- მითების დეტექტორიhttps://mythdetector.com/az/author/mithebis-deteqtori/
- მითების დეტექტორიhttps://mythdetector.com/az/author/mithebis-deteqtori/
- მითების დეტექტორიhttps://mythdetector.com/az/author/mithebis-deteqtori/
- მითების დეტექტორიhttps://mythdetector.com/az/author/mithebis-deteqtori/
2018-ci ilin iyun ayının 27-də internet nəşri “Gürcüstan və Dünya” “Stoltenberq: Şimali Atlantika Alyansını qorumaq mümkünsüz olacaq” başlıqlı məqalə yayımladı. „Gürcüstan və Dünya“ inandırır ki, guya NATO-nun Baş Katibi İens Stoltenberq Alyansın gələcəyini şübhə altına salan məktub yayımlayıb. Geworld-ün iddiasına görə, növbəti sammitdə NATO-nun siyasi birliyi təhlükə qarşısında qalacaq. Bu “yeniliy”in fonunda, internet buraxılış Gürcüstanın Şimali-Antlantik siyasi kursunu sual altına salır.
Geworld.ge: “NATO Baş Katibi İens Stoltenberq bir neçə gün əvvəl, gələcəkdə Şimali Atlantika Alyasını qoruyub saxlamağın, ABŞ-la Avropa Birliyinin aparıcı ölkələri arasında mübahisələrin çoxalmasına görə, mümkünsüz olacağı haqqında fikir söylədiyi bir məktub yayıb… NATO-nun mövcudluğuna elə onun baş katibi özü şübhə edir; NATO dağılır və Gürcüstan bu təşkilata doğru can atır?“
“Gürcüstan və Dünya” NATO baş katibinin sözlərini manipulyativ olaraq yayımlayıb və propaqnadanın “kartların başlanğıcı” adlanan metodundan istifadə edib. Nəşr iyunun 21-də Lankaster sarayında İens Stoltenberqin çıxışından kontekstdən redaktə olunmuş şəkildə sadəcə alyansda mövcud olan diskussiya məsələlərini təsvir etdiyi fraqmenti yayımlayıb, çıxışın Stoltenberqin NATO-nun əsas 3 yanı ilə bağlı söylədiyi hissəni, hansı ki, Şimali Atlantik Alyansın diriliyini əks etdirir “Gürcüstan və Dünya” ümumiyyətlə yayımlamayıb.
Propaqanda metodu: “kartların başlanğıcı” – məlumat müəyyən qədər həqiqətdir, lakin o seçilərək çatdırılır. Kreml propaqandası qeyd olunan texnikadan saxta narativlərin həqiqiliyinə auditoriyanı inandırmaq üçün istifadə edir.
Məqsəd: manipulyasiyanın mqəsədi Şimali-Atlantik Alyansa qarşı skeptizim oyatmaq və Gürcüstanın NATO-ya üzv olmasının qeyri-real olması ilə bağlı fikir yaratmaqdır, guya Alyans özü böhran içindədir və islahatlara gərək duyur.
2018-ci ilin iyun ayının 21-də Londona səfər çərçivəsində Stoltenberq Lankester sarayında Alyansın qarşısında duran məsələlər və çətinliklər haqqında danışaraq çıxış edib. Çıxışın tam mətni ilə NATO-nun veb-səhifəsində tanış olmaq olar
Stoltenberqin sitatının tam versiyası |
Stoltenberqin sitatının Geworld-ün kontekstdən çıxararaq yayımladığı kiçik fraqment |
---|---|
„Bizim birliyimiz güclüdür… amma bəziləri bu birliyin gücünə şübhə edirlər, lakin ABŞ-la müttəfiqlər arasında ticarət, iqlim dəyişikliyi və İranla nüvə razılaşması kimi məsələlərlə bağlı bəzi anlaşılmamazlıqlar mövcuddur… Transatlantik birliyin hər zaman mövcud olacağı ilə bağlı mütləq həqiqət ki, biz onu saxlayacayıq mövcud deyil. İcazə verin, izah edim, niye. Birincisi, biz indiyə qədər də mübahisələr dəf etmişik. Fərqli fikrlərin mövcudluğu yeni deyil. Bəzən bu fərqli fikir əhəmiyyətli də olub… |
“Bu mübahisələr realdır və onlar öz-özünə tezliklə yox olmayacaqlar. Heç kim heç vaxt transatlantik birliyin hər zaman iddialı olacağı ilə bağlı zəmanət verməyib It is not written in stone that the transatlantic bond will survive forever.
|
“Media İnkişaf Fondu”nun “Qərb əleyhinə propaqanda” hesabatının göstərdiyi kimi, 2017-ci ildə NATO ilə bağlı göndərilən mesajlardan alyansa üzv olma istiqamətində skeptizim və nihilmzin oyandırılması dominant mövzu olub. Gürcüstanın NATO-ya üzv olmasının alyansın özünün böhran içərisində olmasından və islahatlara ehtyac duymasından dolayı qeyri-real olması ilə bağlı fikirlər formalaşdırılırdı.
Hazırladı Sopo Ekseulidze
Miflər detektoru laboratoriyası