“Vətənpərvərlər Alyansının” üzvü Emzar Kvitsiani tərəfindən Gürcüstan Parlamentində qaldırılmış qanun layihəsi hazırda müzakirə mərhələsindədir və Hüquq Departamenin dəstəyini ala bilməyibdir. Qanunlayihəsi dini duyğuların təhqir edilməsinə görə cəriməni yaxud da azadlıqdan məhrum etməyi nəzərdə tutur.
İzahat kartasında bu cür qanunun qəbul olunmasının məqsədəuyğunluğunu Emzar Kvitsiani Avropa ölkələrinin təcrübəsi ilə əsaslandırır və dini təhqirin “sərt şəkildə cəzalandırıldığı” 16 avropa ölkəsini misal olaraq gətirir.
Emzar Kvitsianin dəlilləri yanlışdır. Onun göstərdiyi 16 ölkədən 9-da bu cür qanun ümumiyyətlə yoxdur. 7-də isə qanunun mövcud olduğuna baxmayaraq, praktikada istifadə etmirlər. Beləliklə guya həmin ölkələrdə dini təhqir “sərt şəkildə cəzalandırılır” məsələsi yalandır.
Dinin təhqiri ilə bağlı qanunlar, hansıları ki, Avropada Blasphemy Laws (yəni küfr) adlanırlar bir çox avropa ölkəsində mövcud deyildir. Küfr və dini duyğuların təhqiri barədə qanunlar avtoritar ölkələrdə qüvvəyə minmişdir. Belə ölkələrdə qanun dominant dövlət dinini qoruyur və onu başqa dini qruplardan üstün tutur. Bu kimi ölkələrdə küfra haqqındakı qanunlar tənqidi və sekulyar qrupların səslərini basdırmaq üçün bir alətdir.
1. Küfr (blasphemy) Avropanın əksər ölkələrində cəzalandırılmır
ABŞ Beynəlxalq Dini Azadlıqlar Komissiyasının 2017-ci il hesabatı dünya ölkələrində küfr haqqındakı qanunvericiliklərə nəzər yetirir. Araşdırmaya görə, küfr haqqında qanunlar dünyanın 71 ölkəsində mövcuddur. Araşdırma nəinki qanunu eyniləşdirir, həmçinin ölkələrə görə qanunun praktikada istifadə olunmasının keyfiyyətini aşağıdakı meyarlarla qiymətləndirir: İfadə azadlığı, qanunun aydın olmaması, söz və toplaşma haqqının məhdudiyyəti, qruplarla münasibətdə diskriminasiya, dövlət dinini qorumaq.
Bu kriteriyaların təhlili nəticəsində, komitə 10 ən yüksək balı olan dövlətin adını çəkdi. Həmin dövlətlərdə küfr qanunlarının olması beynəlxalq hüquq prinsipləri ilə ziddiyyət təşkil edir. Həmin ölkələr bunlardır: İtaliya, Komor adaları, Malta, İran, Pakıstan, Yəmən, Somali, Qətər, Misir, Libya.
Nəticələrdən də bəlli olduğu kimi, praktikada küfr qanunundan istifadə etmək halı ifadə azadlığına və beynəlxalq standartlarına avropanın yalnız iki ölkəsində – İtaliyada və Maltada – ziddir. Burdaca qeyd olunmalıdır ki, araşdırma 2016-cı ilin verilmişlərini əhatə edir. 2016-cı ilin iyulunda Malta, 2017-ci ilin iyununda isə Danimarka küfr haqqında qanunu ləğv etdilər.
Keyfiyyətcə ən ağır, zirvədə olan 5 ölkənin rəsmi dövlət dini vardır. Bu ölkələrdə küfrə qarşı qanun yalnız dövlət dinini qorumaq üçündür. Belə bir qanunun olmadığı avropa ölkələrində dövlət müxtəlif əqidələrə qarşı diskriminasiyaya yol vermir və o, müxtəlif qruplara eynicür şamil olunur.
2. Küfr haqqında qanunun mövcud olduğu Avropa ölkələrinin əksəriyyətində belə qanundan istifadə etmə halları cüzidir.
3. Avtoritar ölkələrdə küfr haqqındakı qanunlardan azlıqlar qruplarına qarşı istifadə olunur
Küfr haqqında qanun avtoritar ölkələrdəki hökumətləri həqiqətin və “dini düzlüyün” arbitri kimi qələmə verir. Avtoritar ölkələrdə hökumət dominant dini dəstəkləyir və küfr və yaxud dini duyğuların təhqiri bəhanəsi ilə demokratik və tənqidçi qrupların səsini basdırır.
Avtoritar ölkələrin bəzilərində küfr üstündə məhbusluq və ya edam cəzası belə nəzərdə tutulmuşdur. Küfr və dini duyğuların təhqiri əsasında Rusiyada sekulyar etiraz faktiki olaraq susdurulmuşdur. Dini duyğuları təhqir etməkdə 21 yaşlı bir bloggeri ittiham olundu. Həmin blogger Youtobe-yə kilsədə Pokemon GO oyununu oynadığı videonu yükləmişdi.
Dini duyğuları təhqir etmək maddəsi nəyi nəzərdə tutur
Əgər parlament bu qanun layihəsini qəbul edərsə, o zaman müqəddəsliklərə, dini təşkilata, din xadiminə və dindara qarşı nifrətin açıq şəkildə ifadəsi, habelə, dindarların duyğularını təhqir edən məzmunlu materialın ya videonun göstərilməsi cərimə və yaxud 1 il müddətində azadlıqdan məhrum edilməklə cəzalandırılacaqdır. Həmçinin, dini bina və tikililərin nəcislənməsi və ona xəsarət yetirmək də cinayət işləri məcəlləsi ilə cəzalandırılacaqdır. Cinayət məcəlləsinə əsasən bu cür hallar üçün 2 ilə qədər həbs qətimkan tədbiri nəzərdə tutulur.
Hazırladı Sopo Qelava