Tarix

Tarixi saxtalaşdırmaq: Cənubi Osetiya ərazisini Gürcüstana Stalin birləşdirdi

14 İyun, 2018

2018-ci ilin may ayının 25-də onlayn nəşr olan “Saqinform” Rusiya Ədliyyə Nazirinin müavini Mixeil Qalperininin Strasburqda etdiyi bəyanatı ilə bağlı məqalə yayımladı. Qalperinin sözlərinə görə, Cənubi Osetiya ərazisini Stalin Gürcüstana osların iradəsinə əks getməklə birləşdirdi. Elə onun bəyanatına əsasən, 1991 və 2008-ci illərdə Gürcüstan Cənubi Osetiyaya daxil olub və sadə vətəndaşları öldürüb.

Rusiya Ədliyyə Nazirinin müavininin müsahibəsi tarixi qeyri-dəqiqliklər əhatə edir. Real olaraq Cənubi Osetiya adlandırılan ərazi Gürcüstanın yurisdiksiyasından kənarda heç vaxt qalmamışdır. 1920-ci il may ayının 7-də “Moskva müqaviləsi” ilə Rusiya Gürcüstanın müstəqilliyini qəbul etdi. Müqavilə ilə müəyyən olunan ərazi Gürcüstanın tərkibinə axil olurdu, müvafiq olaraq, 1922-ci ildə Stalin Gürcüstana əlavə yeni ərazi birləşdirə bilməzdi.

1. Cənubi Osetiya adlandırılan ərazi Gürcüstanın yurisdiksiyasından kənarda heç vaxt qalmamışdır

Gürcüstanın müstəqillik qazandığı dönəmdə (1918-1921) Tsxinvali bölgəsi Gürüstan ərazisini təşkil edirdi, bu tarixən hər zaman belə olub. Eyni zamanda Çar Rusiyasının tərkibində olduğu zamanda.

2. 1920-ci ildə Sovet Rusiyası Gürüstanın müstəqilliyini tanıdı, Tsxinvali bölgəsi Gürstanın ərazisinə daxil olurdu

1920-ci ilin “Moskva müqaviləsi” ilə Rusiya Gürcüstanı müstəqil dövlət kimi qəbul etdi. Müqaviləyə əsasən Rusiya Gürcüstan sərhədləri tərkibində Tiflis, Kutaisi və Batumi Quberniyalarını bütün qraflıq və rayonları ilə birlikdə tanıdı. Tsxinvali bölgəsi Çar Rusiyası dövründə Qori qraflığının hissəsi idi. Qori qraflğı isə, öz özlüyündə Tiflis Quberniyasına aid idi. 1920-ci il müqaviləsi ilə Tiflis Quberniyası digər quberniyalar ilə birlikdə Gürcüstanın tərkib hissəsi olaraq tanındı, müvafiq olaraq Tsxinvali bölgəsinin ərazisi də Tiflis Quberniyasının hissəsi olaraq Rusiya tərəfindən Gürcüstanın ərazisi kimi tanındı. Buna görə də hələ 1920-ci ildə Gürüstanın tərkib hissəsi olaraq qəbul olunan ərazini 1922-ci ildə Stalin Gürcüstana birləşdirə bilməzdi.

"
3. Bu günki münaqişənin mənbəyi 1922 –ci ilin  20 aprel tarixində Cənubi Osetiya Muxtar Rayonunun yaradılmasıdır

Hüquqi termin kimi „Cənubi Osetiya“ və „Şimali Osetiya“ 1922-24 illərdə qanuniləşdi, bu vaxt öncə “Cənubi Osetiya Muxtar Rayonu” (1922, aprel), iki il sonar isə Şimali Osetiya SSR (1924, İyul) yarandı. Qeyd olunan qərar Tsxinvali bölgəsində gürcülərə əhəmiyyət verilmədən qəbul edilib. 19-cu əsrin 20-ci illərinin balanğıcında bu konkret ərazidə yaşayan etnik quruplar arasında osetinlər sadəcə 4-cü yerdə idilər. Qısası, Tsxinvalidə 1651 yəhudi, 1436 gürcü, 765 erməni 613 os və 64 rus yaşayırdı. Muxtar rayonun yaradılması sadəcə və sadəcə os bolşeviklərin “ləyaqətini” qiyətləndiridi.

Rayonun mövcudluğu Rusiya tərəfindən Gürcüstana qarşı siyasi maneə kimi istifadə olunurdur. 1922-ci ildə Cənubi Osetiya Muxtar Rayonunun yaradılmasını bu gün mövcud münaqişənin mənbəyi kimi hesab edək.

"



Hazırladı İrakli İaqoraşvili
Miflər dedektoru laboratoriyası