Avropa ölkələrində beynəlxalq təşkilatların təhqiqat aparmalarının qadağan olunması ilə bağlı yanlış məlumat

dr
299
VIEWS

May ayının 9-da, Pos TV-nin “Maesro” tele şirkətinin efirində yayımlanan “Media rentgen” verlişi sosial təhqiqatların saxtalaşdırılmasına həsr olunmuşdu. Aparıcı Nikoloz Laliaşili qeyd etdi ki, saxta sosialogiyanı yaradanlardan biri də vətəndaş sektorudur, ictimai fikrə təsir göstərmək üçün, seçki reytinqləri ilə yanaşı başqa-başqa hesabatlar da istifadə olunur, bunları da beynəlxalq təşkilatlar fəal şəkildə maliyyələşdirirlər. sosioloq Valerian Qorqiladze isə bildirdi ki, heç bir Avropa ölkəsində beynəlxalq təşkilatlara təhqiqat aparmağa icazə vermirlər və bu məsələ tənzimlənməlidir.

Avropa ölkələrində guya, beynəlxalq təşkilatlara araşdırma aparmağa icazə verilməməsi ilə bağlı iddia yanlış məlumatdır. Avropa ölkələrində qüvvədə olan yeganə tənzimləmə icimai fikrin öyrənilməsi ilə bağlı araşdırmalar aparıldığı zaman şəxsi məlumatların toplanması, işlənməsi və yayılması qaydasına, eyni zamanda seçkilər zamanı ictimai fikrin təhqiqat nəticələrinin yayımlanması və işıqlandırılmasına şamil olunur.

   1. Avropa ölkələrində beynəlxalq təşkilatlara araşdırma aparmaq qadağan olunmayıb

Beynəlxalq təşkilatlara Avrpa ölkələrində ictimai fikrin təhqiqini qadağan edən tənzimləmə mövcud deyil. Araşdırmalarla bağlı tənzimləmənin məzmunu yalnız seçkilər dönəmində təhqiqatı nəticələrinin yayımlanmasına, eyni zamanda araşdırmada iştirak edən şəxslərin şəxsi məlumatlarının qorunmasına aiddir.  

Avrpa Birliyi ölkələrində ictimai fikrin araşdırılmasını Gallup, Pew Research Center kimi təşkilatlar həyata keçirirlər.   

   2. Beynəlxalq Təşkilatlar olan NDI və IRI Mərkəzi və Şərqi Avropa ölkələrində işləyirlər

IRI

Hal-hazırda IRI proqramlarını Estoniya, Latviya, Litva, Polşa, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, Xorvatiya, Bosniya-Hersoqovina, Albaniya, Makedoniya, Blqarıstanda icra edir. Avropada təşkilatın fəaliyyəti keçid demokratiyası olan ölkələrə dəstək və vətəndaşların rifahını yaxşılaşdırmaq məqsədi ilə çoxpartiyalı siyasi sistemlərə dəstəyi nəzərdə tutur. Slovakiyada IRI ictimai fikrin sistemli təhqiqinə əsaslanan geniş maştablı proqram həyata keçirir və demokratik güclərə seçki strategiyasının müəyyən olunmasında və kualisiya yaratmaqda, eyni zamanda effektiv siyasi kampaniya reallaşdırmaqda yardımı nəzərdə tuturdu.

Misal üçün 2017-ci ilin may ayının 24-də IRI Macarıstanda, Polşada, Çexiyada və Slovakiyada beynəlxalq araşdırma şirkəti Ipsosla birlikdə həyata keçirdiyi ictimai fikrin təhqiqinin nəticələrini yayımladı.                                                                                                               .
 

"

NDI

NDI Avropanın 12 ölkəsində fəaliyyət göstərir. Bu ölkələrdir: Albaniya, Bosniya-Hersoqovina, Bolqarıstan, Xorvatiya, Macarıstan, Kosova, Makedoniya, Monteneqro, Niderland, Ruminya, Serbiya və Slovakiya. Hər bir ölkədə NDI ictimai fikrin müxtəlif mövzuları ilə bağlı araşdırmalar aparır və bu fəaliyyət həmin ölkələrdə qanunla qadağan olunmayıb. Missal üçün 2018-ci ilin aprel ayında NDI Macarıstan, Polşa və Slovakiyada demokratiya və siyasətə qarşı gənclərin əhval-ruhiyyəsinə aid sorğunun nəticələrini yayımladı.

"

POS TV haqqında

POS TV hakimiyyətlə əlaqəli internet televiziyadır. 2018-ci ilin may ayının birindən POS TV-nin 4 proqramı (Night Show, Media Rentgen, Siyasi Dedektor, Konservatoriya) “Maestro” tele şirkətinin efirində yayımlanır. Verlişin hazırlanmasında Şalva Ramişvili, NNika Laliaşvili, Nuqzar Ruxadze, Valerian Qorqiladze və başqaları iştirak edirlər.  

დარღვევის ტიპი: Dezinformasiya
Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist