İdentlik

Norvegiyada guya insest qanunlaşdırılıb məlumatı yalandır

30 Aprel, 2018

2018-ci ilin aprelin 18-də  “Obiektiv” teleşirkətinin efirində hüquqşünas Vaja Abakeliya Norvegiyada insestin qanunlaşdırıldığını dedi. Bununla belə, respondent norvegiyalılara qarşı nifrət dilindən istifadə edərək deyir ki, dünyanı “çirkləyən” norvegiyalılar yaxşı olardı ki, ümumiyyətlə yaranmayaydılar.

Vaja Abakeliyanın dediyi sözlər dezinformasiyadır. Norvegiyada insest qanunla qadağandır. Qərb dövlətlərində insestə qanunla icazə verilmə mifi artıq illərdir ki yayılmaqdadır və o, Gürcüstanın qərbə inteqrasiyasının baş tutduğu təqdirdə identliyi itirmək təhlükəsi ilə əlaqələndirilir. Bu başqa məsələlərlə birlikdə post-sovet məkanında Rusiya təbliğatının əsas silahlarından biridir.

 

  1. Norvegiyada insest cəzalandırılır

Norvegiyada insest cinayət hesab olunur. Norvegiyanın Mülki Məcəlləsində oxuyuruq ki “istənilən şəxs, hansı ki, ailə üzvləri, yaxud qan qohumları  - bacı, qardaş, valideyn və uşaqları ilə cinsi münasibət qurur,  5 il müddətində məsuliyyətə cəlb olunur”.

"
         2. İnsest haqqındakı miflər artıq illərdir ki yayılmaqdadır

Gürcü media məkanında insestlə bağlı dezinformasiya artıq illərdir ki yayılmaqdadır. Onun məqsədi əhalidə qərbə qarşı olan duyğuları alovlandırmaqdır. Kremlçi qruplar insest ətrafında mövcud olan dezinformasiyanı yaymaqla avropa dəyərlərini cinayətlə və pozğunluqla əlaqələndirmək istəyirlər və cəmiyyətdə identliyi itirmək təhlükəsini yaratmaq arzusundadırlar. İlk dəfə bu mifi gürcü disskursuna Birləşmiş Demokratik Hərəkatının lideri Nino Burcanadze gətirmişdir.
"

           3. Müxtəlif ölkələrdə insest necə tənzimlənir

Bir çox avropa ölkəsində (Almaniya, Böyük Britaniya, İtaliya, Avstriya, Danimarka, İsveç, İrlandiya, Yunanıstan, Kipr, Çexiya, Slovakiya, Polşa, Finlandiya, Macarıstan, Xorvatiya, Bolqarıstan və Rumınya)  qan qohumları arasıda cinsi əlaqələrlə bağlı qanunvericilik kifayət qədər sərtdir. Halbuki, Rusiyanın özündə yetkin yaşlılar arasındakı insest münasibətlər bu günə kimi cəzalandırılacaq əməl deyildir.  
 

Ölkə

Qanunvericilik

İtaliya

İtaliya Qanunvericiliyinə görə qan qohumları arasında cinsi əlaqələr 2-dən 8 il müddəti ilə cəzalandırılır.

Fransa

2010-cu ildə insestə zorakılıq kvalifikasiyası verildi

Amerika

ABŞ-da qüvvədə olan Qanunvericilik  nəzərə çarpacaq həddə sərtdir. Qohumlar arasında evlənmək məhdudiyyətinin dairəsi olduqca genişdir və bundan əlavə bəzi ştatda yaxın qohumlar arasında evliliyə bənzər yaşamaq da cəzalandırılır

Almaniya

Qohumlar arasında cinsi əlaqə azadlıqdan üç il müddəti ilə məhrum edilməklə cəzalandırılır.

Britaniya

2003-cü ildə Britaniyada insestə qarşı qanun sərtləşdirildi, potensial zorakılıqdan insanları qorumaq üçün cinsi zorakılığın müəyyənləşdirmə spektri genişləndirildi.

İrlandiya

1908-ci ilin dekabrın 21-də İrlandiya Respublikasında insest cinayət hesab olundu.   

Gürcüstan

2007 –ci ildə Gürcüstanda bioloji və qeyri-bioloji qardaş-bacı arasında evlənmək qadağan olundu.

Moldova

Keçmiş Sovet ölkələrində ailə üzvləri və yaxın qohumlar arasında cinsi əlaqə cinayət hüququ qaydasıyla yalnız Moldovada cəzalandırılır. 

Rusiya

Rus Qanunvericiliyi yetkin yaşlılar arasındakı insesti bu günə kimi qadağan etmir.


Təbliğatın metodu

Ad nauseam texnikası  eyni ideyanı dayanmadan təkrarlanmasını nəzərdə tutur.   Bu yalnızca bir ideya, yaxud da sadə bir sloqan ola bilər. Onu o qədər sıx-sıx təkrar edirlər ki, insanlar inanırlar.


Hazırlayanı  Mariam Lağundaridze
Miflər Dedetoru Laboratoriyası