İberiya Birliyinin müsəlmanların sülh nümayişi ilə bağlı manipulyasiyası

share
298
VIEWS

2018 –ci ilin may ayının 29-da ultra-milliyətçi feisbuk səhifəsi “İberiya Birliyi” “#işğal” başlığı altında müsəlmanların yürüşünü əks etdirən və üzərinə şərh olaraq ksenefob mətn yazılmış video paylaşdı. “İberiya Birliyi” müsəlmanların Londonda keçirdiyi yürüşü “silahsız işğal” adlandırıb və gürcü istifadəçiləri xaricilərə qarşı radikal formalara müraciət etməyə çağırıb. Videoya 15 min baxış olub, 270 dəfə paylaşıb və altına sosial şəbəkələrdə istifadəçilər tərəfindən ksenofob və nifrət dolu şərhlər yazılıb.

"

Real olaraq, videoda 2017-ci ilin oktyabr ayının 1-də Londonda müəslmanlar tərəfindən “İslam Dövləti” adlandırılan terrorist təşkilatına qarşı keçirilmiş marş əks olunub. Terrorizmə qarşı keçirilmiş sülhməramlı nümayişin müsəlmalnar tərəfindən “işğal” və “təhlükə” kimi göstərmək  manipulyasiyadı və oxucuda müsəlmanlara qarşı fobiotik hisslər oyandırmağa xidmət edir.

Yürüşdə iştirakçılar “Terroristlər Allahın və bəşəriyyətin düşmənləridirlər”, “İslam btün dinlərə hörmət edir”. Yürüşdə həmçinin Devid Heinsin qardaşı da iştirak edirdi. Heins humanitar işçi idi, 2014-cü ilin sentyabr ayında “Cihadi John” adı ilə tanınan İŞİD terroristi tərəfinən başı kəsildi.

"

"

Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist