Münqaişələr

"Gürcü Legionu"nun döyüşçüsünün Donetsk de-fakto Respublikasının tərəfinə keçməsi ilə bağlı dezinformasiya

24 May, 2018

Aprel ayının 30-da “Sakinform” informasiya agentliyi ““Gürcü Legionu”nun döyüşçüsü Donetsk Xalq Respublikasının tərəfinə keçdi” başlıqlı material yayımladı. Materialda Donetsk Xalq Respublikası adlandırılan Donetsk de-fakto Respublikasının Əməliyyat Qüvvələri Komandirliyinin müavini Eduard Basurini bildirir ki, sərhəd xəttində "Gürcü Legionu"nda qeydiyyatdan keçmiş Gürcüstan vətəndaşı saxlanılıb və separatçılar tərəfə keçməyə hazırdır. Basurinin dediyinə görə, tutulan şəxs deyib ki, bunun səbəbi 2014-cü ilin Maydan hadisələrində iştirak edən gürcü döyüşçülərinə qarşı təqibdir. Mətnin sonunda Basurinin bəyanatını absurd adlandıran Gürcü Legionunun komandiri Mamuka Mamulaşvilinin şərhləri var.

Məlumatı aprel ayının 26-27-də rus media vasitələri  Риа Новости, Военное Обозрение, News.rambler.ru, naspravdi.info – da yayımlayıb. Materialda Eduard Basurini separatçılar tərəfə keçən döyüşçünü Temur. K-d deyə qeyd edir.


"

"Gürcü Legionu"nun komandiri Mamuka Mamulaşvilinin bəyanatına görə, "Gürcü Legionu"nun döyüşçüsünün Donetsk de-fakto Respublikasının tərəfinə keçməsi ilə bağlı yanlışdır. Onun sözlərinə görə, "Gürcü Legionu"nun sıralarında “Temur” adlı döyüşçü heç vaxt olmayıb. Sakinformun materialında Mamuka Mamulaşvilinin mövqeyi Basurinin sitatından sonra, mətnin sonunda verilib, başlıqda isə təsdiq formasında yazılıb ki, Gürcü Legionunun döyüşçüsü Donetsk Xalq Respublikasının tərəfinə keçib. Bu cür başlığın tərtib olunması manipulasiya etmək deməkdir, bunun da məqsədi oxucunu yanıltmaqdan ibarətdir.

Miflər dedektoru Ukraynada "Gürcü Legionu" nun komandiri Mamuka Mamulaşvili ilə əlaqə saxladı. Mamulaşvili bidirib ki, Donetsk separatçı Respublikasının Əməliyyat Qüvvələri Komandirliyinin müavininin bəyanatı həqiqətə uyğun deyil. Onun sözlərinə görə, "Gürcü Legionu"nun sıralarında “Temur” adlı döyüşçü heç vaxt olmayıb. Legion komandiri düşünür ki, Basurin tərəfindən yayılmış məlumat Tristan Citelaşvilinin başladığı və üç gürcünün içtirakı ilə İtalyada çəkilən filmlə davam edən provakasiya seryasının bir hissəsidir. Mamulaşvilinin sözlərinə görə, provakasiyaların arxasında rus xüsusi xidməti dayanır.

FAKE: Maidan hadisələrində kiralanmış Gürcüstan snayperləri dinc nümayişçilərə atəş açırdılar

Eduard Basurin öz bəyanatında Maydan hadisələrində gürcü döyüşcülərinin iştirakı haqqında danışır ki, bu da öz başlanğıcını 2017-ci ilin noyabrında dalğalanan dezinformasiya kampaniyasından götürür. İtalyan televiziya kanalı “Matrix” sənədli film çəkib. Bu filmdə Koba Nerqadze, Zaloqi Kvarçxelia və Aleksandre Revazişvili 2014-cü ilin Maydan hadisələrində iştirak etməələri üçün "Gürcü Legionu"nun komandiri Mamuka Mamulaşvilinin onlara 1000 dollar ödəməsi və saxta pasportlarla Kiyevə aparması haqda danışırlar. Film 2014-cü ilin fevral ayında Maydana toplaşan etirazçılara Rusya yönlü Ukrayna hökumət qüvvələrinin əvəzinə müxalifət liderləri və Avropa Birliyindən dəstək alan gürcü snayperlərinin atəş açması ilə bağlı fikir formalaşdırır. Sənədli filmi Mflər Dedektoru, Stop Fake, Insider və BBC Monitorinq əsassız hesab edərək ləğv ediblər. Respondentlərin bəyanatları faktiki qeyri-dəqiqliklər ehtiva edir və rəsmi məlumatlara zidd idi.
Beləki, Ukrayna Prokurorluğunun məlumatına əsasən, Nerqadze, Revazişvili və Zaloqi Kvaraçxelia Ukrayna sərhəddini keçməyiblər və 2014-cü ilin fevral ayında Maydan hadisələri zamanı Ukraynada olmayıblar. Mamuka Mamulaşvilinin bəyanatına əsasən heç O özü də 2014-cü ilin aprel ayına qədər Ukrayna dövlət sərhəddindən keçməyib. Məhkəmə, tibbi və balistik ekspertizanın nəticələri, eyni zamanda fevralın 20-də yralananların ifadələri “gürcü snayperləri” adlanan məhvumla ziddiyət təşkil edir. Filmdə nümayiş olunan iddiaları təsdiq edən “sənədlər” isə inglis dilində qramatik səhvlərlə yazılmışdı.

"
“Tapıntılar” sənədli filmini 2017-ci ilin noyabr ayında rus media vasitələri yayımladılar. Yanvar ayının 27-də “Asaval-dasavala” verdiyi müsahibəsində Gürcüstanda Rusiya cəsusluğu ilə ittiham olunan General Tristan Citelaşvili də filmin dezinformasiya mesajlarını yaymışdır.


Propaqanda metodu

Eyni idea və sloqanların ardı kəsilmədən, insanlar inanana qədər, tez-tez təkrarlanmasını nəzərdə tutan “ad nauseam” texnikası.


Hazırladı Elməddin Məmmədov
Miflər Dedektoru