Müxtəlif

Qaçqın və sığınacaq axtaranlar haqqında miflər

3 İyul, 2018

Gürcütsanda qaçqın və sığınacaq axtaranların sayının əhəmiyyətli dərəcədə artması və bunun ölkənin təhlükəsizliyinə böyük təhdid olması ilə bağlı yanlış məlumatlar gürcü diskursunda əsasən ultra-milliyətçi və açıq rus yönlü aktorlar tərəfindən yayılır.  Ölkəyə qeyri-müəyyən sayda qaçqın və sığınacaq axtaranların qəbul olunması ilə bağlı rəy yaradırlar və beynəlxalq qorunması olan şəxsləri kriminal və terrorizmlə eyniləşdirməyə çalışırlar.

2016-cı ildə bu kontekstdə səslənən ilk mesajlardan biri "Milli Demokratik Hərəkat"ın üzvü Dimitri Lortkipanidzeyə aiddir, o qaçqınların qəbul olunması məsləsini Avropa Birliyinə inteqrasiya ilə əlaqələndirdi və bildirdi ki, Gürcüstan Avropa Birliyi ilə imzaladığı readmissiya sazişi əsasında Suriyadan qaçqın qəbul etməklə bağlı öhdəlik götürüb.


 Dimitri Lortkipanidze, United Democratic Movement:

Qiorqi Lomia, Vətənpərvərlər Alyansı:

Davit Tarxan Mouravi, Vətənpərvərlər Alyansı:

Sandro Breqadze, Gürcü marşı”:

“ It is possible that on the basis of this agreement [Readmission agreement with the EU] and obligations, within the Eastern Partnership framework, EU will demand from Georgia to accept Syrian refugees.

„Bax, misal üçün nə vaxt ki, Suriyadan, yəni Ərəb ölkələrindən qaçqınlar gəlirlər, bu qaçqın axınının hardasa 15-20%-i bir müddət gəlib burada qalan və tapşırıq aldıqda hərəkət edəcək və olduqları ərazidə terror aktı törədəcək olan terror təşkilatlarının nümayəndələridilər".

"Bu hökumət Bokeriya/Kobaxidze/Mdinaradzenin planları ilə hərəkət edir. Çoxlu qaçqın qəbul edir və Gürcüstanı məhv edir. Bu təbiidir, çünki, nə Bokeria, nə də bu camaat milli özünü dərkin və ümumiyyətlə milliyyətin nə demək olduğunu anlamır."

„İrakli Kobaxidze bildirdi ki, suriyalı və iraqlı qaçqınları qəbul etmək üçün düşərgələr yaradılmalıdır.“

Asaval-Dasavali 11-17 January, 2016

Obyektiv, Axşam studiyası
4 Aprel, 2018

Obyektiv, Axşam Studiyası
11 May, 2018

Alia 16-22 Aprel, 2018


Gürcüstanın İşğal Olunmuş Ərazilərindən olan Məcburi Köçkünlərin Yerləşdirilməsi və Qaçqınlar Nazirliyinin 2017-ci ilin məlumatlarına əsasən, hal-hazırda Gürcüstanda beynəlxaq qorumadan 1477 insan yararlanır. 2012-2017-ci illərdə bütövlükdə 6457 insan sığınacaq tələb edib, bunlardan 1505-nin tələbi təmin olunub. Qaçqın statusu irqi, dini, milli, müəyyən sosial qurupa mənsub olmasına və siyasi inancına görə, təqib qurbanı ola biləcəyinə dair əsaslı qorxusu olan şəxsə verilir. Qaçqınların hüquqi qorumasını Gürcüstan 1951-ci il Cenevrə konvensiyası ilə götürdüyü öhdəliyə əsasən həyata keçirir.

2017-ci ilin məlumatlarına əsasən, Gürcüstanda qaçqın statusu 215, humanitar status isə 1207 insana verilib. 235 insan müvəqqəti qoruma altındadır. Bütövlükdə Gürcüstanda beynəlxalq qorumadan 1477 insan yararlanır. 2012-2017-ci illərin statistikasına baxarsaq, qeyd olunan illərdə toplam 6457 nəfər sığınacaq tələb edib. Məlumatlardan göründüyü kimi, 2014-cü ildə sığınacaq axtaranların sayı ötən illərlə müqaisədə hiss olunacaq dərəcədə artıb, buna səbəb bir tərəfdən Ukraynada başlayan müharibə və Rusiya tərəfindən Krımın qanunsuz işğalı, digər tərəfdən isə Suriya və İraqda gedən silahlı münaqişələr olmuşdu. 2014-cü ildə 419 Ukrayna vətəndaşı Gürcüstandan sığınacaq istəyib.  

