Siyasət

Obyektiv: Niyə “Skripallar qəşəngcə iki ayaqları üzərində gəzirlər”?!

1 May, 2018

2018-ci ilin aprelin 11-də “Obyektiv” teleşirkətinin efirində verilişin aparıcısı Bondo Mdzinaraşvili Skripalın və onun qızının zəhərlənməsi məsələsi haqqında danışdı. Skripalların sağaldıqları üçün o, onların “Noviçokla” zəhərlənmə faktını şübhə altına ataraq, Skripalların işinin əslində “qondarma” olduğunu qeyd etdi. Bununla ata-bala Skripalların işini Aleksandr Likvinenkonun zəhərlənmə hadisəsiylə müqayisə etdi.

Skripalların sağalmalarına görə müxtəlif qruplar “Noviçok”-dan istifadə edilmə faktını şübhə altına aldılar. Lakin “Noviçok” həmişə ölümlə nəticələnmir. Zəhərləyici maddənin təsiri baxımından Skripalın və Litvinenkonun işləri arasında müqayisə aparmaq relevant deyildir, çünki Litvinenkonu 2006-cı ildə Londonda radioaktiv Polonyumla zəhərlədilər, “Noviçokla” deyil.

  • “Noviçokun” ölümcül effekti barədə yalnız laboratoriya sınaqları əsasında danışırlar. Belə hallarda sınaq hədəfi müvafiq tibbi yardım almamış olur.

Laboratoriya şəraitində, məqsəd konkret mayenin təsirini öyrənmək olduqda, sınaq obyektləri tibbi yardım almırlar. Məhz belə olduqda biz zəhərləyici maddənin ölümcül olduğu barədə danışa bilərik. Ancaq əgər müvafiq tibbi müalicə aparılarsa, zəhərlənmədən yaranan ölüm riski azalır. Northumbria University-nin Ekspertiza və Analitik Kimya rəisi, lektor Mişel Karlinin dediyinə görə “zəhərlənmək mütləq ölmək demək deyildir. Əgər müalicə lazımınca sürətli və təcili olarsa, onda sağalmaq mümkündür”.

  • Skripallar dərilərindən zəhərləndilər, onun üçün də zəhərləyici maddə nisbətən yavaş təsir edirdi

Londonda təsis olunmuş Təhlükəsizlik və Kimyəvi Müdafiə sahəsinin eskperti Den Kasteza qeyd edir ki, sinir agentləri yalnız cismə inhalyasiya yolu ilə daxil olduqda sürətlə hərəkət edirlər. Skripala və onun qızına gəldikdə isə, “Noviçok” onların bədənlərinə dəridən hopmuşdur, nəfəsalma yolları ilə deyil. Buna görə də, maddənin təsiri ləngimişdir. Hər bir sinir agenti cəsədə eynicür biokimyəvi proseslə təsir göstərir və “Kolinerjik krizis” yaradır. Zəhərləyici maddənin ya agentin adından asılı olmayaraq müalicəsi eyni olur. Kastezaya görə, baş dərman Atrofindir. O, sinir sistemində toplanmış aşırı atsetilkona qarşı mübarizə aparır. Atrofin daima ambulatoryalarda və xəstəxanalarda bir çox təyinat məqsədi ilə saxlanılır. Bundan irəli gələrək, Solsberq şəhərində onun əlçatan olması heç də təəccüblü deyildir. Bunu atrofinin xəstəxananın etibarlı, hamıya əlçatan xüsusi planında olması da asandlaşdırır.

  • Skripalların qurtulması təəccüblü deyildir. Sinir agentləri ilə zəhərlənmənin və sağ qalmanın başqa misalları da mövcuddur

1987-ci ildə “Noviçok” üzərində təcrübə keçirdikdə laboratoriyada maddənin kiçik dozasına toxunma nəticəsində ximik Andrey Jeleznyakov zəhərləndi, lakin buna görə o yerində keçinmədi. Onun şüurunu qaytarmaq üçün 10 gün lazım oldu. O yerimək qabiliyyətini itirdi. Növbəti müalicə Leninqradın məxfi xəstəxanasında davam etdirildi. Zəhər Jeleznyakovun sinir sistemini və sağlamlığını korladı. Bunun nəticəsində o 5 ildən sonra vəfat etdi. Digər əsas sinir agentləri insidentində (Tokyo, Halabca, Ğuta, Xan Şexun və s.) ölüm deyil, daha çox insan xəsarətləri baş vermişdir. Məsələn, Tokyoda 1995-ci ildə Metroda Zarin həmləsi nəticəsində12 adam həlak oldu, 70-ə qədəri isə əhəmiyyətli dərəcədə, 1000 isə yüngül xəsarət aldı.

  • Zəhərləyici maddənin təsiri baxımından Skripal və Litvinenko arasında aparılan müqayisə qeyri-relevantdır

Mdzinaraşvili tərəfindən belə bir oxşatma əsassızdır. Litvinenkonu 2006-cı ildə Londonda radioaktiv polonyumla zəhərlədilər, “Noviçokla” deyil. Oleq Qordiyevski, Rusiya KQB-nin sabiq zabiti, O “Soyuq müharibə” vaxtı Britaniya kəşfiyyatının ikiqat agenti idi, polonyumu siyasi qətllər üçün ideal silah adlandırır: “polonium ideal zəhərdir. O şəksiz ölümlə nəticələnir və onu istifadə edən əmindir ki məqsədinə 100% çatacaqdır”.


Təbliğatın metodu

Qeyri-relevant müqayisə aparmaq, tamaşaçılar arasında şübhə toxumları səpmək və yanlış təsəvvürlər yartmaq məqsədiylə təsdiqlənməmiş və yanlış məlumatı yaymaq.


Hazırlayanı Lia Dekanadze
Miflər Detektoru Laboratoriyası