Mühacirlər

“Milli güc”ün guya Gürcüstanda 500 000 miqrant gətirilməsinin planlanması ilə bağlı dezinformasiyası

16 Oktyabr, 2018

Oktyabrın 3-də ultra-milliyətçi facebook qurupu “milli güc” məlumat yayımladı, məlumata əsasən guya 2020-ci ilin sonuna qədər Gürcüstanda 500 000 miqrant gətirilməsi planlanır və Gürcüstan hakimiyyəti ilə müxalifət (Milli Hərəkat və Avropalı Gürcüstan) bu məsələyə birlikdə razılıq veriblər.

"

Gürcüstanın kütləvi şəkildə miqrant qəbul etəməsi ilə bağlı heç bir beynəlxalq müqavilə çərçivəsində öhdəliyi yoxdur. Nə viza liberalizasiya, nə də assosiativ müqavilə və nə də readmisiya müqviləsi Gürcüstana miqrantlar qəbul etmək öhdəliyi vermir. Miqrantların qəbul olunması haqqında bənzər bəyanat nə hakim nə də müxalifət tərəfindən edilməyib.

Facebok səhifəsi “milli güc” dezinformasiyanı manipulativ foto ilə birlikdə yayımlayır. Fotoda Almaniya kansleri Angela Merkel miqrant axının fonunda durur. Avqustun 22-də Almaniya kanslerinin Gürcüstana səfərindən sonra miqrantların qəbul olunmasını müxtəlif aktorlar Angela Merkellə əlaqələndirməyə çalışırdılar. Guya bu səfərin miqrantların qəbulu ilə bağlı olması haqqında bəyanatları gürcü truppasının lideri Condi Bağaturiya və siyasətçi Aviqdor  Eskinverirlər (bax. bu mövzu ilə bağlı materyala).

Guya Avropa Birliyinin Gürcüstanı Suriyalı qaçqınları qəbul etməyə məcur etməsi ilə bağlı dezinformasiya artıq illərdir ki yayılır. Misal üçün 2016-cı ildə “Asaval-dasaval” üçün verdiyi müsahibəsində o vaxtlar Rusya yönlü siyasi partiya olan “Birləşmiş Demokratik Hərəkat”ın üzvü olmuş və indi Yevgeni Primakov adına Rus-gürcü İctimai Mərkəzə rəhbərlik edən Dimitri Lortkipanidze iddia edirdi ki, Avropa Birliyi ilə imzalanmış readmissiya adlanan müqavilə Gürcüstana suriyalı qaçqınları qəbul etmək öhdəliyi verir.

Gürcüstanı miqrant qəbul etməyə məcbur edilməsi ilə bağlı dezinformasiyadan  ultra-sağçı güclər miqrant əleyhinə və Qərb əleyhinə münasibəti formalaşdırmaq üçün istifadə edirlər


Propaqanda metodu

Ad nauseam-un texnikası, eyni ideanın duradan təkrarlanmasını nəzərdə tutur. Bu idea və ya asan sloqan ola bilər, o qədər təkrar edirlər ki, insanlar inanırlar.