Siyasət

Gürcüstanın guya Türkiyəyə 6 hektar torpaq verməsi haqqında prezidentliyə namizədin yalanı

21 Noyabr, 2018

2018-ci ilin oktyabr ayının 19-da İctimai televiziyanın efirində prezident seçkilərində iştirak edən namizədlər arasında aparılan debatlarda “Gürcüstanın güc veteranları və vətənpərvərlərin siyasi hərəkatı”nın prezidentliyə namizədi Qela Xuçişvili  bildirib, ki, Gürcüstanın Baş Naziri Türkiyəyə 6 hektar torpaq sahəsi verib.

Prezidentliyə namizəd Qela Xuçuşvilinin bəyanatı həqiqət uyğun deyil. 1. Bu dezinformasiya artıq 2 ildir ki, yayılır və ilk dəfə 2016-cı ildə ortaya çıxıb. Söhbət Çoroxiyə deyil, Gariscğali çayına aiddir. 3. Gağiscğali çayı yatağını tez-tez dəyişirdi, 2016-cı ildə isə 1973-cü ilin sərhədlərinin redemarkasiya materiyallarına uyğun olaraq onun təbii yatağının qaytarılması baş verdi.  

1. Prezidentliyə namizədin haqqında türkfobiya kontekstində danışdığı hadisə 2016-cı ildə Gağiscğalinin təbii yatağının bərpası ilə bağlıdır

2016-cı il aprel ayının 20-də gürcü və türk deliqasiyaları arasında Türkiyə Ardahan görüşü keçirildi. Bu görüş çərçivəsində deliqasiyanın üzvləri sərhəd çayı Gariscğalinin bərpa olunmalı yatağına baxış keçirdilər və yatağın istiqamət oxunu redemarkasiya materiyalları ilə müəyyən olunmuş kordinatlara müvafiq olaraq izləyiblər.

Poçxoviscğali çayının bir qolu olan Gağiscğali çayı təbii şərtlərin təsiri nəticəsində mütəmadi olaraq öz yatağını dəyişirdi. Nəticədə ərazinin 1973-cü ildə Türkiyə ilə bağlanmış sərhəd haqqında razılaşmaya uyğun olaraq Türkiyə Respublikasına aid olan hissəsi Gürcüstan tərəfə gəlirdi. 2016-cı ilin aprel ayının 27-də Xarci İşlər Nazirlyi rəsmi şəkildə bildirdi, ki, Gürcüstan tərəfindən Türkiyə Respublikasına ərazi verilməsi ilə bağlı məlumat həqiqətə uyğun deyildi.  

Bəyanatda izah edilmişdi ki, sərhədlə və onun dəyişilməsi ilə bağlı hansısa danışıqlar və razılaşmalar mümkünsüzdür, çünki Gürcüstan və Türkiyə arasında dövlət sərhədlərinin delimitasiya və demarkasiyası hələ sovetlər birliyi dönəmində, 20-ci əsrin 70-ci illərində başa çatıb. 1992-ci ildə isə Gürcüstan və Türkiyə əvvəl razılaşdırılmış sərhədd xəttini tanıyıblar. Məhz bu razılaşmanın əsasında Gağiscğali çayının yatağının izlənməsi baş verdi.

2. Gağiscğali çayı Türkiyə və Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsinin sərhəd çayıdır, Coroxi isə Türkiyədən Acaraya keçir və sonra Qara dənizə tökülür.
"


3. Dezinforasiya artıq 2 yaşındadır

Gürcüstanın guya Türkiyəyə 6 hektar torpaq verməsi ilə bağlı dezinformasiya ilk dəfə 2016-cı ildə yayıldı, ikinci dalğa 2017-ci ildə başladı, 2018-ci ildə isə prezidentliyə namizəd İctimai Televiziyanın efirində səsləndirdi.

Türkiyəyə 6 hektar torpağın verilməsi haqqında məlumat 2016-cı ilin mart ayında yayıldı. Türk medyası DailySabah yazırdı ki, Gağiscğali çayının təbii yatağının və ətraf ərazidə Gürcüstan-Türkiyə sərhəddinin 1973-cü il razılaşması əsasında bərpa olunması haqqında  Gürcüstan və Rusiya arasında razılaşma əldə olundu. 2016-cı ildə müxtəlif gürcü dilli mətbuatlar qeyd olunan razılaşmanı türkofobia kontekstində yayımladılar.

2017-ci ildə dezinformasiyanın yeni dalğası  o il böyümüş türk fobisi ilə əlaqələnirdi. 2017-ci ildə “Gürcü marşı” tərəfindən miqrasiya əleyhinə yürüş keçirildi, elə həmin gün gündəmdə “Didgorba”nın qeyri iş günü olmasının elan ediləsi tələi var idi.


Hazırladı Qvança Devidze