2018-ci ilin sentyabr ayının 4-də “Qafqaziya” tele şirkətinin efirində “Spektr” verlişində politoloq Aviqdor Eskin avqustun 22-də Almaniya kansleri Anqela Merkelin Gürcüstana səfəri haqqında danışıb. Eskinin iddiasına görə,Merkel səfər çərçivəsində Gürcüstanı suriyalı qaçqınları qəbul etməyə çağırıb.
qidor Eskin, politoloq: “Və ona görə suriyalı qaçqınları qəbul etməlisiniz? O [Anqela Merkel] ki, dedi bunu? deyib”
Eskinin Merkelin Tibilisiyə səfəri amanı Gürcüstan tərəfindən suriyalı qaçqınların qəbul edilməsi öhdəliyi haqqında danışması ilə bağlı iddiası yalandır. Qeyd olunan yalan məlumat artıq illərdir ki yayılır və məqsədi Avropa Birliyinə inteqrasiyanın Gürcüstana suriyalı qaçqınları qəbul etmək öhdəliyi verir, ultra-sağçı qüvvələr miqrant əleyhinə hisslər yaratmaq üçün bundan istifadə edirlər.
Avqustun 22-də Gürcüstana səfəri çərçivəsində Anqela Merkel miqrasiya haqqında həqiqətən danışmayıb, müzakirə olunan məsələlər suriyalı qaçqınlara yox, Gürcüstandan Almaniyaya getmiş sığınacaq axtaranlara aid olub. Merkelin sözlərinə görə, Gürcüstan üçün viza rejimi ləğv olunduqdan sonra Gürcüstandan Almaniyaya sığınacaq üçün müraciət edənlərin sayında hiss olunacaq dərəcədə artım hiss olunur. Elə onun sözlərinə görə, Almaniya Gürcüstanı miqrantların geri qayıtması üçün təhlükəsiz ölkə elan edəcək.
Avropa Birliyinin Gürcüstanı suriyalı qaçqınları qəbul etməyə məcbur etməsi haqqında yalan məlumat illərdir ki, yayılır. Misal üçün 2016-cı ildə “Asaval-Dasaval” üçün verdiyi müsahibəsində zamanlar rus yönlü siyasi partiya “Birləşmiş Demokratik Hərəkat”ın üzvü olmuş və hal-hazırda Evgeni Primakov adına rus-gürcü ictimai mərkəzinə rəhbərlik edən Dimitri Lortkipanidze iddia edirdi ki, Avropa Birliyi ilə bağlanmış readmisiya müqaviləsi Gürcüstanı suriyalı qaçqınlar axınını qəbul etməyə məcbur edir.
Nə viza-liberalizasiya, nə assosiativ razılaşma, nə də readmisiya müqaviləsi Gürcüstanı Suriyadan qaçqın qəbul etməyə məcbur etmir.
Aviqdor Eskin haqqında
Aviqdor Eskin Rus-İsrail konservativ politoloqdur. Eskin rus medyasında Gürcüstan və Ukrayna əleyhinə bəyantlar verməklə seçilir və Rusiyanın aqressiv xarici siyasətini dəstəkləyir. Eskin Gürcüstanda Rusiya işğalı haqqında gedən söhbətləri Mixeyil Saakaşvili tərəfindən başladılan “aqressiv təşviqat” adlandırır və “Vətənpərvərlər Alyansı” kimi Gürcüstada rus yönlü fraksiyanın mövcud olmasını müsbət qiymətləndirir. Rusiya tərəfindən Krımın aneksiyasını isə Eskin Rusiyanın “25 il ərazində azaldılan” “mənəvi yüksəliş”i adlandırır, bundan əlavə Eskin Avrasiyanizm və Rusiyanın üçüncü Roma ideasının fəal dəstəkçisidir. Eyni zamanda Eskin Aleksandr Duqinin yaxın dostudur.