Moskvada gedən rus-gürcü gənclərforumunda Gürcüstandan “Gürcü truppası”nın lideri Condi Bağaturiya “Dövlət Təhlükəsizliyi və Milli marqlar mərkəzi”nin («Центр государственной безовпасности и национальных интересов») rəhbəri statusu ilə ştirak edir.
Noyabrın 12-də çıxışı zamanı Bağaturoya bildirdi ki, dünyada münaqişəsi olmayan ölkə tapmaq çətindir, lakin rus və gürcü mədəniyyəti və dünya görüşü eynidir və bir-birini tamamlayır. O ümid etdi ki, Rusiya-Gürcüstan münasibətlərinin nizamlanmasında gənclər öz töhvələrini verəcəklər.
Forumun təşkilatçılarından biri “Rus gənclər birliyi”nin veb səhifəsində oxuyuruq ki, yeddigünlük forum çərçivəsində bir neçə təşəbbüs -hər il keçiriləcək gürcü-rus gənclər forumu, iki ölkənin gəncləri üçün siyasi platforma olması üçün gənc liderlərin daimi rus-gürcü klubunun yaradılması və ilk rus dill gənclər biznes nkubatorunun açılması kimi müzakirə olunacaq.
Rus dilli Sputnik-Gürcüstanın məlumatına, əsasən, 11-18 noyabr tarixlərində Moskva və Pitkoriskidə keçirilən forumda gürcü nümayəndə heyyəti 30 nəfərlik tərkiblə iştirak edir. Onlar arasında ekspertlər, jurnalistlər, bloqerlər, icma liderləri, gənc istehsalatılar və tələbələr var. Sputnikə əsasən tədbirlərdə “MDB və Avropa ali məktəblərini bitirən gürcülər asossasiyası”nın rəhbəri Nestan Çitaia, “Rusiyada federal gürcü milli mədəni muxtariyat” təşkilatının rəhbəri Qiorqi Curcumia və “Rus və gürcü xalqının brlik fondu”nun rəhbəri Vladimer Xomerik iştirak edirdilər.
Vladimer Xomerik “Rus və gürcü xalqının brlik fondu”nun rəhbəridir və hesab, edir ki, Rusiya Abxaziya və Tsxinvalini işğal etməyib. O hesab edir ki, Abxaziya və Tsxinvali regionu ərazisində rus sülhməramlılarının olmasına səbəb bizim hakimiyyətimizin addımları səbəb olub, lakin rusiya özü gürcülər tərəfindən işğal olunub, ünki orada bir milyodan artıq gürcü yaşayır.
Forumun təşkilatçıları “Gənclərin rus birliyi” («Российский Союз Молодежи»), Beynəlxalq Hüquq İnstitutu, Pitiqorski Dövlət universiteti, “MDB və Avropa ali məktəblərini bitirən gürcülər asossasiyasıdır. Forum Yevqeni Primakov adına gürcü-rus ictimai mərkəzinin dəstəyi ilə həyata keirilir.
Российско-Грузинский молодёжный форум