“Alia” qəzeti 11-17 iyun nömrəsində “Gürcü Missiası” partiyasının lideri və ultra-milliyətçi quruplaşma “Gürcü Marşı”nın tərəfdarı Qia Korkotaşvilinin müsahibəsini yayımlayıb. Müsahibədə o 17 may, IDAHO günündə (Homofobiya ilə Mübarizə Günü) hüquq mühafizə orqanları tərəfindən onun və onun həmfikirlərinin həbs olunması haqqında danışıb. Korkotaşvilinin sözlərinə görə, polislər aylıq məvacib üçün əmrləri yerinə yetirirlər və simpatiyaları olan adamları belə saxlayırlar, Avropada isə, xüsusi ilə Ukraynada polislər “LGBT” icmasını müdafiə etməkdən imtina ediblər.
Qia Korkotaşvili, “Gürcüs Missiası”: „Başqa cür düşünən polislər, aylıq məvacib üçün onlara verilən əmri yerinə yetirərək simpatiya bəslədikləri insanları saxlayrlar… Baxın, görün Avropada nə baş verir? Ukraynalı polislər birbaşa bildiriblər ki, onlar “LGBT” icmasını mühafizə etməyəcəklər. Eləcə də baxın, görün Polşada, Yunanıstanda nə baş verir.“
Alia, 11-17 iyun
Ukrayna hüquq mühafizə orqanlarının “LGBT” icmasını müdafiə etməyəcəyi ilə bağlı saxta xəbəri 2016-cı ilin iyun ayında rus dilli və ukrayn dilli media vasitələri yaydılar. Xəbərin ilkin mənbəyi “Kiyev” Polkun 2 keçmiş xüsusi təyinatlı əməkdaşı olub. Onlar Kiyev polis idarəsinin qarşısında keçirilən uydurma mətbuat konfransı zamanı bildiriblər ki, 2016-cı ilin iyun ayının 12-də keçirilməsi planlaşdırılan gey paradı müdafiə etməkdən imtina edirlər və işdən ayrılırlar. Əslində isə onların ikisini də dövlət qulluğu daxilində aparılan istintaq nəticəsində hələ 2016-cı ilin may ayında tutduqları vəzifədən azad etmişdilər. Eyni zamanda “Kiyev” Polku şəhərdə patrul polisi funksiyasını yerinə yetirmir.
Azadlıq Radiosunun Ukrayna xidmətinin Крым.Реалии layihəsinin məlumatına əsasən, 2016-cı ilin iyun ayının 7-də rus dilli və ukrayn dilli mediada, eyni zamanda sosial şəbəkədə xəbər yayıldı, ki, guya ukraynalı polislər 2016-cı ilin iyun ayının 12-də keçiriləcək gey paradın iştirakçılarını müdafiə etməkdən imtina ediblər. Məlumat yayılırdı ki, bu məsələ əlaqədar Ukrayna polis əməkdaşları işdən kütləvi şəkildə azad edilirlər.
Риа Новости, Lenta.ru, Piter.TV, sevastopol.SU, vesti.ru media vasitələrinin ilkin mənbəyi “Universal Ukrayna Veteranlar Birliyi ATO” (Всеукраинский союз ветеранов АТО) adlı Facebook qurupundakı paylaşım olub. Bu paylaşımda bir neçə insan bildirirdi ki, Ukrayna Milli Polis rəhbərliyinin cinayətkar əmrini icra etməyərək gey paradın iştirakçılarının müdafiəsindən imtina edirlər.
Daha sonra üç kişi Kiyev Baş Polis İdarəsinin qarşısında uydurma mətbuat konfransı keçirib. Onların sözlərinə görə, onlar xüsusi təyinatlı Kiyev polisinin “Kiyev” Polkunun nümayəndələri olublar və Ukaryna polis xidmətindən istefa etdiklərini bilidiriblər. Çünki onlar iyunun 12-də nümayiş olunacaq gey paradın Kiyevdə keçirilməsinə tamamilə qarşıdırlar.
Elə həmin gün “Kiev” Polkunun rəhbəri Vitali Sadarenko bildirib ki, mətbuat konfransının iki iştrakçısı Andrey Vatolkin və Maksim Mixaylov polis deyillər. Onun sözlərinə görə, dövlət qulluğu daxilində aparılan istintaq nəticəsində 2016 – cı il may ayının 11-də Vatolkin, 17-də isə Mixaylov işdən azad olunublar. Ona qədər isə onların hər ikisi “Müqəddəs Məryəm” alt divizionuna, daha sonra isə “Kiyev” Polkuna daxil olublar. Satarenko eyni zamanda altından xət çəkərək bildirib ki, “Kiyev” Polku şəhərdə patrul polisi funksiyalarını yerinə yetirmir.
Ukrayna Milli Polisinin rəhbəri Xatia Dekanoidzenin sözlərinə görə, Ukrayna polis xidmətindən əməkdaşların kütləvi şəkildə azad olunması ilə bağlı yayılan məlumat yalandır.
Bu il iyun ayının 17-də Kiyevdə keçirilən gey paradda ictimai nizam-intizamın və iştirakçıların təhlükəsizliyini təmin etmək üçün 5000-ə qədər ukraynalı polis və əsgə r səfərbər. olmuşdu. Parad çərçivəsində ultra-sağçı quruplaşmanın 56-a qədər üzvünü saxlayıblar, onlar yürüş iştirakçılarına mane olmaq məqsədi ilə onların yollarını kəsiblər. Qurupun bir neçə üzvü polisə qaz qunbaraları atıb. 5 polisə tibbi yardım lazım gəlib.
Foto: Reuters
Hazırladılar: Dali Kurdadze və Laşa Nonikaşvili,
Miflər Dedektoru laboratoriyası