2018-ci il may ayının 26-da “Obyektiv” tele-şirkətinin “Qızıl kəsişmə” proqramında proqramın aparıcısı və “Neytral/Sosialist Gürcüstan” partiyasının lideri Valeri Kvarçxelia bildirib ki, Gürcüstanın birinci respublikasının hökuməti Gürcüstan milli xəzinəsini Fransaya “qaçıraraq” mənimsəmiş və onun ən böyük hissəsini “sovurub“. Onun iddiasına görə, Gürcüstan milli xəzinəsinin qalan hissəsinin vətənə qaytarılması və xilası sadəcə və sadəcə İoseb Stalinin istəyi ilə mümkün olub.
Valeri Kvarçxelianın Gürcüstanın birinci respublika hökuməti tərəfindən milli xəzinənin satılması və qalan hissəsisinin Gürcüstana qaytarılmasının Stalinin səyi ilə baş verməsi haqqında bəyanatı yalandır. Fransaya aparılmış 248 qutudan sadəcə 39-da milli xəzinə yerləşdirilmişdi və o da tamamilə Gürcüstana qaytarıldı. Fransada satılan əmlak milli xəzinə deyil, xəzinə əmlakı və məişət əşyaları idi. Bu məbləğ Levildə torpağın alınmasına və Fransa Banklarında xəzinənin saxlanılma xərclərinə sərf edildi.
Fakt 1. Gürcüstanın tarixi və mədəni dəyərə malik sərvəti – milli xəzinə heç bir itki olmadan vətənə döndü.
- Fransaya aparılan 248 qutudan sadəcə 39-da milli xəzinə (muzey eksponatları, kilsə əşyaları, arxiv materiyalları, əl yazmalar və s.) yerləşdirilmişdi.
1921-ci ildə Gürcüstandan aparılmış milli xəzinə, həqiqətən də 248 vahidə bölünmüşdü, onların bir hissəsi qutulardan, bir hissəsi isə çuvallardan ibarət idi. Yük Fransaya çatdıqdan sora xəzinənin bir hissəsini yenidən qutulara yerləşdirdilər. Mövcud tarixi sənədlərə əsasən, 1921-ci ilin may ayının 11-də Marsel bankına təhvil verilmiş 167 qutudan:
- 112 qutuda – xəzinə, valyuta mülkiyyəti (əsasən qızıl və gümüş külçələr);
- 16 qutuda – satış kateqoriyasına aid mülkiyyət (məişət əşyaları: vazalar, saatlar və s.);
- 39 qutuda – milli xəzinə (tarixi və mədəni əhəmiyyətə malik əşyalar) yerləşdirilmişdi.
39 qutuda yerləşdirilmiş milli xəzinənin vətənə əksiksiz qaytarılmasını müxtəlif arxiv sənədləri təsdiq edir. Sovet komisiyasının nəticəsi də bunu təsdiq edir. Eyni zamanda diqqət etmək lazımdır ki, menşevik hökumətinin üzvü, milli xəzinənin müdafiəsinə cavabdeh Ekvtime Tağaişvlini vətənə döndükdən sonra professor olaraq Tbilisi Universitetinə qaytarıblar, akademiyaya üzv seçiblər və Stalinin represiya dalğası ona və onun ailəsinə toxunana qədər o burada ictimai mühazirələr oxuyub.
- Maddi sıxıntılara baxmayaraq Gürcüstanın Menşevik Hökuməti və Ekvtime Tağaişvili milli xəzinənin heç bir əşyasını satmayıb.
Gürcüstanın birinci respublika hökuməti Gürcüstandan aparılmış sərvətdən sadəcə xəzinə əmlakını və məişətdə istifadə olunan əşyaları satdı. Bu satışdan əldə edilən məbləğin əsas hissəsi ilə Levildə ərazi alındı və həmin ərazi hal-hazırda Gürcüstanın mülkiyyətindədir, eyi zamanda xəzinənin Fransa bankında saxlanma haqqı da bu pulla ödənib.
Ekvtime Tağaişvili Gürcüstan milli xəzinəsindən bəzi əşyaların satılması və ya sərgilənməsi üçün yüksək məbləğ vəd edən bütün özəl kolleksionerlərin və muzey nümayəndələrinin, eyni zamanda Nyu-York və London muzeylərnin təkliflərini rədd etdi.
Hətta Ekvtime Tağaişvili xəzinəni “sovurmaq” deyil, əksinə onu zənginləşdirməyi bacardı. Misal üçün, O Fransada Yekaterina Dadianinin qolbağını, müxtəlif arxiv imzalarını və kitablar aldı və Gürcüstan muzeylərinə verdi.
Fakt 2. Milli xəzinə Gürcüstana Stalinin istəyi və mübarizəsi ilə deyil, Ekvtime Tağaişvilinin təşəbbüsü ilə qaytarılıb
1935-ci ilin aprel ayının 9-da Ekvtime Tağaişvili Gürcüstan SSR-nın Elmi Qurumların İdarə heyyətinin sədri, Vukul Beridzeyə məktub yazdı: „Təsəlli tapa bilmirəm.”
Ekvtime xəzinənin qaytarılması məsələsindəSovetlər İttifaqının Fransa ilə vasitəçilik etməsini istəyirdi, lakin proses yubanırdı. Xəzinənin qaytarılması məsələsində SSR-nin Fransadakı səfiri Boqomolov iştirak edirdi, lakin onun dediyinə görə, xəzinə işi ilə bağlı təcrübəsi yox idi, buna görə də bu məsələyə yenə də Ekvtime rəhbərlik edirdi. Məhz o xəzinə haqqında De Qolla vermək üçün geniş mühazirə hazırladı. Qeyd etmək lazımdır ki, milli xəzinənin Gürcüstana qaytarılmasında o dönəmin beynəlxalq gedişatı və De Qollun Sovetlər Birliyi ilə əməkdaşlıqda maraqlı olması da həmçinin böyük rol oynadı. Yekun olaraq, 1944-cü ilin noyabr ayının 23-də De Qoll xəzinənin Gürcüstana qaytarılması haqqında əmr verdi.
Gürcü xəzinəsinin 1921-ci ildən 1945-ci ilə qədər keçdiyi çətin yol
1921-ci ilin fevral ayının 20–21-də Tbilisidən və Gürcüstanın müxtəlif bölgələrindən milli xəzinəni topladılar və mart ayının 3-də Batumiyə apardılar, xəzinə daha sonra buradan Marselə aparıldı. Gürcü xəzinəsini yolda yalnız yaşlı və zəif sağlamlığı olan Ekvtime Tağaişvili həyat yoldaşı ilə birgə qoruydu. Fransaya aparılan xəzinəni Gürcüstan hökumətinin adına Fransa Bankının Marsel şöbəsinə yerləşdirdilər və 13 il orada saxlandı. Fransada saxlanan gürcü xəzinəsinə qarşı müxtəlif təhlükələr mövcud idi. Sameqrelo hakimi Niko Dadianinin nəslindən olan Salome Dadiani Dadianilər xəzinəsini ələ keçirmək üçün fəal şəkildə mübarizə aparırdı.
Gürcüstan milli xəzinəsinin Fransada qorunması və onun vətənə qaytarılması emiqrasiyada olan hökumətin və Ekvtime Tağaişvlinin böyük səyləri nəticəsində mümkün oldu.
Hazırladı Ana Çitaladze