Oktyabrın 4-də Primakov adına Gürcü-rus ictimai mərkəzinin direktoru Dimitri Lortkipanidze onlayn portal “Gürcüstan və dünya”ya verdiyi müsahibədə bəyan edib ki, guya Gürcüstandan əhalinin köç etməsinin bu günkü tempi Avropa Birliyi ilə viza liberalizasiya ilə əlaqəlidir.
Dimitri Lortkipanidze, Primakov adına gürcü-rus ictimai mərkəzi: “Ölkə başına uçanda və xüsusi ilə də bu viza liberalizasiyadan sonra xalq qaçmağa çalışır, hansı xeyrxahlıqdan danışırıq?! Üumiyyətlə bu viza liberalizasiya bizim üçün artıq uzun müddətdir ki, əhalinin ölkədən çıxmasının belə yüksək tempinin heç bir vaxt olmaması baxımdan baş ağrısı oldu.”
Dimitri Lortkipanidzenin bəyanatı həqiqətə uyğun deyil, çünki Avrop Birliyi ilə vizasız gediş-gəliş sadəcə qısa müddətli, tursitik səfərləri nəzərdə tutur və işləmək məqsədi ilə uzun müddətli səfərləri nəzərdə tutmur. Müvafiq olaraq o vətəndaşın şenqen zonasında yaşamaq məqsədi ilə qalma istəyini təşviq edə bilməz.
Avropa Birliyi ilə vizasız gediş-gəlişlə faydalanmaq turistik, ailə üzvləri/yaxınları görmək, biznes görüşlər, qısa müddətli təhsil və mübadilə proqramları, mədəni və ya elmi tədbirlərdə iştirak və müalicə motivli ola bilər. İstənilən səfərin müddəti 90 gündən artıq olmamalıdır.
- ევროკავშირის ქვეყნებში ცხოვრების უფლება (ე.წ. residence permit) ან ორმაგი მოქალაქეობა აქვთ;
- ევროკავშირის ქვეყანაში უვიზოდ ჩასვლის შემდეგ მოიპოვეს ამ ქვეყანაში უფრო მეტი ხნით დარჩენის უფლება (მაგ. სტუდენტები, თავშესაფრის მაძიებლები);
- ევროკავშირის ქვეყნებიდან გადავიდნენ მესამე ქვეყანაში და საქართველოში არ დაბრუნებულან ამ ქვეყნებიდან.
Gürcüstanın 2017-ci il miqrasiya profilinə əsasən, Gürcüstanda emiqrasiya göstəricisi son on ildə artır. Bu da o deməkdir ki, o vizasız rejimin qüvvəyə minməsindən əvvəl də aktual olub.
Müvafiq olaraq, Lortkipanidze tərəfindən miqrasiyanın təbii prosesini viza liberalizasiya ilə əlaqələndirməsi sünidir və manipulativdir və guya vizasız gediş-gəlişin qüvvəyə minməsinin ölkəyə demoqrafik təhlükə törətməsi mifinin formalaşdırılmasına xidmət göstərir.
Qvança Devidze