2018-ci ilin sentyabr ayının 19-da Medya Birliyi “Obyektiv”in aparıcıs Bondo Mcinaraşvili “Obyektiv” tele şirkətinin gecə studiyası efirində bildirdi, ki, ABŞ Gürcüstana sərmayə yatırmır və ABŞ Gürcüstana iqtisadiyyatın inkişafında kömək etmir. O eyni zamanda bildirdi ki, Gürcüstana ancaq Rusiya, Azərbaycan və Türkiyə sərmayə yatırır.
1997-ci ildən 2017-ci ilə qədər Gürcüstanda həyata keçirilən Birbaşa Xarici Sərmayələrin demək olar ki, yarısı (48%) ABŞ və Avropa Birliyi ölkələrinin payına düşür. 2017 və 2018-ci ilin məlumatlarına əsasən ABŞ Gürcüstana ən çox BXS yatıran ölkələrin onluğundadır. Amerika özəl sektorunun Gürcüstana sərmayə qoymaqda maraqlı olmasını ABŞ-ın xarici sərmayələr korporasiyası OPİC vasitəsi ilə həyata keçirir. mMüvafiq olaraq Bondo Mdzinaraşvilinin Amerikanın Gürcüstana sərmayə qoymaması ilə bağlı iddiası yanlışdır.
Fakt 1. Gürcüstan Milli Statistika Xidmətinin məlumatlarına əsasən, son 20 il ərzində (1997-2017-ci illə) Gürcüstana yatırılan Birbaşa Xarici Sərmayələrin demək olar ki, 48%-i ABŞ və Avropa Ölkələrinin payına düşür. 20 il ərzində ABŞ Gürcüstana 1 483 554 mln dollar, Avrpa Birliyi isə 7 391 802 mln. dollar sərmayə yatırdıb.
Fakt 2. Gürcüstanda birbaşa xarici investisiyaların mənbələri diversifikasiya olunublar. 2018-ci ilin ilk 2 rübünün ilkin məlumatlarına əsasən Gürcüstana yatırılan birbaşa investisiyaların onluğunda 5 Avropa Birliyi ölkəsi və ABŞ daxildir, yalnız bundan sonra Rusiya gəlir.
Fakt 3. Gürcüstan Milli Statistika xidmətinin mlumatlarına əsasən, Amerika Birrəşmiş Ştatları 2018-ci ilin ilk 2 rübünün ilkin məlumatlarına görə, Gürcüstana 28 mln. dollar, 2017-ci ildə isə 79.7 mln. dollar birbaşa xarici sərmayə yatırıb. ABŞ Gürcüstana ən çox xarici sərmayə yatıran ölkələrin onluöundadır.
Fakt 4. Amerika özəl seektorunu Gürcüstana sərmayə qoymağa Amerika dövləti həvəsləndirir.
ABŞ özəl xarici sərmayələr koorporasiyası (OPİC) bu günə qədər Gürcüstana 138 mln dollar sərmayə qoyur. 1995-ci ildən bu günə qədər OPİC Gürcüstana 618 milyon dollar yatırım edib.
ABŞ özəl xarici sərmayələr koorporasiyası (OPİC) Gürcüstanda strateji əhəmiyyətli layihələr həyata keçirtməkdə önəmlidir, eyni zamanda Anakli limanı layihəsinə 100 milyon dollara qədər sərmayə qoymağı planlayır.
Anaklianın dərin sulu limanının tikintisində Anakliya limanının terminal-operatoru və sərmyədarlarından biri olsn böyük Amerika şirkəti SSA MARİNE iştirak edir.