Siyasət

Fidel Kastro ilə çəkilmiş foto prezidentliyə namizədə qarşı

21 Noyabr, 2018

2018-ci ilin oktyabr ayında Brazilya prezidentini seçdi. Bütün seçki kompaniyası ərzində milyonlarla brazilyalının telefonu siyasi mesajlarla doldu - prezidentliyə namizədi dəstəkləyənlər qapalı WhatsApp quruplarında prezidentliyə namizəd haqqında saxta məlumatlar yayırdılar.

Nyu-York Times -ın məlumatına əsasən Sosial-Liberallar partiyasının namizədi Cair Bolsonaronun dəstəkçilər işçi partiyasının namizədi və partiyanın digər nümayəndələrinin kommunist olaraq görüntüləndikləri fotolar yayırdılar. Ən geniş Fidel Kastro və gənc qadının ağ-qara fotosu yayıldı. Nyu-York Times-a əsasən, fotonun üzərindəki izah guya fotoda Kastronun yanında Brazilyanın keçmiş prezidenti və Fəhlə Partiyasının nümayəndəsi Dilma Rusep olduğunu bildirir. Lakin fotoya əlavə olunmuş yazıgöstərir ki, Rusep Kastronun şagirdi və “sosialist tələbə” olub.

"
Mənbə: epoca.globo.com

Faktları yoxlayan yerli təşkilat Agência Lupa müəyyən etdi ki, yayılan foto manipulativdir. Avtent foto aşağıdakı kimidir:

"
Mənbə: gettyimages

Fto 1959-cu ildə Fidel Kastronun Amerika Birləşmiş Ştatlarına səfəri zamanı, Dil Rusep sadəcə 11 yaşında olduğu zaman çəkilib. Nyu-York Timesin fikrincə, əhalinin orta təbəqəsinin kommunizmə antipatiyasının olduğu ölkədə manipulativ foto Fəhlə Partiyasının namizədi Fernando Hadadın  adını diskreditasiyasını effektiv şəkildə həyata keçirdi.

Yerli “Saxtakarlıqsız seçkilər” (Eleições Sem Fake) layihəsi çərçivəsində fakt checkerlər 7347  WhatsApp qurupunu öyrəndilər və bu fotonun 78 müxtəlif qurupda paylaşıldığını gördülər. lakin bu WhatsApp-da paylaşılan 100 000 fotodan sadəcə biridir.    

Sentyabrın 6-da prezidentliyə namziəd Bolsonarın kapaniya zamanı bıçaqlanmasından sonra onun rəqibini dəstəkləyənlər WhatsApp-da Bolsonaronun xəstəxanaya gülən üzlə daxil olmasını əks etdirən şəkillər yaydılar. Onun dəsəkçillərində belə bir təəsürat yarandı ki, guya hücum planlı olub. Məlum olduğu kimi, yayılan foto hücuma qədər çəkilibmiş.

Kampaniya çərçivəsində konspirasiya teoriyası da yayılırdı. Terialardan birinə əsasən Corc Soros seçkilərin nəticələrinə təir etməyə çalışırdı.