NATO

NATO-Rusiya münasibətləri barədə İrma İnaşvilinin manipulyasiyaları

21 May, 2018

Aprelin 25-də, “Sakinform” informasiya agentliyi Vətənpərvərlər Alyansının liderinin Rusiya ilə dialoqun zəruriyyəti barədə bəyanatı haqqında material dərc etdirdi. İrma İnaşvilinin deməyinə görə, NATO-nin Baş Katibi Rusiyanı təcrid etməyi düşünmür, əksinə, onunla danışıqları davam etdirir.

İrma İnaşvili, Vətənpərvərlər Alyansı: "Siyasi spektr siyasi sekta halına düşmüşdür. Bu sektaya görə Rusiya ilə dialoq vətən xainliyi və Rusiya casusu olmaq deməkdir. Bu cəfəngiyyatın məntiqinə uysaq ən böyük casus NATO-nun Baş Katibinin özüdür. O, iki gün qabaq NATO-nun Rusiyanı təcrid etmək niyyətində olmadığını, NATO-nun Rusiya ilə dialoqu davam etdirmək istədiyini dedi”. 
Sakinform, 25 aprel, 2018

İrma İnaşvilinin guya NATO Rusiya ilə dialoqu davam etdirmək niyyətindədir iddiası manipulyasiya xarakterli və kontekstdən qoparılmış bir isbatdır. Aprelin 4-də Kanadanın Otava universitetində çıxış edərkən, NATO-nun Baş Katibi Yens Stoltenberq Rusiya ilə münasibətlərindən danışarkən NATO müttəfiqi dövlətləri və tərəfdaşları tərəfindən rus diplomatlarının qovulmalarının Ukraynada və Suriyada Rusiyanın etdiyi əməllərə, kiberhücumlara və başqa bir ölkədə daxili demokratiya proseslərinə müdaxiləsinə bir cavab olduğunu vurğulamışdır.

Real faktlar:

Aprelin 4-də Kanadanın Otava universitetinini tələbələri ilə görüşdə NATO-nun Baş Katibi Yens Stoltenberq Rusiya ilə münasibətlərdən danışdı. Stoltenberqə görə Rusiya tərəfindən Krımın qanunsuz ilhaqı, Şərqi Ukraynada qeyri-stabillik prosesində iştirak etməsi, Bəşər əl Əsəd rejimini müdafiə etməsi, kiberhücumları və başqa ölkələrdə daxili demokratik proseslərə müdaxilə etməsi NATO müttəfiqlərinin səbir kasasını daşırmış və rus diplomatlarının qovulması Alyansın buna qarşı atdığı birgə cavab addımıdır. Salisbur hücumu Rusiyanın atdığı aqressiv addımlardan ilki deyildir. Baş Katib həmçinin, bütün bunlara baxmayaraq NATO-nun Rusiyanı təcrid etmək niyyətində olmadığını da qeyd edib. Bunun səbəbi isə Rusiyanın qonşu ölkə olmasıdır.

"

NATO-Rusiya münasibətləri

Vətənpərvərlər Alyansı tərəfindən guya NATO Rusiya ilə dialoqa can atır mesajı ilk dəfə yayılmır. Mesajların məqsədi ictimaiyyətdə guya NATO Rusiyanın aqressiv xarici siyasəti ilə barışır və özü onunla münasibətlərini yaxşılaşdırmağa can atır fikrini möhkəmlətməkdir.

Şimali-Atlantik Alyansın rəsmi veb-səhifəsində, Rusiya ilə münasibətlər seksiasında NATO-nun Rusiya ilə ortaq maraqlar sahəsində tərəfdaşlıq münasibətlərini, dialoqu və praktiki əməkdaşlığı inkişaf etdirməyə artıq iyirmi ildən çoxdur can atması qeyd olunmuşdur, lakin Alyans və Rusiya arasında hər cür mülki və hərbi əməkdaşlıq 2014-cü ilin Krımın qanunsuz ilhaqından sonra dərhal dayandırılmışdır. Alyansın Rusiyanın Krımı qeyri-qanuni ilhaq etməsinə qarşı mövqesi və Ukrayna ya Gürcüstana siyasi dəstək verməsi məsələsi – dəyişməzdir.

"


Hazırlayanı Anna Peradze
Miflər Dedektoru Laboratoriyası