Politikanonun Ukrayna Provaslav kilsəsinə hücum olunması ilə bağlı dezinformasiyası

gt
555
VIEWS

Sentyabrın 29-da  Politicano facebook səhifəfi rus dilli buraxılış lenta.runun məqaləsinə əsasən məlumat yaydı ki, guya ukraynalı ultra-milliyətçi partiya və hərəkat “Правий сектор” Qərbi Ukraynada, İvano-Prankovski bölgəsində yerləşən provaslav kilsəslərindən birinə hücum edib, dindarlara fiziki təzyiq göstərib. Politikano Ukrayna siyasi partiyası və hərəkatı Правий сектор-u iddialarına görə fəaliyyətini Ukrayna hakimiyyətinin məhdudlaşdırmadığı terror təşkilatı kimi təqdim edir.

"

Kreml mediası Lenta.ru-ya əsasən politikon tərəfindən “Правий сектор”-un provaslav kilsəsinə hücum etməsi məlumatı dezinformasiyadır. Kilsəyə hücumu əks etdirən sübutlar mövcud deyil. Real olaraq yerli şuranın Rusiya patriarxlığının tabeliyində olan məbədin yanında mövcud olan binalardan birinin musiqi məktəbinə veriləcəyi ilə bağlı qərarı qarşıdurmaya səbəb olub, binanən verilməsi prosesi zaanı isə yerli hakimiyyət nmayəndələri və polis hadisə yerində olub.  

Politikon kreml hekayəsini yayır, guya Rusiya Patriarxlığının tabeliyində olan Ukrayna muxtar kilsəsinə hücum ediblər.

“Politikon” tərəfindən paylaşılan Lenta.ru-nun məqaləsi Moskva Patriarxlığının tabeliyində Ukrayna provaslav muxtar kilsəsi təərfindən yayılan məlumata əsaslanır. Qeyd olunan bəyanata əsasən, sentyabrın 28-də “Правий сектор” təşkilatının üzvləri müqəddəs Sameba kilsəsinə hücum ediblər, qapılar, pəncərələri sındırıblar və dindarlara qarşı qəddarlıq nümayiş etdiriblər. Münaqişə nəticəsində ir vətəndaş beyin sarsıntısı olub, digəri isə əlini sındırıb. Ukrayna provaslav muxtar kilsəsinə əsaslanaraq İvano-Prankovski bölgəsində baş verən hadisələri tək tərəfli digər kreml mediaları da yayımlayıblar:  Россия-1,  Russia today və Rusiya Müdafiə Nazirliyinin media vasitəsi olan Zvezda, tele şirkəti.

İvane-Prankovsk bölgəsində nə baş verdi?

Sentyabrın 28-də İvane-Prankovsk bölgəsində Müqəddəs Sameba kilsəsi ətrafında baş verən insidentin real səbəbi rayon şurası tərəfindən məbəd yaxınlığında olan binalardan birinin musiqi məktəbinə verilməsi qərarı idi. İvane-Prankovsk polisinin mətbuat xidmətinin ərizəsinə  əsasən, şuranın qeyd olunan qərarı şura üzvləri ilə yerli ruhani arasında qarşıdurmaya səbəb olub. Münaqişədə başqa tərəf, həmçinin „Правий сектор“ iştirak etməyib.

Ukrayna polisinin mətbuat xidmətinin bildirdiyinə görə, “hal hazırda başqa münaqişə mövcud deyil… Dini təşkilata qarşı heç bir qanunsuz hərəkətə yol verilməyib.”

"

Qeyd etmək lazımdır ki, „Правий сектор“-un kilsəyə hücumunu əks etdirən heç bir faktiki materyal mövcud deyil. Ukrayna Provaslav kilsənin  bəyanatına əlavə olunan video sadəcə sözlü qarşı durmanı əks etdirir, hansı ki, böyük ehtimal yerli camaatla şura üzvü arasında baş verib. Videodan görünür ki, bu qarşıdurmanın yeri kilsə deyil.

"

„Правий сектор“ müqəddəs Sameba məbədi ilə bağlı insidentdə onun aktivistlərinin iştirakını inkar etdiyi və Rusiya patriarxlığının nəzdində olan Ukrayna avtonom kilsəsi tərəfindən yayılan məlumatı saxta adlandırğı ilə bağlı  bəyanat, yayıb.

“Правый Сектор”-un mətbuat katibi Artiom Skoropadski  bildirir , ki, insident yerində təşkilatın üzvləri yox, sadəcə polis və yerli hakiiyyət nümayəndələri mövcud olublar. Onun sözlərinə görə, “məbədin kənarında yerləşən bina hansına ki, guya “Правый Сектор”-un hücum eməsi ilə bağlı söhbət yayılır, şəhər şurasının mülkiyyətindədir. Məbədin rahibi bu yeri şəxsi ehtiyacları üçün istifadə edirdi, şura isə qərar verdi ki, qeyd olunan qurumu musiqi məktəbinə versin. Bu gün şura və polis nümayəndələr binaya daxl oldular və kilitləri dəyişdirdilər.”

"

Qeyd etmək lazımdır ki, 2018-ci ilin aprel ayında Ukrayna Prezidenti Petro Poreşenko Ukrayna provaslav kilsəsi üçün avtokefaliya verilməsi üçün Konstantionopol patriarxı bartlomeyə müraciət edib. Sentyabrın 23-də Konstantinopol patriarxı bildirib ki, Ukrayna avtokefalianı alacaq. Rusiya Patriarxlıı Ukrayna kilsəsinə avtokefaliya verilməsinə qarşıdır.


“Politikano” haqında

“Politikano”-nun facebook səhifəsi Evqeni Primakov adına rus-gürcü ictimai mərkəzi ilə bağlı bir mediumdur.


Oxşar mövzu ilə bağlı Miflər Dedektru tərəfindən hazırlanan başqa materiyallara baxın:

Ukrayna kilsəsinin avtokefaliyası və Konstantinopol patriarxlığı ilə bağlı 4 mif


Hazırladı Ana Kistauri
Miflər dedektoru laboratoriyası

დარღვევის ტიპი: Dezinformasiya
Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist