“Volmart” satışdan svet simvollu köynəkləri çıxardı

უუ
204
VIEWS

Sentyabrın 18-də Eston onlayn buraxılışı Estonian World məlumat  yayd,ki, Amerika nəhəng pərakəndə ticarət şəbəkəsi Volmart avropalı siyasəilərin etirazlarından sonra sove simvollu köynəkləri tamamilə satşdan qaldırdı.

Üzərində sovet simvolu, oraq və çəkic olan köynək Volmartın veb-səhifəsində Volmart yox başqa şirət tərəfindən satılırdı. Estoniya hakimiyyətinin nümayəndələri Volmarta etiraz məktub göndəriblər və on illiklər boyunca ölkələrinin məruz qaldığı kommunist rejiminin dəhşətlərini yada salıblar.

“Biz Amerika Birləşmiş Ştatlarının dünyanın ən böyük perakəndə ticarət nəhənginin kommunist rejiminin milyonlarla qurbanlarını, eyni zamanda sovet rejimi tərəfindən sürgün edilmiş qocaları, körpələr və uşaqları, siyasi məhbusları, disidentləri, mübarizə hərəkatlarının üzvlərini və sovet represiyalarının müxtəlif zamanlarında həyatını, sağlamlığını və ailələrini itirənlərin hər birini nəzərə almaması və hörmət etməməsindən çox məyus olduq.

Bunun nəticəsində Volmart şəbəkədən kommunizmin milyonlarla qurbanına qarşı təhqir kimi dərk edilən məhsulu tamamən çıxardı. Şirkət bildirdi ki, köynək onların satacaqları əşyalar siyahısına daxil olmayıb və nə də mağazada satılmayıb və onu artıq vveb-səhifədən də almaq mümkün olmayacaq.

Pərakəndə ticarət nəhəngi Volmartın illik gəliri 500 çilyard dollara çatır. İşçilərin sayı 2.3 milyon təşkil edir. Hər iki göstəricilərə görə, şəbəkə dünya lideridir. Bu gün Volmart 28 ölkədə 11 700 mağaza ilə təmsil olunur. Volmart başqa şirkətlərə onun veb-səhifəsində məhsul satmağa imkan verir. Kommunist simvolu olan köynək Volmartın veb-səhifəsinə məhz bu cür düşüb.

Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist