Qərb məktəblərində oğlanlara don geyinməyə icazə verilməsi ilə bağlı Alpha Dominant-ın fotoşəkil manipulyasiyası

დფ
497
VIEWS

İyunun 14-də Political Memes  adlı Facebook səhifəsi video bloqer  Alpha Dominant  ın liberal idealogiyasını tənqid edən „Liberalizm kişilərin mental kastrasiyasıdır (axtalanma) “ başlıqlı videosunu yayımladı. Onun sözlərinə görə, liberalizmin bərabərlik ideyası kişilərin psixofizioloji xüsusiyyətlərinə ziddir, onlara kəskin, aqressiv rəqabət və sosial qalibiyyət ideası xarakterikdir. Liberal sistem qadınlar və “qenderseksual azlıqlar”(müəllifin yaratdığı xüsusi termindir) üçün komfort yaratmaq məqsədi ilə “kişiliyi sıxışdır”mağa, ram etməyə və qadınlara “fora verməyə” çalışır. Qeyd olunan prosesi təsdiqləyən amillərdən biri kimi  Alpha Dominant Qərbin bəzi məktəblərində oğlanlara don geyinməyə icazənin verilməsini qeyd edir, bunun illustrasiyası üçün isə videoda don geyinmiş  məktəb şagirdlərinin fotolarını göstərir. Videonu sosial şəbəkələrdə 55 min insan izləyib və 1.4 min paylaşımı var (iyunun 19-a olan göstəricilərə görə).

"

Alpha Dominant-ın videosunda istifadə olunan foto əslində Britaniyanın məktəblərindən birinin şagirdlərinin etiraz aksiyasının fotosudur. 2017-ci ilin iyun ayında Ekseter şəhərində Isca Academy-nin şagirdləri həmyaşıd qızlardan aldıqları donları geyinərək məktəbə gediblər. Onlar bu formada isti yay günlərində məktəb müdriyyətinin onlara qısa şortlarla məktəbə getmələrinə icazə verməməsinə etiraz ediblər.

2017 –ci ilin iyun ayında Devon Qraflığının Ekseter şəhərində havanın hərarəti 32 dərəcə selsiyə çatıb. სIsca Academy orta məktəbinin şagirdləri məktəb rəhbərliyindən şalvar əvəzinə qısa şort geyinmələri üçün icazə istəyiblər, rəhbərlik isə buna etiraz edib. Şagirdlərdən birinin valideyninin sözlərinə görə, onun 14 yaşlı oğlu şort geymək istəyib və məktəb rəhbərliyi buna ironiya ilə cavab verərək, istəyirsən lap don da geyinə bilərsən – deyib.

21-22 iyun tarixlərində, 60-a qədər oğlan şagird məktəbə bacılarından və rəfiqələrindən aldıqları  donu geyərək gedib. Bu formada şagirdlər məktəbin uniforma siyasətinə etiraz ediblər. Onlar hesab edirlər ki, qızların “sərin” geyimlərinin əvəzinə, oğlanların şalvar, hələ üstəlik pencək də geymələri ədalətsizlikdir.

"
Foto: The Times

Şagirdlərin etirazından sonra, məktəbin direktoru bildirib ki, son günlər həqiqətən də xüsusi olaraq isti keçib və məktəb rəhbərliyi şagirdlərə və məktəbin əməkdaşlarına konfortlu mühit yaratmaq üçün hər şey edəcək. O həmçinin bildirib ki, gələn il müdriyyət məktəb formaları olaraq şortlara icazə verilməsi məsələsinə baxacaq.

Oğlanların etiraz aksiyaları tez başa çatıb, çünki növbəti günlərdə havanın hərarəti hiss olunacaq dərəcədə azalıb.

Alpha Dominant seksist və ayrımcı videolar yayan video bloqerdir. Alpha Dominant-ın Facebook səhifəsinin 19,345 (iyunun 19-a olan məlumatlara görə) izləyicisi var və orada yerlşdirilmiş məlumata əsasən qapalı Facebook qurupunu „anti-liberallar “və “Alpha Dominant”-ın üzvləri idarə edirlər.

"


Hazırladı Ani Xoştaria
Miflər Dedektoru Laboratoriyası

თემატიკა: Kimlik
Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist