“Obyektiv” faşizmin məğlub edilməsində Amerikanın və İngiltərənin qatqsının minimal olduğunu iddia edir

coverrr
1.5k
VIEWS

2018-ci ilin may ayının 8-də “Obyektiv” TV-nin “Gecə şousu” tok-şousuna etdiyi telefon zəngi zamanı həmən kanalın aparıcısı və “Sosial Gürcüstanın” lideri Valeri Kvarçxelia tamaşaçıya İkinci Dünya Müharibəsi ilə bağlı alternative tarix təklif edib. “Obyektiv” TV-nin aparıcısı İkinci Dünya müharibəsində Amerika və Böyük Britaniyanın rolunun minimal dərəcədə olduğunu, faşist Almaniyasını məhz bu ölkələrin maliyəlləşdirdiyini və həvəsləndirdiyini iddi edib və bildirib ki, Amerika və Britaniya yalnız Sovetlər Birliyi müharibəni praktiki olaraq qazandıqdan sonar müttəfiq oldublar.

Yalan 1: Amerika və Britaniya müharibədə minimal dərəcədə iştirak edirdilər

Fakt 1: Böyük Britaniya və Amerika İkinci Dünya Müharibəsində təxminən bir milyon qurban veriblər, faşist Almaniyasının məğlub edilməsi üçün isə 460 milyarddan çox pul xərcləyiblər.

Müharibə zamanı 451 min britaniyalı və 419 min amerikalı həlak olub.

1940-cı ilin oktyabr ayından iyun ayına qədər, Hitler və Stalinin hələ tərəfdaş hesab olunduqları vaxt Almaniya Britaniyanı xüsusi ilə də Londonu intensiv olaraq bombalayırdı.

""
1940

1942-1943-cü illərdə Britaniya və ABŞ Şimali Afrikanı, Siçilyanı, Cənubi İtalyanı məğlub etdilər və bununla da Almaniyanın yanacağa və lazımi resurslara olan çıxış imkanlarının qarşısını aldı. Avropada Qərb frontunun açılması isə İkinci Dünya Müharibəsində dönüş nöqtəsi oldu. 1944-cü ildən Britaniya və ABŞ qüvvələri Hitlərə qarşı Qərb frontunda Normandiyədən hücum edirdilər.

İkinci Dünya müharibəsi dövründə faşizmin məğlub edilməsi üçün ABŞ 341 milyard dollar, Böyük Britaniya isə 120 milyard dollar sərf edib, bud a SSRİ tərəfindən ayrıla maliyyə resurslarından 2.5 dəfə artıqdır.

Müttəfiqlərin qələbə qazanmalarını təmin edən əsas amillərindən biri ABŞ-ın hərbi, texniki və maliyyə yardımı idi. 1941-ci ilin mart ayından ABŞ Lend-Lizi dövlət proqramı çərçivəsində Birləşmiş Krallıq, Sovetlər Birliyi, Çin, Fransa və digər müttəfiq dövlətləri böyük miqdarda döyüş materiyalı, silah, sursat və strateji xammalla təəmin edirdi.Proqram çərçivəsində Amerika 50 milyard dollar dəyərində yardım ayırıb: həmçinin 11.3 milyard Sovetlər Birliyinə ayırıb.

Yalan 2: ABŞ və Britaniya Hitleri SSRİ-ə qarşı təşviq edir və maliyyələşdirirdilər

Fakt 2: 1939-cu ildə Böyük Britaniya və Fransa Almaniyaya iqtisadi müharibə elan edirlər, onunla ticari münasibətləri dayandırırlar və dəniz blokadası tətbiq ediblər. Sovetlər Birliyi isə məhz o zaman Almaniyaya hərbi texnika və təbii ehtiyat verirdi.

“Almaniya və Sovetlər Birliyi xalqalrının qanı ilə qayamış dostluq uzun müddətli və möhkəm olacaq” – İoseb Stalinin Hitlerə və Almaniyanın Xarici İşlər Naziri İoxim Pon Ribentroba 1939-cu ildə göndərdiyi milad təbrikində belə deyilir.

"

Yalan 3. SSRİ Britaniya və ABŞ-ı məcbur etdi ki, İkinci Dünya Müharibəsinə SSRİ-nin tərəfindən daxil olsunlar; ABŞ və Britaniya isə müharibəyə sadəcə Sovetər Birliyi artıq qələbə qazanmaq üzrə olduğu zaman daxil oldular.

1939-cu ildə SSRİ nasist Almaniyası ilə Molotov-Ribbentrop Paktı adlandırılan qarşılıqlı qeyri-təcavüz paktı imzaladı. Bu paktla bölünmüş “təsir sferaları” əsasında 1919-1941-ci illərə qədər SSRİ və nasist Almaniyası Şərqi Avropanı bölürdülər.

"
Almaniya və SSRİ arasında qeyri-təcavüz paktı 1939-cu ildə imzalanıb.

Qeyri-təcavüz paktı əsasında Sovetlər Birliyi nasist Almaniyası ilə əməkdaşlıq edirdi və ərazi genişləndirməsi ilə məşğul idi:

  • 1939-cu ilin sentyabr ayının 17-i SSRİ Polşaya daxil oldu;
  • 1939-cu ilin Noyabr ayının 30-u SSRİ Finlandiyanı daxil oldu;
  • 1940-cı ilin iyun ayının 16-da SSRİ Litvanı işğal etdi;
  • 1940-cı ilin iyun ayının 17-də SSRİ Estoniya və Latviyanı işğal etdi;

Tarixin saxtalaşdırılması:

Rus propaqandası dünya tarixini çirkinləşdirməyə çalışır. Məqsəd İkinci Dünya Müharibəsi haqqında yanlış interpretasiya və tarixi faktları saxtalaşdırmaqla faşizmi sadəcə SSRİ-nin məğlub etdiyini göstərmək istəyi və bu fonda ABŞ-ın, Böyük Britaniyanın və başqa müttəfiqlərin rolunu, onlar tərəfindən göstərilən böyük səyləri və verilən qurbanları inkar etməkdir.


Hazırladı Ana Çitoladze

დარღვევის ტიპი: Dezinformasiya
ქვეყანა/ორგანიზაცია: ABŞ
Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist