Guya Avropa İttifaqına üzv olmaq Bolqarıstanın və Rumınyanın iqtisadiyyatlarını süquta uğratdı xəbəri dezinformasiyadır

ჰჰ
887
VIEWS

Aprelin 27-də “Gürcüstan və dünya”portalı siyasətşünas Hamlet Çipaşvilinin müsahibəsini yaymışdır. Müsahibədə respodent işsizlik və iqtisadi problemlərdən danışaraq, onları Avropa İttifaqına inteqrasiya prosesi və vizasız get-gəllə əlaqələndirir. Buna misal kimi Hamlet Çipaşvili Bolqarıstanın və Rumınyanın adını çəkir. Onun deməsinə görə, Avropa İttifaqına daxil olduqdan sonra hər iki ölkənin iqtisadi vəziyyətlərini yaxşılaşdıracaqlarına dair ümidləri boşa çıxmışdır, çünki istehsalat müəssisələri və zavodları bağlandı, işsizlik isə fəlakət həddinə çatmışdır. Hamlet Çipaşvili Gürcüstanın da aqibətinin eynicür olacağını qeyd edir. Ələxüsus da, şərabçılıq və üzümçülük sahəsi istiqamətində bədbin proqnozlar verir.

Hamlet Çipaşvilinin, guya Avropa İttifaqı Bolqarıstan və Rumınyanın iqtisadiyyatını dağıtmışdır , isbatı yalandır. Qeyd olunan ölkələr Avropa İttifaqına 2007-ci ildə qəbul edildilər, bundan sonra ümumdaxili məhsullarının, ixracatlarının, orta illik maaşlarının göstəriciləri, həmçinin iqtisadiyyatlarının istehsalat sektoru tərəfindən yaradılmış məhsulun payının artış təmayulu müşahidə olunur. Bununla belə, Rumınyanın ixracatının 84%-i avropa ölkələrinin üzərinə düşür, Bolqarıstan üçün analoji göstəricilər isə 78%-dir.

Real faktlar

Fakt #1: Bolqarıstanın ÜDM-si Avropa İttifaqına birləşməzdən əvvəl, 2006-cı ildən 34,3 mlrd $ idi, 2016-cı il üçün qeyd olunan göstərici 52,4 mlrd $ idi. Ümumdaxili məhsulu adam başı 2006-cı ildə 6 107,71 $ bərabərdi, 2016 –cı ildə isə 7 926 $.

Diaqram 1. Bolqarıstanın Avropa İttifaqına üzv olmazdan əvvəlki ÜDM-si (1998-2006)
"

Diaqram 2. Bolqarıstanın Avropa İttifaqına üzv olduqdan sonrakı ÜDM-si (2007-2016)
"

Mənbə: Tradingeconomics.com, Dünya Bankı

Fakt #2:   Rumınyanın ÜDM-si 2006-cı ildə 123,53 mlrd dollardı, 2016-cı ildə isə 186,69 mlrd dollar oldu.  2006-cı ildə, Avropa İttifaqına üzv olmazdan əvvəl, ÜDM adam başı Rumınya üçün 7418.42 ABŞ dolları təşkil edirdi, 2016-cı ildə isə 10080.97 ABŞ dolları idi.

Diaqram 3. Rumınyanın Avropa İttifaqına üzv olmazdan əvvəlki ÜDM-si (1998-2006)"

Diaqram 4. Rumınyanın Avropa İttifaqına üzv olduqdan sonrakı ÜDM-si (2007-2016)"

Mənbə: Tradingeconomics.com, Dünya Bankı

Fakt #3: 2006-cı ildən 2018-ci ilə qədərki müddətdə Bolqarıstanın ixracatı 122%–lə, Rumınyanın isə 142%-lə böyümüşdür. Bununla belə, Bolqarıstanın ixracatında Avropa Ölkələrinin payı  78% Rumınyanın ixracatında isə  84%-dir.

Bolqarıstan

"
Rumınya

"
Mənbə: BMT-nin beynəlxalq təcarətinin verilənlər bazası (UN COMTRADE Database)

Fakt #5: Bolqarıstan və Rumınyada 2007-2018-ci illərdə senaye sektoru tərəfindən yaradılmış Ümumdaxili Məhsulun həcmi daima böyüməkdədir.

Diaqram 5. Bolqarıstanda sənaye sektorunun yaratdığı məhsul, 2007-2018"
Mənbə: Tradingeconomics.com, Bolqarıstan Statistikasının Mili İnstitutu

Diaqram 6. Rumınyada sənaye sektorunun yaratdığı məhsul, 2007-2018"
Mənbə: Tradingeconomics.com, Rumınya Statistikasının Mili İnstitutu

Fakt #6: Guya Bolqarıstanda və Rumınyada, Avropa İttifaqının üzvü olduqdan sonra işsizlik fəlakət həddinə çatmışdır məsələsi, əsassızdır. Bolqarıstanda işsizliyin ən böyük göstəricisi 2013-cü ildə təsbit olundu və o 12,9% təşkil edirdi, Rumınyada isə 2011-ci ildə – 7,2%. 2013-cü ildən etibarən, hər iki ölkədə işsizliyin göstəricisi azalmağa doğru gedir.
"

"

Mənbə: Dünya Bankı

Fakt #7: 2009-2011-ci illərdə Rumınya Avropa İttifaqının maliyyə dəstəyi proqramı çərçivəsində 2.35 mlrd avro almışdır. Bolqarıstanda həyata keçirilmiş proqramlar kimik və orta müəssisələrə dəstəyi, insan qaynaqlarının və kənd təsərrüfatı sektorunun inkişafını əhatə edirdi.

 


Hazırlayanı Vato Qoqladze
Miflər Dedektoru Laboratoriyası

თემატიკა: İqtisadiyyat
დარღვევის ტიპი: Dezinformasiya
ქვეყანა/ორგანიზაცია: Avropa İttifaqı
Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist