Tata çopuraşvili
Bu günki gürcü ruhaniləri qadınlar haqqında çox danışırlar, ancaq həyatı bizim ölkəmizdəsistmeli olaraq ailə zorakılığı qurbanı olan qadınlardan danışmırlar. Ruhani şəxslər vəPatriarx özü də tez-tez nəzərimizə çatdırır ki, qadının vəzifəsi ərinə tabe olmaq və onun “ayaqlarını yumaq”dır, öz potensialını göstərmək yeri olaraq evi ona patriarxal mədəniyyət yox, məhz Allah müəyyən edib.Bu cür mühakiəni ruhani şəxslər ideoloji baxımdan Pavle peyğəmbərin konkret məktubları əsasında söyləyirlər ki, bu gün bizim ambionlardan tez-tez eşitdiyimiz xütbələr məhz o məktubların dəyişdirilmiş formasıdır. Pavle Peyğəmbərin aşağıdakı sözlərindən söhbət gedir:”Hər kişinin sahibi İsa Məsih,arvadın sahibi-əri, İsa Məsihin sahibi isə Allahdır.” (1kor. 11, 3). Bununla yanaşı qadının sosial rolu və funksiyasının müəyyən edilməsi zamanı ruhani şəxslər ilk arqumentə əsaslanırlar, arqumentəəsasən qadının xilası və qazancı uşaq dünyaya gətirməkdir:”İlk olaraq Adəm yaradıldı, sonra Həvva.Adəm səhv etmədi ki, qadın səhv etdi vəgünah işlədi.Amma qadında həyatda qalacaq, əgər uşaqlar dünyaya gətirərsə, dinindəolarsa, sevgisindəolarsa.”(1Tikmote, 3, 12/15). Lakin bu cür müzakirəzamanı ruhanilər unudurlar ki, İsa Məsih məhz bu ilk günahın aradan qaldırılması üçün əziyyət çəkdi ki nəsillə artaydı. Hər bir xristianın həyatında yeddi müqəddəs rəbbanı arasında ən başlıcası ilə, vəftiz rəbbanı ilə ilkin günahdan insanın xilas olması baş verir. Buna görədəxristian etikası fərdi vəqeyri-kollektiv günahları əff edən etikadır. O da qeyd edilməlidir ki, bu həmçinin Pavle Peyğəmbərin Romalılara qarşı məktubunda ifadəolunub: “bizlərdən hər biri Allah qarşısında özünə cabadehdir.” (Rom. 14, 12).
Xristian dünya görüşünün bu cür bir tərəfli şərhi zamanı gürcü rühanilər və onların tərəfdarlarının nəzərindən sadəcə qeyd olunan Pavle Peyğəmbər tərəfindən formalaşdırılmış fərdi etikaya əsaslanan teza çıxmır, həm də Pavle Peyğəmbərin etnosundan, sosial mənsubiyyətindənvə cinsindən aslı olmayaraq bərabərlikdən danışdığı məkubları unudurlar:”Artıq nəyəhudi var, nədəyunan, nəqul var, nədəazad, nəkişi var, nədəqadın, çün ki, xrsitianlıqda sizin hamınız birsiniz.”(Qal. 4, 28). Qalatalılara qarşı verilmiş bu bərabərlik tezi, hansı ki, xristianlığın mənbəyindən gəlir, bu gün qanunvericilik sahəsi səviyyəsində Ümumi İnsan Haqqları Bəyənnaməsində təsdiq olunub.
Məktubları diqqətlə oxuduqdan sonra legitim şübhə yaranır ki, bizim kilsə rahibləri Pavlenin mətnlərini tək tərəfli oxuyurlar XXI əsr Gürcüstanında cəmiyyətdə patriarxal və qadının təcrid olunmasına yönəlmiş sosial nizam-intizamın əsasını qoyan, qadının ən önəmli öhdəliyi kimi ailə həyatını göstərən idealoji qarışığı yaradırlar. Bu cür dünya görüşünün əsasını qoyarkən onlar Pavle Peyğəmbərin özünün qadınları peyğəmbərlik işi üçün göndərdiyi faktını unudurlar, bu fakt onun Romalılara dediyi məktubda qeyd olunub:”Aha, sizəbacımız Fibesi təqdim edirəm, o Qenkrel kilsəsinəxidmət edir, ona görəonu Allah yanında müqəddəs kimi qəbul edəsiniz.” (Rom. 16, 1).Bununla yanaşı paradoksal olmasına baxmayaraq kilsəxidmətində qadına ancaq rahibə rütbəsi verilir, bizim ruhanilər eləgürcü kilsəsinin tarixindəki qadınların, Müqəddəs Ninonun rolunu unudurlar, onun təbliğatı, icra etdiyi allah xidməti vəmissioner fəaliyyətindən də öz başlanğıcını götürür. Təssüf ki, bu cür hərəkətlə sadəcə olaraq Gürcüstanın xristianlığı yayan qadın rolunu təhqir etmiş olmuruq, həm dəötənəsrin tarixini dəunuduruq, bu tarixdəgörürük ki, gürcü kilsəsində qadının rolu qəbul olunmuşdu: 1917-ci ildə sentyabrın 15-dəgürcü ictimai xadimi Məryəm Dadiani-Ançabadze Sioni Katolik yığıncağında çıxış etdi vəbildirdi ki: “Qadın bərabərliyini İsa Məsihin dini bizə öyrədirdi. Buna görə dədini işlərin icrasında qadınların iştirakı tələb edirik vəmən Soxumlu gürcü qadınlar cəmiyyətinin sədri kimi şəxsən bərabərlik prinsipinin tərəfdarıyam və dini qurumlarda daha güclü rolun verilməsini tələb edirəm. ”
“Gürcü qadının səsi” qəzetinin redaksiyasının 24-cü nömrəsində belə bir mətn var idi ki, “Kilsə yığıncağı bu sözləri böyük diqqətlə dinlədi və təsdiq etdi. Eyni məsələ ilə bağlı Alaverdi Yeparxiyasının nümayəndəsi Al. Qiurcidze-Çeçişvilsam da çıxış edib.”
Bizim ənənə və mədəniyyət arasındakı qopmanın nümunəsi odur ki, Məryəm Dadiani-Ançabadzenin sözlərini sinod qarşısında təkrar etməyə heç kimin gücü çatmazdı.
Mənbə:
Elizbar Diakonidze,dyakon:„qadın üçün Allah ən yaxşı yeri müəyyən etdi.Bizdə dəqadınlar ruhani yolu iləgedirlər,lakin onlar rahibə olaraq qalırlar,onlara başqalarının ruhunu xilas etmək öhdəliyi düşmür.Qadının ana olması bu ən yaxşı öhdəlikdir.Siz necə düşünürsünüz, Həvva doğurdan almanı dişlədi?Bəlkə o onu gücləndirən zəhər idi?Bununla bağlı düşünməliyik.Əgər həqiqətəndə orda sözün hər mənasında dişlənən alma olsaydı, o zaman alma pəhriz zamanı yeyilən meyvəhesab olunmazdı” (Geworld.ge, 2aprel, 2014).