Kreml Skripalların işlərindəki rus izini Lugari laboratoriyası ilə necə örtməyə çalışır

scripal case - Copy
252
VIEWS

Kremillə yaxınlığı olan medyaya Səhiyyə Nazirliyindən sənədlər sızıb yoxsa yox?

2018-ci ilin sentyabr ayının 25-də Rusiya Xarici İşlər Nazirliyinin Silahların yayılmaması və nəzarət məsələləri şöbəsinin direktoru Vladimer Ermakov bildirdi ki, Rusiya öz sərhədləri yaxınlığında amerikalılar tərəfindən bioloji eksperimentlərin həyata keçirilməsinə yol verməyəcək.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına səbəb Gürcüstanın keçmiş təhlükəsizlik naziri İqor Qiorqadzenin sentyabrın 11-də keçirdiyi mətbuat konfransı və təqdim etdiyi  sənədlər, olub,  sənədlərə əsasən, guya Tbilisidə yerləşən “Lugari laboratoriyasında” insanlar üzərində eksperimentlər aparırlar və bioloji silah hazırlayırlar. Eyni zamanda Bolqarıstanlı jurnalist Diliana Qaytancıyevanın sentyabrın 12-də yayımladığı “Amerikalı diplomatlar məxfi hərbi proqram çərçivəsində insan qanı və patogenləri ilə qanunsuz ticarət edirlər”  başlıqlı məqaləsi də Rusiya Xarici İşlər Nazirliyinin qeyd olunan bəyanatı etməsinin əsas səblərindən biridir. Məqalə və əlavə olunmuş fotomateryal  Bəşər Əl Əsədi və terror təşkilatı “Hizbullah”ı dəstəkləyən redaksiya siyasəti ilə tanınan Al-Mayadeen TV-nin adı ilə yayımlanıb. Qaytancıyevanın məqaləsini sentyabrın 16-da  Zero Hedge,portalı, sentyabrın 14də isə Rusiya Müdafiə Nazirliyinin telekanalı “Звезда”  yayımladı Məqalədə o yenə də Gürüstanda qan hüceyrələrinin idxalından danışır.

Rus medyasında Lugari mövzusunun “canlandırılması” xronoloji olaraq 2 Rusiya vətəndaşına qarşı Britaniya hakimiyyəti tərəfindən irəli sürülən ittihamlara uyğun gəlir. Onlar 2018-ci il mart ayının 4-də Serqey Skripalın və onun qızı Yulya Skripalın “Noviçokla” zəhərlənməsində təqsirli bilinirlər. Rusiyaya qarşı irəli sürülən ittihamların ört-basdır edilməsi məqsədi ilə, Kreml medyası Riçard Lugari adına İctimai Səhiyyə Tədqiqat Mərkəzinin 2012-ci ildən təhlükəli olmasını göstərmək mövzusu yenidən aktivləşdi.
"
Əgər bundan əvvəlki pulikasiyalarda kreml medyası Lugari laboratoriyası haqqında rus siyasətçilərin bəyanatlarına və ayrı-ayrı respontentlər tərəfindən yayılan əsassız qeybətlərə əsaslanırdısa, Bulqariyalı jurnalistin publikasiyası simulativ sübutlara əsaslanır, hansı ki bir tərəfdən sənədləşdirmə illuziyası yaradır, lakin real olaraq illustrasiya üçün də istifadə olunan ittihamlarla  qeyri-relevantdır. Bu məqsədlə Diliana Qaytancıyeva Səhiyyə Nazirliyindən sızılan sənədləri və nazirin və ayrı-ayrı ictimai şəxslərin elektron yazışmalarından istifadə edir.

Sızılan məktublar

Diliana Qaytancıyevanın məqaləsində “arqument” olaraq əsasən aşağıdakı sənədlərə istinad olunur:

  • ABŞ səfirliyinin Səhiyyə Nazirliyinə laboratoriya materyalının (patogenlər) gömrük nəzarətinin azad olması haqqında məktubu;

"

  • Səhiyyə Nazirliyinin ABŞ səfirliyinə cavabı, cavabda qeyd olunur ki, idxal olunan materyallar hepatitlə xəstələnmiş xəstələrin monitorinqi üçündür və sadəcə qeyri-kommersiya məqsədi ilə, tədqiqat işi üçün gətirilənlər onların nəzarəti olmadan daxil ola bilər;

"

  • USAMRD-G-nin və Gürcüstan Səhiyyə Nazirliyinin nümayəndələri arasında tədbirdə iştirak etmə haqqında, eyni zamanda ABŞ-ın quru qüvvələrinin tibbi araşdırmalara və resurslara komandanlığın idarəçi general Barbara Halkoms və nazir Davit Serqenkonun mümkün görüşləri haqqında elektron yazışma;

"

"

  • Xəstəliklərə nəzarət və İctimai səhiyyə Milli Mərkəzinin direktoru Amiran Qamğrelidze və Davit Serqenko arasında həm Volter Rid Universitetinin rəhbərliyi ilə, həm də cənab Serqenkonun Parisdə Gilead-ın nümayəndəliyi ilə görüşü haqqında elektron poçt vasitəsi ilə yazışma;

"

  • Nazir Serqenkonun adına Bulqaryalı jurnalistin elektron poçtundan yazılan və nazirliyin mətbuat xidmətinə göndərdiyi məktuba nazirin reaksiyası (“Bax bu kimdi. Kim itirib və görəsən mənim meilimi hardan öyrənib”)ş

"

“Medya İnkişaf Fondu” bu sənədlərin avtendliyini Səhiyyə Nazirliyi ilə yoxlamağa çalışdı və avtendlik müəyyən olduğu təqdirdə bu məsələ ilə bağlı həm xidməti araşdırmanın başlayıb-başlamaması, həm də nazir və digər vəzifəli şəxslərin şəxsi elektron yazışmalarının və digər sənədlərin jurnalistin əlinə necə düşdüyünü öyrənmək istədi. Bir neçə dəfə səy göstərilməsinə baxmayaraq tələb etdiyimiz məlumata cavab ala bilmədik.

2018-ci ilin sentyabr ayının 27-də Gürcüstan Səhiyyə Naziri Davit Serqenko bu mılumatla bağlı Rustavi 2 tele kanalı vazitəsi ilə bəyanat verərək qeyd etdi ki, ola bilər ki yazışma haker hücumu nəticəsində əldə ediblər.

"

"

Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist