Obyektivin guya turistlərin tibb sektoruna zərər verməsi ilə bağlı manipulyası

112
216
VIEWS

Oktyabrın 4-də tele şirkət “Obyektiv”in informasiya buraxılışında  siujet, efirə getdi, siujetdə qeyd olunur ki, guya turistlər Gürcüstan tibb müəssisələrinə ciddi ziyan vururlar. Statistik məlumatlar yaymadan jurnalist nəticə çıxarır ki, minlərlə lari borcdan söhbət gedir.

Obyektiv, informasiya buraxılışı, 4 oktyabr: „Taq Mcedlişvili, jurnalist: “Gürcüstan xaricdən daxil olan turistlərə görə minlərlə lari ziyan görür. Məsələ ondadır ki, leqal və moral baxımından həkimlər kritik vəziyyətdə olan pasientə tbbi yardım göstərməyə məcburdurlar. Turistlər isə əkdər hallarda müalicə xərclərini ödəməkdən imtina edirlər, ya da onların səyahət sığortası paketləri qüvvədə olmamış olur. Bütün bunlar maliyyə baxımından tibb sektoruna zərər vurur.”

Süjetdə beş müxtəlif manipulativ kadr istifadə olunub, bu kadrlar vasitəsi ilə operator daha çox islam dininə qulluq edən müsəlmanları göstərir və turistlərə bərabər edir və bununla da onlara qarşı ksenofobik hisslər oyandırmağa çalışır.

“Obyektiv”in süjeti manipulativdir, çünki dövlət tibb müəssisələrini turistlərə qarşılıqsız xidmət göstərməyə məcbur etmir. Özəl klinikalar isə həm turistlərə, həm də Gürcüstan vətəndaşlarına göstərdikləri xidmətin haqqını almaq mexanizm və formaları individualolaraq müəyyən edirlər.

Hökumətin №77 – li qərarı, ilə, sağlamlığın qorunması üzrə dövlət proqramlarının təsdiq olunması haqqında dövlət sağlamlıq proqramlarına əsasən istifadəçilər arasında turistlər yoxdur və onlar təcili yardımın xərclərini müstəqil şəkildə ödəməlidirlər, bu xərclər 50-100 lari arasında dəyişir. Müvafiq olaraq tibb sektorunun minlərlə larilik borcunda turistləri günahlandırmaq manipulativdir.

Eyni zamanda xarcilərin hüquqi durumu haqqında Gürcüstan  qanunuda qeyd olunur ki, sağlamlığın qorunması proqramı hər bir xariciyə şamil olunur, lakin dövlət özəl klinikanı turistə pulsuz xidmət göstərməyə məcbur etmir. Özəl tibb müəssisələri borcların ödənməsi prosedurlarını fərdi daxili qaydaya əsasən özlərihazırlayırlar.

Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist