Media

Rus propaqandası avqust müharibəsini əks etdirən fotoları şübhə altına almağa necə çalışır

25 İyul, 2018

Münaqişəni əks etdirən real fotoların həqiqiliyini şübhə altına almaq, saxta fotolar yaymaq və manipulyasiyalar Kremil propaqandası tərəfindən yaxşı isbat edilmiş üsuldur. Bu üsuldan Rusiya Federasiyası tərfindən müxtəlif ölkələrdə həyata keçirilən hərbi müdaxilələrə haqq qazandırmaq üçün istifadə edilir. 2008-ci ilin avqust ayında, Gürcüstana qarşı törədilən hərbi aqresiyaya haqq qazandırmaq üçün rus mediasında beynəlxalq informasiya agentliyi The Reuters tərəfindən yayımlanan Qorinin bombalanmasını əks etdirən fotolar sorğulanırdı. Məqsədyönlü yalan məlumat kampaniyası avqustun 10 -da başladı. Rus media vasitələri, Комсомольская Правда, Правда.ru, Вести.ru və rus sosial şəbəkəsi LiveJournal-ın bolgerlərinin iddiasına görə, Qorinin bombalanması kadrlarının uyduma olması və The Reuters-in saxta  fotolar yayımlaması ilə bağlı materyallar yayıblar.

The Reuters tərəfindən fotoların sxtalaşdırılmasını “təsdiq edən” uydurma müsahibə

Qoridə yaşayan zərərçəkmişin ölmüş qardaşı ilə birgə əks olunduğu aşağıdakı fotonu The Reuters-in jurnalisti Qleb Qaraniç çəkib. Foto benəlxalq mükafata layiq  görülüb, lakin 2008-ci ilin avqust ayında rus sosial şəbəkə  istifadəçiləri və media vasitələri  iddia edirdilər, ki, bu foto saxtadır. Onların iddiasına görə, fotonun etibarlılğını bu fotoda əks olunan cəsədin fərqli yerdə olduğunu və vəziyyətinin dəyişdiyini göstərən ikinci foto şübhə altına alır.

"

"

Fotoların saxtalığını təsdiq etmək üçün, avqustun 13-də Newsland portalı “Эхо Москвы”-nın jurnalisti Aleksey Bendiktovi tərəfindən fotoların müəllifi Qleba Qaraniçlə “yazılmış müsahibə “ni yayımladı, müsahibədə The Reuters –in jurnalisti bildirir ki, fotolar quraşdırmadı, o özü də Qoriyə “müharibənin dəhşətli üzləri” fotosesiyasını çəkmək üçün gedib. Elə həmin gün, Aleksey Venediktov, Qleb Qaraniçdən müsahibə almaq faktını təkzib etdi və bildirdi ki, o heç vaxt oxşar müsahibə almayıb.

The Reuters –in özü tərəfindən fotoların etibarlılğını müəyyən etmək üçün apardığı araşdırma da önəmlidir. Qurum fotoların saxtalaşdırılmasını təkzib etdi və fotonun etibarlığını təsdiq etmək üçün onun müxtəlif variantlarını  yayımladı.

"

"

Kremlin fotoların saxtalaşdırılmasını təsdiq edən “aqumentləri”

Növbəti  2 foto, LiveJournal-ın blogerlərinin iddiasına görə, həmçinin uydurmadır, çünki birinci fotoda yaxınının yasında olan evdar qadın, ikinci fotoda sakit görünür. Rus blogerlərin fikrincə fotolarda əks olunan hadisələrin saxtalığını göstərən əlavə “arqument”, ikinci fotoda əks olunan oğlanın yaralı olmasını şübhə altına alan “soyuqqanlı” üz ifadəsidir.

"

"

Yuxarıda sadalanan “arqumentlər”ə bənzər sübutları kreml propaqandası kimi Rusiya tərəfindən dünyanın müxtəlif regionlarında aparılan hərbi əməliyyatlara haqq qazandırmaq məqsədi ilə rusiya hakimiyyətinin özü də istifadə edir və fotoların saxtalaşdırılmasından da çəkinmir. 2017-ci ilin noyabr ayında Rusiya Müdafiə Nazirliyi Amerika Birləşmiş Ştatları və İslam Dövlətininin bölmələri arasında əməkdaşlığı təsdiq edən “yalansız sübutlar”ı əks etdirən foto material yayımladı və materialın nə çox, nə də az elə smartfona aid AC-130 Gunship Simulator oyununun promo-video kadrı olduğu  məlum oldu.

"


Hazırladı Dali Kurdadze və İrakli Yaqoraşvili
Miflər detekrou laboratoriyası