Assosiativ razılaşmanın monitorinq nəticəsinin sadəcə LGBT üzvlərinə aid olması haqqında məlumat yanlışdır

axalia
286
VIEWS

Sntyabrın 6-da “Gürcüstan və Dünya” onlayn portalı Avcala əzab verilmiş müq. Ketevan məbədinin rahibi Qiorqi Razmadzenin “Qiorqi Ata (Razmadze): Avropa Birliyi ilan kimi bu hakimiyyətin ruhuna yerləşib” başlıqlı  müsahibəsini , yayımladı. Müsahibədən əvvəl jurnalist Caba Jvanianın şərhi yerləşdirib. Şərhdə o iddia edir ki, Avropa Parlamentinin Xarici Münasibətlər Komitəsində sentyabr ayının 30-da Gürcüstanla Assosiativ müqavilənin icrası haqqında təqdim olunan hesabat sadəcə LGBT şəsxlərin hüquqlarının müdafiəsinə aiddir və Avropa Birliyi tərəfindən Gürcüstan üçün ayrılmış 45 milyon iqtisadiyyat əvəzinə azlıqların hüquqlarının gücləndirilməsinə xərclənəcək.

Caba Jvanianın bəyənatı yalandır və oxucunu yanlış istiqamətləndirmək və homofobik hisslər oyandırmağa xidmət edir. 8 səhifəlik hesabat 5 mövzuya aiddir: 1) Siyasi diyaloq, 2) Qanunun aliliyi və yaxşı idarəçilik, 3) insan haqlarına və əsas hüquqlarına hörmət etmək, 4) ticarət və iqtisadi əməkdaşlıq, 5) energetika və əməkdaşlığın digər sahələri. Avropa Birliyi tərəfindən ayrılan 45 milyon avro isə maliyyə ehtiyalarının qarşılanmasına və iqtisadi islahatlara sərf olunacaq.

Yalan N1: Hesabat LGBT şəxslərin müdafiəsinə xüsusi diqqət ayırır

Real fakt N1: Hesabat 5 mövzunu əhatə edir və azlıqların hüquqlarının qorunması bu mövzulardan biridir.

Mühazirəçi Andres Mamikinsin hesabatını, ritaniyalı deputat, Sosial – Deokratların üzvü Kler udi təqdim etdi. İnsan haqqları və azadlıqlarına hesabatın 27 bəndindən sadəcə 4-də yer ayrılıb. Burada da azlıqlar deyəndə sadəcə LGBT üzvləri yox nəzərdə tutulmurlar və onların hüquqları əlil və digər quruplarla birlikdə müzakirə olunur. Hesabatın bu hissəsi eyni zamanda qadınlara qarşı zorakılığın bütün formalarından, cinsi sıxışdırmadan onların qorunmasına  və siyasi və əmək bazarında onların iştiraklarının artırılmasına aiddir.

Yalan N2:  Avropa Birliyi tərəfindən ayrılmış 45 milyn avro azlıqlara sərf olunacaq

Real fakt N2: 45 milyonu Avropa Birliyi Gürcüstana maliyyə ehtiyacları və iqtisadi islahatlar aparmaq üçün ayırıb

Real olaraq qeyd olunan 45 milyon avro Avropa Komissiyasının Gürcüstana 2017ci ilin sentyabrında təklif etdiyi məbləğdir. Avropa Parlamenti və Avropa Birliyi Şurası bu təklifi 2018-ci ilin aprel ayında qəbul edib. 2018-ci ilin avqust ayının 31-də isə maliyyə ehtiyaclarının bir hissəsini ödəmək və iqtisadi islahatlar aparmaq üçün 45 milyon avro rəsmi olaraq  ayrıldı. Bu yardım Assosiativ müqavilə ilə nəzərdə tutulub və iki hissəyə bölünür. 10  milyon avroya qədəri qrant olaraq, qalan 35 milyon isə orta müddətli kredit olaraq veriləcək.

Sentyabr ayına olan məlumatlara görə, Avropa Birliyi tərəfindən ayrılan yardımlar

Avropa Birliyi Gürcüstanın ən böyük ticarət tərəfdaıdır və hər il Gürcüstana texniki və maliyyə yardımı olaraq 100 mln avrodan artıq məbləğ. ayırır. Bu məbləğlər müxtəlif sahələrin inkişafına şəraitin yaradılmasına sərf olunur.

 

"

თემატიკა: Kimlik
დარღვევის ტიპი: Dezinformasiya
ქვეყანა/ორგანიზაცია: Avropa İttifaqı
Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist