Oktyabrın 12-də “Rustavi 2”nin “Kurier” informasiya proqramının saat 9 buraxılışında hakim partiya “Gürcü arzusu” tərəfindən dəstəklənən müstəqil namizəd Salome Zurabişvilinin seçki görüşləri turnesi çərçivəsində Daxili Kartli əhalisinə müraciəti zamanı etdiyi bəyanatı, efirə getdi.
Salome Zurabişvilinin bəyanatı maipulativdir, çünki Rusiya tərəfindən Gürcüstan ərazisinin, konkret olaraq Samaçabelonun işğalının əvvəlki hakimiyyət tərəfindən sovet sərhədlərinin bərpa olunması kimi qələmə vermək Rusiyanı məsuliyyətdən azad etmək məqsədi daşıyır.
2008-ci ildə Rusiya Sovetlər Birliyi dönəmində də Gürcüstan sərhədlərinə daxil olan ərazilərinaneksiyası baş verdi. Bənzər bəyanatı 1 il əvvəl rus yönlü partiya “Vətənpərvərlər Alyansı” ilə əlaqəli “Obyektiv”TV-nin aparcısı da etmişdi, o iddi edirdi ki, Rusiyanın sürünən işğalı deyə bir şey yoxdur və Mixeil Saakaşvili Cənubi Osetiyanı muxtar sərhədlərdə bərpa etdi.
Münaqişənin inkişaf xonologiyası
- 1921-ci ilin konstitusiyasına əsasən, muxtar idarəçilik Daxili Kartlinin osların kompakt yaşadıqları hissəslərində nəzərdə tutulmayıb, lakin osların milli şurada nümayəndələrinin olması haqqları var idi. Gürcüstanın birinci Respublikası zamanı Rusiya imperiyası tərəfindən Gürcüstanın ərazi bölgü sistemi qüvvədə qaldı – osların yaşadıqları Daxili kartli ərazisi Qori Mazrasına, müvafiq olaraq Tbilisi Quberniyasına daxil idi.
- 1921-ci ildə SSR tərəfində Gürcüstanın aneksiyasından sonra Sovet hakimiyyəti Gürcüstanın ərazi qurluşu sistemini dəyişdi.
- Cənubi Osetiyanın Muxtar dairəsi Gürcüstan Sovet Sosialist Respublikası çərivəsində 1922-ci ilin aprel ayının 20-də qəbul olunmuş dekretlə yaradıldı və 1991-ci ilin dekabr ayına qədər mövcud oldu.
- 1990-cı ildə, Rusiyanın təşviqi ilə, separatçı qüvvələr Cənubi Osetiyanın muxtarlığını elan etdilər. Sentyabrın 20-də Cənubi Osetiyanın Muxtar idarəsi Cənubi Osetiyanın Sovet Demokratik Respublikasına çevrildi.
- 1990-cı il dekabrın 11-də Gürcüstan respublikasının ali məhkəməsinin qərarı ilə, Cənubi osetiya Muxtar dairəsinin statusu ləğv olundu. Gürcüstan hakimiyyəti ilə separatçılar arasında qarşıdurma hərbi əməliyyatlara çevrildi.
- 1992-ci ildə silahlı konflikt başa çatdıqdan sonra Rusiyanın sülhməramlı adlanan qüvvələri və osetin sperataçıları Tsxinvali rayonunun əsas hissəsi, Cavi rayonu və Znauri rayonunu tutdular.
- 2008-ci ildə Rusiya-Gürcüstan arasında avqust müharibəsi nəticəsində Gürcüstan Tsxinvali rayonunun əksəriyyəti gürcü-osetin qarışıq olan 135 yaşayış məntəqəsi üzərində nəzarəti itirdi. Sadəcə gürcülərin yaşadıqları kəndlər demək olar ki, tamamilə məhv olub.
Mənbə: İnformasiya Azadlığı və İnkişaf İnstitutu (IDFI):
Gürcüstan dövlətinin ərazisi bu gün 1991-ci il dekabr ayının 21-də qəbul olunmuş konstitusiya vəziyyəti ilə müəyyən olunub, bu da o deməkdir ki, Rusiya tərəfindən Cənubi Osetiyanın müstəqil dövlət olaraq tanınması Gürcüstanın ərazi bütövlüyünün və suverenliyinin pozulması deməkdir. 2008-ci ildən sonra Gürcüstan 151 yaşayış məntəqəsinə nəzraəti itirdi və sürünən işğal bu günə kimi davam edir.
Gürcü-ukrayın patlamenti
Gürcüstan kimi, Ukraynanın rus yönlü müxalifəti də müharibəni başlamağı öz hakimiyyətinin üzərinə atır. Ukrayna müxalifət bloku Rusiyaya qarşı çox loyaldır. Şərqi və Mərkəzi Avropanın analitik qurupları tərəfindən hazırlanmış ölkələrin informasiya sahəsinə Rusiya federasiyası hökumətinin təsirini ölçmək üçün istifadə olunan“ Kreml təsir indeksi”ndə deyilir ki, Ukraynanın “müxalifət bloku “, Rusiya Federasiyasının aqressiv siyasətini birbaşa pozitiv dəyərləndirməkdən çəkinir(aqresiyanın, Krımın işğal olunmasına haqq qazandırmaq və s.), lakin müharibəni başlamaqda və uzatmaqda bir başa Kiyevi günahlandırır və Kremillə dialoqa səsləyir, vətəndaşlara sülh içində yaşayacaqları vədini verir”. Bir qayda olaraq, müharibənin başladılmasında məsuliyyət Kiyevin üzərinə qoyulur (o “donbasa qulaq asmadı”, o müharibəni uzatmaqda maraqlıdır). bu cür ritorikaya xüsusi ilə də müxalifət partiyası müraciət edirdi.”
Oxşar mövzu ilə bağlı materyal: “Obyektiv”in aparıcısı Rusiya tərəfindən Gürcüstanın aneksiyasını inkar edir.