YouTube və Brazilyada iğtişaş teoriyaları

kp[
137
VIEWS

Digər sosial şəbəkələr kimi konspirasiya və dezinformasiyanın yayılmasına ən böyük video portalı YouTube də şərait yaradır. DFRLab-ın 2018-ci ilin avqust ayının 30-da yayımladığı araşdırmaya əsasən Braziliyada konspirasiyaların yayılma mənbəyi ölkədə əsas  sosial şəbəkəni təşkil edən məhz YouTube-dir.

Araşdırmaya əsasən, 17 il əvvəl Brazilyada ironialı kontekstində yaranmış nəzəriyyə YouTube vasitəsi ilə ən geniş yayılan konspirasiyalardan biri oldu və 2018-ci ilin avqust ayının 9-da Brazilyanın prezidentlik namizədləri arasında baş tutan debatlarda da əsas məsələlərdən birini təşkil edirdi.

Latin Amerikasının Birləşmiş Sosialist Respublikasının inglis dilində qısaltması olan bu nəzəriyyə URSAL adı ilə tanınır. Konspirasiyaya əsasən, Latın Amerikası ölkələri suveren ölkələ olaraq yoxa çıxacaqlar və onlar kommunist rejimin altında bir subyek olaraq birləşəcəklər."
DFRLab

URSAL haqqında iğtişaş teoriyasının inkişaf etdirilməsi

“URSAL” qısaltması 17 il əvvəl yarandı. Professor Maria Lusia Viktor Barbosa onu 2001-ci ildə öz məqaləsində ironik kontekstdə xatırladı və bununla Latın Amerikasının solçu partiyalar birliyinin San-Paolo forumunu tənqid etdi. Forum Amerika kontinentlərinin azad ticarət zonasının  (FTAA) yaradılması ideasını dəstəkləmirdi. Barbosa ironik şəkildə qeyd etdi ki, alternativ ideası “Latın Amerikasının Birləşmiş Ssialist Respublikalarının (URSAL) yaradılması olacaqdı. Ultra-sağçı quruplar URSAL-ın ideasını oğurladılar və onu solçu qurupların demonizasiyası vasitəsinə evirdilər.

Misal üçün 2006-cı ildə yayımlanan məqalədə brazilyalı publisist lav de Karvalo onu real plan kimi xatırlayırdı. 2015-ci ildə isə bu konsepsiyanın yayılması üçün xüsusi veb səhifə “URSAL-ın dosyesi” yaradıldı və əsasən YouTube linklərinə əsaslanırdı.

URSAL haqqında videolar başqa konspirasiyalarla əlaqələndirilib

URSAl haqqında konspirativ videolar başqa sui-qəsd teoriyalarının inkişafı və yayımına da şərait yaradır.

  • İluminatlar haqqında konspirasiya

Videoların birində müəllif prezidentliyə namizəd Alvaro Diaya “Dünya idarəçilər ilə”-iluminatlar ilə əlaqədə ittiham edirdi. Sui-qəsd nəzəriyyələrinə əsasən, iluminatlar təşkilatı bu günə qədər də fəal şəkildə fəaliyyət göstərirlər və sosialist tipli dünya düzəninin yaradılması məqsədini güdürlər.

  • Yer kürəsinin düz olması ilə bağlı konspirasiya

Elə həmin  videoda qeyd olunur ki, yer kürəsi düzdür və bunu da Birləşmiş Millətlər Təşkilatının loqosu təsdiq edir.

"

  • Yeni dünya nizam intizamının yaradılması haqqında konspirasiya

URSAL haqqında daha bir  video təsdiq edir ki, guya Corc Buş, Barak Obama, Eanuel Makron və Roma Papası XVI Venedikt yeni dünya düzəninin yaradılmasını planlayırlar və onlar dövlətlərin ypx edilməsinin tərfədarıdırlar.

Konspirativ videolara əsasən yeni dünya düzəninin daha bir indikatoru Trampın Meksika və ABŞ sərhəddində divarın tikiləsi ilə bağlı bəyanatı idi.

YouTube alqoritmlərinin sui-qəsd nəzəriyyələrinin populyarlaşdırılasında rolu

URSAL haqqında videoya baxan istifadəçilərə YouTube alqritmləri başqa videolara baxağı təklif edir. YouTube tərəfindən məsləjət görülən videolar da konspirativ məzmunludur. bu siyahıda Titanikin patması, Misir piramidalarının sirləri, Dünyanın sonu və konspirasiya üəlliflərinə görə İsaya qarşı çıxan Fransa  prezidenti haqqında “həqiqi məlumat” verən videolara rast gəlirik.

"

URSAL-ın nəzəriyyəsinin yayılması yaxşı göstərir ki, YouTubenin alqoritmlərinin Brazilyada konspirativ nəzəriyyələrinin yayılmasına necə şərait yaradır. Demək olar ki, YouTube istifadəçiləri üçün URSAl haqqında videolar konspirasiya və dezinformasiyanın online aləmində ilk addımdır.

Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist