HTB-nin saxtalaşdırılmış kadrları: rus aviasiyası tərəfindən bombalanan Qori Tsxinvali adı ilə izləyiciyə təqdim olunur

სჰარეეს
941
VIEWS

Avqustun 8-də rus tele-şirkəti HTB jurnalist Serqey Xoloşevskinin müəllifi olduğu “Avqust 2008: həqiqətə məcbur etmək”.  adlı sənədli filmini yayımladı. Elə həmin gün tele kanalın rəsmi Facebook səhifəsində sənədli film haqqında video yerləşdirildi. Videoya əlavə olunmuş şərhdə qeyd olunurdu ki, avqustun 8-də Gürcüstan Cənubi Osetiyaya hücum edib. HTB-yə əsasən həmin gün həri əməliyyatlarla birlikdə informasiya müharibəsi də  başladı.

Videoda Tsxinvalinin şirniyyat kombnatının direktoru, Vadim Çxobrebov danışır ki, gürcü hərbiçiləri Tsxinvalidə yaşayış evlərinə girirdilər və zirzəmilərə əl qumbaraları yerləşdirirdilər. Bundan sonra videoda 2008-ci il avqustun 9-da rus aviasiyası tərəfindən Qori şəhərində yaşayış binalarının bombalanması zamanı elə həmin binada yaşayan yaralanmış Sopio Muradova görünür. HTB qeyd olunan kadrı gürcü tərəfinin Tsxinvali şəhərinə edilmiş hücumu kimi şərh edir.

"

Qoridə rus bombaları tərəfindən yaşayış evinin məhv edilməsi və atəşlənən evin fonunda yaralı Gürcüstan vətəndaşı Sopio Muradovanın fotosu elə həmin gün beynəlxalq  medianın diqqət mərkəzində  oldu və Rusiya tərəfindən Gürcüstana qarşı həyata keçirilən aqresiyanın simvoluna çevrildi. Rus silahının mərmiləri Sopio Muradovanın hər iki ayağını zədələdi və 7 il ərzində 13 əməliyyat keçirməli oldu. Avqustun 9-da Qoridə Rusiya tərəfindən yaşayış binasının bombalanması nəticəsində 15 insan həlak oldu.  

"

Rusiya mediası tərəfindən Qori şəhərinin bombalanması kadrlarının dezinformasiya məqsədi ilə istifadə olunması ilk dəfə deyil. 2008-ci ilin avqust ayının 10-da Rusia media vasitələri  Комсомольская Правда, Правда.ru, Вести.ru  guya Qorinin bombalanma kadrlarının səhnələşdirmə olmasını iddia edən materiyallar yaydılar. Dezinformasiya kampaniyası çərçivəsində media vasitələrindən biri hətta saxta müsahibə də uydurdu. Birbaşa olaraq müharibənin başlanmasında gürcü tərəfinin günnahlandırılması 2008-ci ilin avqust ayının səkkizində başladı. НТВ, Russia Today,  Аргументы и Факты, Комсомольская Правда ilə birlikdə Gürcüstanın Cənubi Osetiya adlanan əraziyə necə hücum etməsi, yaşayış məntəqələrini və Tsxinvali şəhərini yerlə bir etməsi haqqında danışılan materiyallar yayırdı. Real olaraq Rusiya Federasiyasının Nizamlı Birləşmələri Roki tunelini keçərək avqustun 7-də Gürcüstana, Tsxinvaliyə daxil oldular. Budan əvvəl gürcüs kəndləri bombalanmış və iki gürcü sülhməramlısı ölümüşdü. Elə həmin günavqust ayının 7-də Gürcüstan Prezidenti rus qüvvələrini dayandırmaq əmri verdi.

Müəllif haqqında. Serqey Xoloşevski 1996-cı ildən HTB-nin müxbiridir. Tele kanalın veb-səhifəsində yerləşdirilən əlumata əsasən, O 1992-ci ildə Lvov ali hərbi siyasi tədris müəssisəsinin jurnalistika fakültəsini bitirib, bundan sonra da sovet ordusunun Cerjinski adına diviziyasında xidmət edib. Müxtəlif vaxtlarda «На боевом посту», «Комсомольская правда», «Собеседник» qəzetlərində materiyallar yayımlayıb, eyni zamandan birinci və ikinci Çeçen müharibəsinin hadisələrini, Yuqaslaviyada hərbi əməliyyatları, İsraildə münaqişəni yayımlayıb. 2014-cü ildə Serqey Xoloşevski Krım hadisələrini işqılandırdığı üçün “Vətən qarşısında xidmətinə görə”medalı ilə təltif olunub.


Hazırladılar Dali Kurdadze və Ana Çitaladze

თემატიკა: Müfafiə/Təhlükəsizlik
Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist