Gürcü dilli medyada Skripallar haqqında Kreml versiyası

new-piktochart_31677848 (1)
40
VIEWS

Britaniya istintaqı tərəfindən Skripalların zəhərlənməsində şübhəli bilinən şəxslərin həqiqətdə günahsız olmaları barədə rəsmi Moskva və rus Kremlist medyasının mövqeyi gürcü dilli medyada da yayıldı.

Sputnik-Gürcüstan: “Londonda “Skipalların işi”ndə şübhəli bilinən Rusiya vətəndaşları Aleksandr Petrov və Ruslan Boşirov Böyük Britaniyada üzərlərində hər hansı zəhərləyici maddənin olmasını inkar ediblər, bununla bağlı onlar RT və Sputnikə verdikləri müsahibədə bildiriblər” (13 sentyabr).

Sakinform: “Rusiya vətəndaşları Solsberidə baş verən insidentdə iştirak etmələrini kəskin inkar edirlər və ümid edirlər ki, Britaniya tərəfi həqiqi cinayətkarları tapacaq” (14 sentyabr).

Davit Akubardia, Spektr: “Bax, elə indi, “Ruşa Tudey” o iki tipi buraxdı ki, göstərdilər… Tereza Mey yazıq bir az yaxşı deyil və kimsə iki nəfər göstəriblər və deyirlər ki, QRU-nun agentləridirlər”.

Skripalların zəhərlənməsi haqqında Britaniya istintaqı məlumat yaydı və məlumata əsasən cinayət işində iki Rusiya vətəndaşı şübhəli bilinir. Şübhəlilər Aleksandre Petrov və Ruslan Boşirov mart ayının ikisində Londona gəliblər, Skripallar zəhərləndikləri gün isə Solsberidə olublar. Onların pasportları Rusiya Müdafiyə Nazirliyi ilə əlaqəlidir. Rus medyası çalışır ki, şübhəliləri mülkü vətəndaş və turist olaraq göstərsin. Russia Today ilə müsahibə zamanı şübhəlilər Solsberə guya turist olaraq getmələri haqqında bəyanat verirlər və iş adamları olduqlarını deyirlər. Bu fakt Bellingcat və The İnsider-in jurnalist araşdırması və Britaniya İstintaq qurupu tərəfindən Rusiya vətəndaşlarının Solsberidə turistik motivlə qonaq olmalarınıəsaslı şübhə altına alan və onların Ruiya Müdafiyə Nazirliyi ilə əlaqələri haqqında yayılan məlumatla uyğun gəlmir.

Britaniya İstintaqı Aleksandre Petrov və Ruslan Boşirovun səfərləri haqqında  faktlar yaydı.

  • Hesabata əsasən şübhəlilər Qatvik aereportuna cümə günü, mart ayının 2-də  eniblər. Sonra isə onlar qatarla Londona gediblər və City stay hotel mehmanxanasına yerləşiblər. Məhz bu mehmanxanada istintaq zəhərləyici agent “noviçok”un  izini aşkarlayıb. Petrov və Boşirov şənbə və bazar günləri iki dəfə Solsberiyə gediblər və orada bir neçə saat olublar və sonra geri, Londona qayıdılar, ikinci gün isə, mart ayının 4-də yenidən Solsberiyə gediblər. Onları Skripalların evinə olduqca yaxın yerdə kamera görüntüləyib.
  • Şübhəlilərdə Aleksandr Petrovun və Ruslan Boşirovun adına 2016-cı ildə verilmiş real pasportları olub. Qəribədir ki, onlar demək olar ki, pasportlarını ikisi də eyni vaxtda alıblar. Pasport nömrələri arasında isə sadəcə son rəqəmlər fərqlənir (1294 və 1297).

Bu işi Bellingcat və The İnsider araşdırıblar və sentyabrın 14-də müvafiq hesabat təqdim ediblər:

  • Materiyalda yayımlanan  sənədlərə, görə Aleksandre Petrov Federal Miqrasiya Xidmətinin (FMS) üzvüdür. Onun sənədlərində” məlumat verməyin“. işarəsi var. Standart vətəndaş pasportunda isə oxşar möhür sadəcə mövcud deyil.

"

  • Petrovun “Məlumat vermə” yazılmış faylının nömrəsi var: 195-79-66. ABC News-un jurnalisti Patrik Rivel və müstəqil müxbir Oliver Karol eyni vaxtda qeyd olunan nömrəyə zəng vurublar. Onların hər ikisinə  bildiriblər ki, nömrə Rusiya Müdafiyə Nazirliyinə aiddir.

