Kommunist partiyası və Вечный зов-un sitatlarını Geworld.-ge “Dalesin planı” kimi təqdim edir

ახალი ცოვერ
150
VIEWS

Mayın 17-də  Geworld.ge portal “Alen Dales planı” haqqında məhşur olan bir  konspirasiyanı yenidən canlandırmışdır. Qeyd olunan konspirasiyaya görə, soyuq müharibə dövründə Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) sədri Alen Dales sovet ictimaiyyətinin mənəvi dəyərlərini məhv etmək üçün xüsusi plan hazırlamışdır. “İsanın göyə yüksəlişi günü gürcülərin yüksəlişi yoxsa süqutu”  başlıqlı materialda 1947-ci ildə Alen Dalesin “Konqres ya Senat qarşısında” məxfi məruzə ilə çıxış etdiyi deyilir.

Qeyd olunan hal Lavrenti Beriyanın nəzərindən qaçmayıb və tezliklə sənəd İosif Stalinin stolu üstünə qoyulub. Müəllifin fikrincə, qərb və SSRİ arasındakı soyuq müharibəsinə səbəb, böyük ehtimalla, məhz “Dalesin planı” olmuşdur. “Polad Generalsimusu dəmir pərdəni endirərək” Sovet İttifaqında əxalqsızlığın qarşısını almışdır.  Materialda “Dalesin planından” sitatlar gətirilərək, onların Gürcüstanın bu günki vəziyyətini yaxşı əks etdirdikləri deyilir, bunun üçün də Dales doktrinasının həqiqətən mövcud olub olmaması məsələsi bir o qədər də vacib deyildir.

“Alen Dalesin planı” gerçəkdə mövcud deyildir. Geworld-ge tərəfindən materialda istifadə olunan sitatlardan 4 Rusiyanın  kommunist partiyasının veb-səhifəsində 2015-ci ildə dərc olunmuş məqalədən iqtibas olunub, 1 isə sovet yazıçısı Anatoli İvanovun “Əbədi çağırış” (Вечный зов) romanından gətirilmişdir.

2015-ci ilin fevralın 26-da Moskva Dövlət Universitetinin Tarix fakultəsinin aspirantı Mixail Çist Rusiya Federasiyasının Komunnist partiyasının veb-səhifəsinin “Kommunist fikri” rubrikasında məqalə dərc etdirmişdir. Müəllif Rusiyaya qarşı xarici və rus liberal mediası tərəfindən aparılan genişmiqyaslı informasiya müharibəsi haqqında söz edir. Ona görə, liberal-qərb təbliğatını məhz 1945-ci ildə Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru, Alen Dalessin formalaşdırdığı metodları ilə aparır. Məqalədə Mixail Çist “Dallesin planını” detallı şəkildə müzakirə edir.

"


Geworld.ge-nin məqaləsindən sitatlar
"
Mixail Çistin məqaləsindən sitatlar
"
“Ədəbiyyat, teatr, kino, ümumiyyətlə nəşrlər – hər şey insanın nəfsani hisslərini əks etdirməli və onları mədh etməlidir”… “Литература, театр, кино – все будут изображать и прославлять самые низменные человеческие чувства.”
“Biz hamımız elə sənətkarları dəstəkləyəcək və qabaşa çıxaracağıq hansılar ki hər gün seksi, zorakılığı, xəyanəti yəni əxlaqsızlığı təbliğ edəcəklər”. “Мы будем всячески поддерживать и поднимать так называемых художников, которые станут насаждать и вдалбливать в человеческое сознание культ секса, насилия, садизма, диссидентства, словом, всякой безнравственности.”
“ Təmizkarlıq və namuskarlıq keçmişin qalıntısı və gülməli şey kimi qələmə veriləcəkdir. Tərbiəsizlik, sırtıqlıq, şər və yalan, əyyaşlıq və narkomanlıq, xəyanət və gözü götürməməzlik, millətlər və dinlər, nəsillər arasında düşmançılıq – ustaca və sezilmədən yayılacaqdır”… Честность и порядочность будут осмеиваться и никому не станут нужны, превратятся в пережиток прошлого. Хамство и наглость, ложь и обман, пьянство, наркомания, животный страх друг перед другом и беззастенчивость, диссидентство, национализм и противопоставление народов – всё это мы будем насаждать ловко и незаметно…”
“Biz insanları uşaqlıqlarından belə yoldan çıxaracağıq.  Seçimimiz pozmaq üçün daima gənclər olacaqlar.  Biz onlardan mənəviyyatdan xali, Мы будем браться за людей с детских, юношеских лет, будем всегда главную ставку делать на молодежь, станем разлагать, развращать, растлевать её».

“Komunnist fikri” rubrikasında dərc olunmuş məqalədə sitatların biri də  Anatoli İvanovun romanındandır. Bu epizodda SS zabiti Laxnovski əsir düşmüş sovet zabiti Polipovla Hitlerin məxfi planlarında gənclərdən istifadə olunmasının əhəmiyyətindən danışır.

Konspirasiyanın mənşəyi. “Dales planı” haqqındakı miflər Sovet yazıçısı Anatoli İvanovun “Əbədi çağırış” (Вечный зов) romanından qaynaqlanır. Romanın qəhrəmanı sovet zabiti İkinci Dünya Müharibəsi dövründə almanlara əsir düşür və onun dindirilməsi ilə SS zabiti Laxnovski məşğul olur. SS zabiti Polipovun köhnə tanışı və çarın jandarmeriyasının keçmiş üzvüdür. Əsir düşmüş Polipova Laxnovski gözlənilmədən Hitlerin məxfi planlarını açıb danışır (bax. Kitabın onlayn versiyasından bir parça).   Məxfi plan sovet xalqının məhvini Rusiyanın özündə formalaşdırılmış beşinci kollona vasitəsi ilə nəzərdə tutur. Laxnovski Polipova tarixi və mənəvi dəyərləri necə əl qatacaqlarını, Rusiyanın bütövlüyünü pozacaq insanlar necə tərbiyə edəcəkləri barədə danışır. “Dales planı” haqqında konspirasiya ilk dəfə 1993-cü ildə Mitropolit İyoan tərəfindən dərc olunmuş “Rusiya uğrunda mübarizə” məqalədə üzərə çıxdı və rus tabloid mediasında bu günə kimi məhşurdur.

თემატიკა: Kimlik
დარღვევის ტიპი: Konspirasiya
ქვეყანა/ორგანიზაცია: ABŞ
Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist