsulu məhv edən kolorado böcəyinin hücumu.
- Məhbuslar üzərində bakterioloji eksperimentlər aparırlar.
Qlobal olaraq yayımlanmalı olan daha bir dezinformasiya amerikalılar tərəfindən “etnik silah”ın kəşf olunması ilə bağlı idi. Guya bu silah ağ dərili olmayan əhalini öldürmək məqsədi daşıyırdı. Amerikalılar Latın Amerikasından uşaqlar gətirirdilər, onları öldürürdülər və onların orqanlarını transplantasiya üün istifadə edirdilər.
Bu fonda bu gün rus və kreml mənbələrindən yayılan mesajlar təəccüblü deyil:
- ” CIA-1971-ci ildə Afrikada donuz qripi yaydı,
- “Pentaqonun Gürcüstanda donuz qripinin yayılması üçün çalışdıqları gizli laboratriyası var
- “Xərçəng, sifilis və ispan qripi Amerikanın bioloji silahıdır”,
- Amerika bioloji silahı Rusiya əhalisnin 70%-ni məhv edəcək” və s.
Bunların hər biri bu gün, ilk dezinformasiyadan 7 on illik sonra, 2018-ci ildə də aktualdır
Hər şeyi təkzib et. Heç nəyi etiraf etmə. İttihamlar yay.
Kimyəvi silaha qarşı konspirasiyaların artmasının səbəbi böyük ehtimal GRU tərəfindən Serqey Skripalın və onun qızının zəhərlənməsi məsələsini qeyri-müəyyən etmək cəhdidir. Kreml dezinformasiya maşınının bənzər reaksiyası əslində gözləniləndir: Hər şeyi təkzib et. Heç nəyi etiraf etmə. İttihamlar yay.