Media

Gürüstanda kim daha çox xərcləyir - Avropa yoxsa Rusiya vətəndaşları?

11 Sentyabr, 2018

İyulun 8 -də “İmedi” teleşirkətinin yeni xəbərlər səhifəsi Imedinews “Gürcüstanda ən çox pul hansı ölkənin vətəndaşı xərcləyir” başlıqlı məlumat yayımladı. Məlumatda söhbət beynəlxalq ziyarətçilər (qonaqlar) haqqında Milli Turizm Administrasiyası tərəfindən yayılan 2018-ci lin I rübünə olan məluatlardan gedir. Materiyalda beynəlxalq qonaqların xərclərinin strukturasını əks etdirən cədvəl dərc olunub. Eyni zamanda materiyalda deyilir ki, qonşu ölkələrdən Rusiya vətəndaşlarının hər səfər zamanı Gürcüstanda xərclədikləri məbləğ ən yüksək orta xərc hesab olunur və bu məbləğ 1 338 lari təşkil edir. Materiyalın ilkin mənbəyi olaraq Imedinews Forbes-in gürcü buraxılışını göstərib.

"

Imedinews.ge-nin materiyalı və başlığı yanlışdır və qeyri-düzgün təsəvvür yaratmağa şərait yaradır, guya ki, Gürcüstanda ən çox pulu Rusiya vətəndaşları xərcləyirlər. Milli Turizm Administrasiyasının hesabatına görə, orta statistik xərclərə görə, ən yüksək göstəricilər Orta və Şərqi Avropa ölkələrinə düşür. Qeyd olunan məluat hesabatda göstərilən cədvəldə əks olunub və Imedinews-un materialında göstərilməyib.

Gürcüstan Milli Turzim Administrasiyasının veb-səhifəsində  yayımlanan və 2018-ci ilin birinci rübündə Gürcüstana gəlmiş beynəlxalq qonaqların səfərlərinin xassələrini cəmləyən hesabat,Milli Statistika İdarəsi tərəfindən təqdim olunan məlumatlara əsaslanır. Hesabata əsasən, 2018-ciilin birinci rübündə beynəlxalq qonaqlar tərəfindən həyata keçirlən xərclərin ümumi miqdarı 1.4 milyard lariyə bərabər olub, bir səfər zamanı xərclənən orta statistik məbləğ isə 1,060 lariyə bərabər olub.

Ölkələrə görə, orta statistik xərc N5 cədvəldə əks olunub və bu cədvəldən görünür ki, bu baxımdan ən yüksək göstəricilər orta və Şərqi vropa ölkələrinə aiddir, 2,461 lari. Ruisya cədvələ görə dördüncü yerdədir (cədvəl N1-ə baxın), lakin  Imedinews.ge-nin “Gürcüstanda ən çox pul hansı ölkənin vətəndaşı xərcləyir” başlıqlı materialında bu məlumatları əks etdirən cədvəl yer almayıb.  Imedinews.ge-dən fərqli olaraq materialın ilkin mənbəyi olaraq göstərilən  Forbes.ge-nin materialında qeyd olunan cədvəl dərc olunub.

"
Mənbə: Gürcüstan Milli Turizm Administrasiyas

Cədvəl 1. Ölkələrə görə orta statistik xərclər, azalana görə


Yaşayış ölkəsi

Orta xərc (lari)

Mərkəzi və Şərqi Avropa

2,461

Digər ölkələr

 

2,118

Digər Avropa

 

1,529

Rusiya  

1,338

Türkiyə

 

1,189

Ermənistan

562

Azərbaycan

401

Qeyd etmək lazımdır ki, Milli Turizm Administrasiyasının hesabatının mətnində də beynəlxalq qonaqlar tərfindən həyata keçirlən xərclər üçün ayrılan alt başlıqda orta statistik xərclər haqqında məlumat sadəcə qonşu ölkələr görə izah olunub və qonşu ölkələr arasında Rusiyanın daha çox xərcləməsi qeyd olunub. Bütün qonaqlar arasında ən çox xərcləyənlərin Avropa və digər ölkələrin turistləri olması Turizm departamentinin mətnində yer almayıb.  "