İdentlik

Overton pəncərəsi haqqında rus konspirasiyasını “Gürcü ideası” təkrar edir

25 İyun, 2018

2018 –ci ilin iyun ayının 7 – də ultra-milliyyətçi siyasi partiya “Gürcü ideası”nın feisbuk səhifəsində “overton nəzəriyyəsi”nə uyğun olaraq “homoseksualizmin məcburi tətbiqi” başlıqlı post yayımlandı. Postda “Overton teoriyası” adlanan teoriya ictimai rəyi manipulyasiya edən alət olaraq təqdim edilib, onun effektivliyi isə “cəmiyyətdə homoseksuallığın qəbul edilməsi” nümunəsində müzakirə olunur.

"
“Overton pəncərəsi” haqqında konspirasiya artıq illərdir ki, rus mediyasında yayılır, gürcü tabloid mediasında da əksini tapır. “Gürcü ideası” postda mənbə olaraq öz növbəsində rus tabloid veb-səhifəsi olan Интересные Факты-ya əsaslanan  provaslav internet jurnalı - “Xareba”nı qeyd edir.

"

"
Google-un axtarış sistemində rus dilində məlumat axtararkən overton pəncərəsi haqqında daha çox konspirasiyalar tapılır. Bu konspirasiyalarda amerikalı sosioloq Cozep Overtonun öz teoriyasını konservativ-ortodoks cəmiyyətlərdə onlar üçün qəbul edilməz olan ideaları tətbiq etmək məqsədi ilə işləyib hazırladığından bəhs olunur, başlıqlarda isə əsasən “məhv etmək”, “günahı leqallaşdırmaq”, “kirli ideaları yumaq”, “çirkinləşdirmək” və s. kimi terminlərdən istifadə edirlər. Bu materiyallarda homoseksuallıq, pedofiliya və hanibalizm bərabər səviyyədə qəbul olunan cinayət olaraq müzakirə olunur. Mənbələr arasında 2000-ci ildə Rusiya patriarxı II Aleksey-in xeyir-duası ilə yaranmış onlayn rus nəşri Православие.ru da var ki, onun da baş redaktoru Sretenski monastrının, öndəri episkopos Tixandır.
"

"