Səhhət/biotəhlükəsizlik

Hepatit C-nin müalicə proqramının insanın ölümünə səbəb olması ilə bağlı Qiorqadzenin iddiası absurddur

24 Sentyabr, 2018

2018-ci il sentyabr ayının 11-də, Moskvada keçirilən mətbuat  konfransında Gürcüstanın keçmiş təhlüksizlik naziri İqor Qiorqadze bildirdi ki, guya Tbilisidə yerləşən “Luqari laboratoriyası”nda insanlar üzərində eksperimentlər aparırlar və bioloji silah hazırlayırlar. Qeyd olunan bəyanat Kremlin rus dilli (1 канал, Россия-24, РЕН ТВ, "Звезда" НТВ , Sputnik-Gürcüstanın rus dilli  veb-səhivəsi.) və gürcü dilli ( Sakinform) medyada geniş işıqlandı. Rusiya Xarici İşlər Nazirliyinin rəsi nümayəndəsi Maria Zaxarova isə ABŞ Dövlət Depatamentindən İqor Qiorqadze tərəfindən  yayılan məlumata izahat verməyi tələb etdi.

Qiorqadze tərəfindən təqdim olunan sənədlərə əsasən HTB tərəfindən hazırlanan  video materyalda deyilib ki, Luqari laboratoriyası rəsmi olaraq hepatit C-nin qiyməti 80 min dollar olan dərmanının təcrübəsi ilə məşğuldur. Gürcüsta vətəndaşları isə onu pulsuz alırlar.

Keçmiş təhlükəsizlik nazirinin bəyanatları absurddur, çünki Luqari laboratoriyası hepatit C-nin yoxlama proqarmının müalicə prosesində yox, sadəcə diaqnostika hissəsində iştirak edir. Xəstələrin ölüm səbəblərinin sovald dərmanının olması iddiası və onun Gürcüstanda test olaraq istifadə olunması hər cür elmi əsasdan uzaqdır, çünki nə sovalda, nə də soposbuvirə, eyni zamanda ikinci mərhələdə istifadə olunan harvona yoxlama lazım deyil: hər iki dərmanın avropa və amerika keyfiyyət təsdiqləyici sənədi var və sadəcə Gürcüstanda deyil, dünyanın müxtəllif ölkəsində geniş istifadə olunur. qeyd etmək lazımdır ki, 2015-2017-ci illərdə bu proqramda iştirak edən 36 012 xəstədən 481-i mülaicə olunub.

Fakt 1. Luqari laboratoriyası hepatit C-nin eliminasiya proqramının sadəcə diqanostika hissəsində iştirak edir və xəstələrdən müxtəlif analizlər alır.

Fakt 2. İqor Qiorqade tərəfindən rəqdim olunan sənədlər aylıq hesabatlardır və oktyabrın 31-dən noyabrın 30-a qədər olan dönəmi əhatə edir. Qiorqadzenin bəhs etdiyi adamlar bir gün ərzində yox, bir ay ərzində, noyabr ayında vəfat ediblər. 30 dekabr hesabatın hazırlanması tarixini göstərir, ölənləri yox.

Qeyd etmək lazımdır ki, dünyada il ərzində hepatit C ilə bağlı qara ciyər xəstəliyi ilə 399 000 insan ölür, bu da müalicənin gec başlanması və baş-başqa səbəblərlə bağlıdır. Gürcüstanda isə xroniki hepatit C-ə yoluxanların sayı təxminən 150 000-dir. bununla yanaşı 2015-2017-ci illərdə xəstəliyin aradan qaldırılması üzrə dövlət proqramı ilə Gürcüstanda 24 481 xəstə şəfa tapıb.

"

"

"

"

Fakt 3: Qiorqadze tərəfindən yayımlanan 2015-ci ilin dekabr ayında vəfat etmiş insanların hesabatına aid olan  11 sənəddən 6-da ölümün səbəbi göstərilib və ölüm səbəblərinin məlum olmaması ilə bağlı onun bəyanatı yalandır.
"
Fakt 4: Ölümlərin səbəbinin sovaldia dərmanının olması və onun Gürcüstanda tes olaraq istifadə edilməsi iddiasının he bir elmi əsası, təsdiqi yoxdur, çünki nə sovalda, nə də soposbuvirə, eyni zamanda ikinci mərhələdə istifadə olunan harvona yoxlama lazım deyil: hər iki dərmanın avropa və amerika keyfiyyət təsdiqləyici sənədi var. Harvonun effektivliyi isə bir çox klinik tədqiqat nəticəsində təsdiq olunub. Onların hər ikisi yüksək effektivliklə və yan effektlərin azlığı lə seçillir.

