Sovet “köləliyində” qadağan olunmuş ədəbiyyat və filmlər

ცოვერ სჰარე
5.2k
VIEWS

2018-ci ilin may ayının 24-də “Gürcüstan və Dünya” veb səhifəsində “Obyektiv” tele-şirkətinin aparıcısı və “Neytral/Sosialist Gürcüstan” partiyasının lideri Valeri Kvarçxelianın müsahibəsi yayımlandı. Müsahibədə o Gürcüstanın bu günkü vəziyyətini Sovetlər Birliyi zamanındakı dönəmlə müqaisə edir və qeyd edir ki, Sovetlər dönəmində Gürcüstanda elm, incəsənət və idman çiçəklənirdi. Həmin müsahibədə “Asaval-Dasavali” qəzetinin 14-20 may tarixli sayında fotoqraf  Yuri Meçitov eyni hekayəni səsləndirdi və qeyd etdi ki, Sovet dövründə “dahiyanə filmlər” və “elm məktəbləri” yaradılmışdı və bu köləlikdə mümkün olmazdı.

İuri Meçitov: “Gürcüstan, bir ölkə kimi Sovet Sosialist Respublikası olaraq mövcud idi və məhz o dönəmdə əhalinin sayı 5 milyonyarıma çatdı, çox sayda elmi məktəb və dahiyanə filmlər yarandı. Əgər bütün bunlar köləlikdə edilibsə, o zaman o cür “köləliyə” eşq olsun!

Gürcü incəsənətinin uğurlarının Sovetlər Birliyinin xidməti olması ilə bağlı iddia yanlışdır və sovet nostalgiyasının oyanmasına xidmət edir. Həqiqətdə isə incəsənət şedevrləri məhz sovet hakimiyyətinə cavab olaraq, totalitar sistemi ifşa etmək üçün yaradılırdı. Bu gün artıq dahiyanə hesab olunan incəsənət nümunələrini və onların müəlliflərini sovet hakimiyyəti tanımırdı və təqib edirdi. Təxminən 70 illik senzura dönəmində bir çox incəsənət adamına söz və ifadə azaldığı öz həyatı bahasına başa gəldi.

İncəsənətə qarşı represiyalar 

İosib Stalin hakimiyyətə gəldikdən sonra, 30-cu illərdə Sovetlər sistemi fərqli fikirləri olan insanların, həmçinin incəsənət nümayəndələrinin kütləvi məhvinə başladı. İnformasiya Azadlığının İnkişafı İnstitutunun məlumatarına əsən, 1937-1938-ci illərdə „böyük terror“ dönəmində, Stalinlə birlikdə siyası büronun digər üzvlərinin də imzaladığı „Stalin siyahıları vasitəsi ilə“ Gürcüstandan 3700-ə qədər insan mühakimə olunub. Onların mütləq əksəriyyətinə, 3100 nəfərə Sovet hakimiyyəti ən yüksək cəza olan ölüm cəzası verdi.

Qadağan olunmuş ədəbiyyat

1922-ci ildə ədəbiyyat məsələləri üzrə baş qərargahın yaradılması ilə Sovet hakimiyyəti ədəbiyyatın ümumi nəzarətinə başladı. Təkcə  1927-1947 –ci illərdə baş qərargahın əməkdaşlarının sayı 86-dan 6453-ə qədər artdı. Baş qərargahın senzorları həm sovet, həm də xarici kitabların çap olunması, yayılması və qadağan olunması məsələləri ilə bağlı qərar verirdilər.

SSR-də qadağan olunmuş 10 kitab

"

Senzura dönəmində Sovet vətəndaşları klassiklərə çevrilmiş ədəbiyyatı oxuya bilməzlərdi. Misal üçün, Sovetlər dönəmində aşağıdakı kitablar və piyeslər qadağan olunmuşdu:

Qadağan olunmuş filmlə

Sovet kinomatoqrafiyası kimi, senzura gürcü kinosundan da yan keçməyib. Gürcü kinosunun şedevrlərinin bir hissəsini sovet senzurası formalist ittihamı ilə qadağan etdi. Qadağan olunan filmlər arasında var idi: Nikoloz Şenqelianın „Eliso“, Mixeil Kalatozişvilinin „Svaneti üçün duz“, Kote Mikaberidzenin „Mənim nənəm“, Mixeil Kalatozişvilinin “Çəkmədə Mismar”, Otar İoselianinin debüt filmi „Aprel“ filmləri.

"

Rejisorların bir hissəsi film çəkməyi dayandırmağa məcbur oldu. Oberhauzenin qısa metrajlı filmlərinin lauriatı, rejim şərtlərində sərbəst film çəkməsinə icazə verilməyən rejisor Mixeil Kobaxidze də onlar arasında idi.

“Nar rəngi”ni çəkdikdən sonra homoseksuallıq ittihamı ilə Serqo Paracanovu da nümunə olsun deyə cəzalandırdılar, ona 5 il həbs cəzası verdilər, daha sonra isə uzun illər rejisora film çəkmək qadağan olundu.

Propaqanda xidmətinə məcbur gedənlərə qarşı da senzura loyal olmayıb. Serqey Eizenşteynin inqilabın əsas filmi olan “Zirehli potoimkin”i çəkməsinə baxmayaraq, daha sonra onun “Bejas mdelo” filmini sovet senzurası elə məhv etdi ki, tamaşaçı bir daha onu ekranlarda görə bilmədi. “İvane Mrisxane”nin ikinci hissəsi isə Stalinin bir başa əmri ilə qadağan olundu. Film ekranlara yalnız Stalinin ölümündən beş il sonra çıxdı.

Sovet kinosunun klassiki Aleksandr Dovjenkoya qarşı da senzura sərt olub. Dovjenkonun “Torpaq” filminə senzorlarla birlikdə sovet kino tənqidçiləri və partiyanın yüksək vəzifəli şəxsləri də hücum etdilər. Rejisor Qərbi Avropaya sığınmağa məcbur oldu.

Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist