2018-ci ilin may ayının 10-da “Россия 1”-in informasiya proqramı Вести Недели-də proqramın aparıcısı Dimitri Kisiliov Ukraynanın “təxribata” yol verməsindən danışıb. Kisiliovun sözlərinə görə, Ukrayna narıcı inqlab dönəmindən başlayaraq Rusiyaya qarşı təxribatlar hazırlamaqla seçilir. O bildirib ki, Ukraynanın üçüncü prezidentinin, Viktor Yuşşenkonun zəhərlənməsi də bu təxribatın bir hissəsidir və həqiqətdə Yuşşenko kosmetik prosedurlar nəticəsində zəhərlənib.
Yuşşenko kosmetik prosedur nəticəsində yox, qanında yüksək miqdarda dioksin əvəzləyicisinin olması nəticəsində zəhərləndi. Bunu İsveçrəli və Ukraynalı təhqiqatçıların elmi işləri təsdiq edir və orada bildirilir ki, TTCD dioksinin tərkibi Yuşşenkonun qan zərdabında normadan 50 000 dəfə artıq olub. Həmin araşdırmaya əsasən, Yuşşenkonun qanında tapılan dioksin həddindən artıq təmiz olub, bu da o deməkdir ki, o həqiqətən laboratoriyada hazırlanıb.
2004-cü ilin sentyabr ayının 6-da şam yeməyində görüşdən sonra Yuşşenko xəstələndi. Ukraynalı həkimlər ona qida zəhərlənməsi diaqnozu qoydular, lakin onun vəziyyəti get-gedə daha da pisləşirdi – onda klorakne yaranmağa başladı, üzü deformasiya oldu, danışa və oxuya bilmirdi. Həmin ilin sentyabr ayının 9-da Yuneşşenkonu Viyananın Rudolpainerhaus xəstəxanasına köçürdülər. Burada avstryalı həkimlər ona kəskin pankreatit diaqnozu qoyublar. Həkimlərin sözlərinə görə, kəskin pankreatitə “ciddi virus infeksiyası və təbii qidada mövcud olmayan kimyəvi maddələr səbəb olub.” Dioksin testi göstərdi ki, Yuşşenkonun vəziyyətinin ağırlaşmasına səbəb qanında yüksək miqdarda dioksin əvəzləyicisinin olması olub.
2009-cu ilin avqust ayında aparıcı tibb jurnalı The Lancet isveçrəli və ukraynalı tədqiqatçıların elmi işini yayımlayıb. Elmi işə əsasən TTCD dioksinin tərkibi Yuşşenkonun qan zərdabında normadan 50 000 dəfə artıq olub. Həmin araşdırmaya əsasən, Yuşşenkonun qanında tapılan dioksin “həddindən artıq təmiz olub, bu da onun laboratoriyada hazırlandığını təsdiq edir”.
Elməddin Məmmədov
Miflər dedektoru laboratoriyası