Cədvəl 1. Sığınacaq axtaranlar 2012-2017-ci illərdə

2012 2013 2014 2015 2016 2017
599 719 1792 1449 947 951

"

2012-2017-ci illərdə toplam 1505 nəfər sığınacaqla təmin olunub. Buradan 237 nəfərinə qaçqın, 1268 nəfərinə  isə humanitar statusu verilib.  

2012-2017-ci illərdə Gürcüstanda sığınacaq qazanıb.

"
Sığınacağın verilməsi ilə bağlı imtinaya gəldikdə isə 2012-2017-ci illərdə artım tendasiyası müşahidə olunur. Toplam 1580 insana sığınacaq verilməsindən imtina edilib. 2845 halda isə müxtəlif səbəblərdən sığınacaq verilmə prosesi dayandırılıb.

Cədvəl 2. Sığınacağın verilməsi ilə bağlı imtina


2012 2013 2014 2015 2016 2017
48 254 228 315 332 403

"

Qaçqın, humanitar status və müvəqqəti qoruma altında olan şəxslər haqqında

Gürcüstanda qaçqınlarla bağlı məsələlər həm Cenevrə konvensiyası, həm də "Beynəlxalq qoruma haqqında" Gürcüstan qanunu ilə nizamlanır. Cenevrə konvensiyasına əsasən, qaçqın statusu verilir:

  • Kimin ki, irqi, dini, milli, müəyyən sosial qurupa mənsub olmasına və siyasi inancına görə, təqib qurbanı ola biləcəyinə dair əsaslı qorxusu var;
  • Kim ki, vətəndaşı olduğu ölkədən kənardadır və qorxduğu üçün bu ölkənin qorumasını ala bilmir, yaxud almaq istəmir;
  • Kim ki, müəyyən bir vətəndaşlığa malik deyil və oxşar hadisələrin nəticəsində əvvəlki yaşayış yerindən kənardadır, qorxduğu üçün geri qayıda bilir, yaxud qayıtmaq qayıtmaq istəmir."

Gürcüstan Qaçqınlar və yerləşdirmə Nazirliyi qaçqın status olan şəslərə 3 illik səyahət sənədi və şəxsiyyət vəsiqəsi verir. Qeyd etmək lazımdır ki, əgər şəxsin Gürcüstan dövlət təhlükəsizliyinə, ərazi bütövlüyünə və ictimai nizam-intizama təhlükə yaratması ilə bağlı fərziyyə üçün yeterli əsas mövcud olarsa, ona qaçqın statusunun verilməsindən imtina edilə bilər.

  • Humanitar status qaçqın statusunun verilmə meyyarlarını təmin etməyən, lakin mənsub olduğu ölkəyə qayıtdığ təqdirdə ölüm cəzası, işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftarla üzləşə bilmə riski mövcud olan, və ya zorakılıq, beynəlxalq və yerli slahlı münaqişə və ya insan haqqlarının kütləvi pozulmasına görə, həyatı təhlükə altında olan şəxslərə verilir.
  • Müvəqqəti qoruma altında olan şəxs statusu kütləvi şəkildə ölkəyə daxil olan və beynəlxalq qorumaya ehtiyacı olan, zorakılıq, aqresiya, beynəlxalq və yerli slahlı münaqişə və ya insan haqqlarının kütləvi pozulmasına görə, mənsub olduqları ölkəyə qayıda bilməyən şəxslərə verilir.

Hal-hazırda müvəqqəti qoruma altında 235 Rusiya Federasiyası vətəndaşı mövcuddur. 1999-cu ildə Rusiya tərəfində Çeçenistan Respublikasında aparılan h ərbi əməliyyatlara görə, Rusiya vətəndaşları tərəfindən sığınacaq istəmə tələbi kütləvi hal aldı. Nəticədə Gürcüstan hakimiyyəti qurup yanaşması ilə status vermə prinsipinə („Prima Facie“) müraciət etdi.

Qaçqınların hüquqi müdafiəsi

Qaçqınların hüquq müdafiəsinin əsaslarını qaçqın status haqqında 1951-ci il uə konvensiyası və onun 1967-ci il protokolu təqdim edir. Konvensiyanın girişində vurğulanır ki, konvensiyanın əsas məqsədi qaçqınların insanın əsas hüquq və azadlıqlarından maksimum istifadə edilməsini təmin etməkdir. Ayrı-seçkilik yolverilməzdir.

Gürcüstan beynəlxalq hüquq subyekti olaraq 1999-cu ildə “Qaçqın Status Haqqında” 1951-ci il Cenevrə konvensiyasına qoşulduqdan sonra, sığınacaq axtaranlar, qaçqınlar və humanitar statusa malik şəxslərin müdafiəsi ilə bağlı öhdəlik götürdü.


Hazırladı Quram Mamforia
Miflər dedektoru laboratoriyası