Mühacirlər

Tbilisidə evlərin 70%-ni iranlıların alması ilə bağlı iddia əsassızdır

7 Sentyabr, 2018

“Asaval dasaval”qəzetinin 16-22 iyun buraxılışnda “hüquq müdafiəçiləri birliyi” təşkilatının nümayəndəsi Nikoloz Mjavanadze bildirdi ki,Tbilisidə evlərin 70%-ni irannlılar alırlar və Gürcüstanda iranlılarrın kütləvi məskunlaşdırılması baş verir.

Nikolaz Mjavnadzenin Tbilsidə evlərin 70%-ni iranlıların alması haqqında bəyanatı həqiqətə uyğun deyil, iranlılar bütün Gürcüstan üzrə 2012-2016-cı illərdə satılan daşınmaz əmlakın sadəcə 0.01%ni alıblar

İranlıların və ümumiyyətlə xarici ölkə vətəndaşları tərəfindən Gürcüstanda daşınmaz əmlak alınması haqqında məlumatı Gürcüstanın Miqrasiya məsələləri üzrə Hökumət Komissiyası tərəfindən hazırlanmış 2017-ci ilin miqrasiya  profilindən  əldə edirik. Qeyd olunan sənəddə 2012-2016-cı illərin məlumatları ictaimai reyestrə istinadən göstərilib.

Gürcüstanın 2017-ci il miqrasiya profili və onun məlumatları əsasında “forset” tərəfindən hazırlanmış info-qrafika göstərir ki, 2012-2016-cı illərdə xarici ölkə vətəndaşları arasında Gürcüstanda ən çox ev alanlar Rusiya vətandaşları (53%) olublar, İran vətəndaşları isə bu dönəmdə 399 ədəd daşınmaz əmlak alıblar və müvafiq olaraq mülkiyyətində Grcüstanda daşınmaz əmlak qeydiyyatı olan xaricilər arasında 9-cu yeri tuturlar. Eyni zamanda iranlılar kimi İraq və Türkiyə vətəndaşlrı tərəfindən alınan daşınmaz əmlak hissəsi 2% təşkil edir.

İctimai Reyestr Milli Agentliyinin məllumatlrına görə, 2012-2016-cı illərdə Gürüstanda toplam 2691313 daşınmaz əmlak  satılıb. İran vətəndaşları tərəfindən alınmış mənzil hissəsi Gürcüstandan satılan daşınmaz əmlak arasında 0.01%-dən artıq deyil. Lakin xarici ölkə vətəndaşları tərəfindən Gürcüstanda alınmış əmlakın ümumi sayının 1.3%-dən artıqdır.

Vətəndaşlı

Mənzil/həyət evi

%
Rusiya 7.842 0.29%
Ukrayna 1.117 0.04%
Ermənistan 421 0.02%
Azərbaycan 419 0.02%
İsrael 789 0.03%
ABŞ 730 0.03%
Yunanıstan 338 0.01%
Almaniya 556 0.02%
İran 399 0.01%
İraq 236 0.01%
Türkiyə 363 0.01%

İranlılar tərəfindən alınmış daşınmaz əmlakın Gürcüstan üzrə 0.01%-i keçmədiyini, Tbilisinin isə ən böyük daşınmaz əmlak bazarı olduğunu nəzərə alaraq Nikoloz Mjavnadzenin Tbilisidə mənzillərin 70%-ni iranlıların alması ilə bağlı bəyanatı yanlışdır.


Hazırladı Nino Çaava,
Miflər detektoru laboratoriyası