 

  • Sovaldın (Soposbuvir) - ABŞ-ın Qida və Dərman İdarəsi (Food & Drug Administration - FDA), eyni zamanda Avropa Tibb Agentliyi (Medicinal Agency – EMA) tərəfindən verilən beynəlxalq və gürcü bazarında qəbul olunan keyfiyyət təsdiq sənədləri var; hər iki dərmanı Gürcüstana tam təminatsız olaraq “Qilead” şirkəti verib.

"

Hepatit C-nin eliminasiya proqramı

Hepatit C-nin eliminasiya proqramı 2015-ci ildən fəaliyyət göstərir. Ona ehtiyac olduğunu ölkədəki mövcud statistika göstərdi. Statistikaya əsasən böyüklərin 5.4% hepatit C-yə yoluxmub. 2013-cü ildə Gürcüstan ABŞ-ın xəstəliklərə nəzarət mərkəzinə müraciət etdi ki, ona kömək etsin. Bunun nəticəsində “Qilead” şirkəti Gürcüstana hepatit C-dən müalicə dərmanlarını verməyi öz üzərinə götürdü. 2015-2017-ci illərdə, dövlət proqramı ilə 36 012 xəstə müalicə alıb, şəfa tapanlaın göstəricisi 98%-ə çatıb və 24 481-ə bərabırdir.

Eliminasiya proqramı çərçivəsində Gürcüstan inovativ skrininq, diaqnostika, prevensiya və müalicə strategiyalarının inkişafını davam etdiri. Gürcüstan nümunəsinə bənzər pulsuz proqram İslandiyada da başladı. Mövcud uğurlu təcrübəni  paylaşmağa Belçika və Yunanıstan da hazırlaşır.


Proqramın metodu

Konspirasiya və psevdo elmin hədəf auditoriyasına təsiri böyükdür. Bu metodlardan istifadə edərək əhalidə şübhə və qorxu oyatmaq başlayır.

Luqari laboratoriyasına hepatit C-nin eliminasiya prosesində əhəmiyyətli rol düşür

Senator Riçard Luqar adına İctimai Səhiyyə Mərkəzi Referal laboratoriya 1997-ci ildə imzalanmış çərçivə müqaviləsi və 2002-ci ildə ABŞ Müdafiə Departamenti və Gürcüstan Müdafiə Nazirliyi arasında “Bioloji silahın inkişaf etdirilməsi ilə bağlı texnologiyaların, patoqenlərin və təcrübənin qarşısının alınması sahəsində əməkdaşlıq haqqında” əldə olunmuş razılaşma çərçivəsində 2011-ci ildə açılıb. laboratoriyanın tikinti və texniki təchizatının toplam sərmayəsi 350 mln ABŞ dolları təşkil edib. Laboratoriya 2013-cü ildə Xəstəliklərə Nəzarət və Milli İctimai Səhiyyə Mərkəzinin tabeliyinə verildi, 2018-ci ildən isə Luqari Mərkəzi və Laboratoriya şəbəkəsinin ta maliyyəsi və fəaliyyətinə cavabdehliyi Gürcüstan hökuməti öz üzərinə götürəcək.

Luqari laboratriyası bütün regionda öz imkanları və təchizatı ilə seçilir. O hepatit C-nin diqanostikasında eliminasiya proqramı çərçivəsində mühüm rol oynayır.

 

İqor Qiorqadze haqqında

İqor Qiorqadze 1973-1995-ci illərdə Sovet Təhlükəsizlik Xidmətində müxtəlif vəzifələrdə işləyirdi və 1980-1981-ci illərdə SSR KGB-nin xüsusi təyinatlı dəstəsi olan “Kaskad”ın  Əfqanıstanda döyüş əməliyyatlaında iştirak edib. 1993-1995-ci illərdə Gürcüstan Təhlükəsizlik Naziri olub; 1995-ci ildə prezident Eduard Şevardnadzeyə qarşı həyata keçirilən hücumdan sonra ölkəni tərk edib; Prezidentə qarşı terakt həyata keçirtmək cinayəti ilə 1995-ci ildə interpolun qırmızı xətti ilə İqor Qorqadze axtarışa verilib. İnterpol Qiorqadzenin axtarışını 2016-cı ildə dayandırdı, çünki ona Rusiya tərəfindən qaçqın statusu verilmişdi. Axtarışda olduğu zaman Qirqadze Rusiyada “Ədalət” partiyası və “Soros əleyhinə” təşkilatı təsis edib.


Hazırladı Sopo Qoqitadze, Ana Çitaladze