"

Sentyabrın 5-də Böyük Britaniya baş naziri Tereza Mey Skripalların cinayət işlərinin istintaqının nəticələri haqqında rəsmi bəyanat verib. Onun dediyinə görə, şübhəli şəxslər Rusiya Dövlət Kəşfiyyat İdarəsinin əməkdaşlarıdırlar.

Rusiya Prezidenti Vladimer Putin işlə Rusiyanın və təqsirləndirilən şəxslərin hər hansı əlaqəsinin olması ehtimalını təkzib etdi.

Vladimer Putin: “Biz təbiiki bu insanların kim olduqlarını yoxladıq. Biz onların kim olduqlarını bilirik. Biz onları tapdıq. Onlar təbiiki mülkü şəxslərdirlər… ümid edirəm ki, onlar özləri üzərə çıxacaqlar və hər şeyi özləri deyəcəklər. Hamı üçün belə yaxşıdır”.

Elə həmin günün səhərisi, sentyabrın 13-də işdə şübhəli bilinən şəxslər Russia Today-ə  müsahibə verdilər. Qeyd etdilr ki, Solsberə dostlarının məsləhəti ilə turistik məqsədlə gediblər. Onların sözlərinə görə, uzun zaman idi ki, bu səyahəti planlayırdılar, lakin biletləri səfərin öncəki günü alıblar. Müsahibədə həmçinin bildirilər ki, Solsber katedralını görmək üçün gediblər, lakin pis hava şəraitinə görə, bunu edə bilməyiblər. Ancaq onlar Solberə gedərkən hava olduqca yaxşı olub və qar da quruyubmuş. Onu da qeyd etmək lazımdır ki, olar katedral tərəfə deyil, şəhərin fərqli hissəsində olan Skripalların evinə doğru gediblər.


Müsahibədə deyirlər ki, dostların məsləhətləri ilə uzun zamandır ki, Qotik arxitekturasını görmək üçün Solsberiyə getməyi planlayırdılar. Onlar uçuşlarını mart ayının 1-də Moskva vaxtı ilə saat 22:00-da, yəni yola düşməzdən öncəki gecə planlayıblar və əlavə olaraq mart ayının 4-ə geri dönüş bileti də alıblar.
Şübhəlilər qeyd edirlər ki, Solsber katedralını görməyə gediblər, şəhərdə gəzərkən ola bilər ki, gedib Skripalların evinə çatıblar. Solsberi katedralı yerli qatar vağzalından sadəcə 15 dəqiqəlik məsafədə, Şimal-Qərb istiqamətində yerləşir. Lakin, onların hər ikisi məhz əks istiqamətlə, cənuba bir-başa Serqey Skripalın qonşuluğuna gediblər. Müşahidə kameraları onları Skripalların evindən bir dəqiqəlik məsafədə yerləşən yanacaq doldurma məntəqəsi yaxınlığında qeydə alıblar.
Boşirov və Petrov Solsberiyə qısa səfərlərini qarlı, öalçıqlı və pis hava şəraiti ilə izah edirlər. Şənbə günü Solsberidə havanın temperaturu 5 dərəcə olub. Mart ayının 4-də isə qar hər yerdə tamamən quruyub, bu CCTV-nin fotolarında da görünür.
Onlar eyni zamanda bildiriblər ki, dünyada tanınan daş dövrünə aid Stonohenge heykəlini görmək istəyiblər, lakin hava pis olduğuna görə bunu edə bilməyiblər. Solsberidə bazar günü hava çox daha yaxşı olub, turistik gəzməli yerlər isə açıq olub.
Petrov və Boşirov özünü qida əlavələri, fitnes və sağlam qida sahəsi üzrə çalışan iş adamı kimi qələmə verirlər. Sosial şəbəkə və internetdə axtarış edərkən onların adları bu sənaye ilə əlaqələnmir.

  • Qeyd olunan hadisə haqqında rus medyasının ismarıcları bir neçə dəfə dəyişdi. Newsland-in sentyabrın 9-da yayımlanmış məqaləsinə əsasən Britaniya Kəşfiyyatı tərəfindən yayılan fotoda əks olunan rusiya vətəndaşları britanyalı aktyorlardırlar.
  • Daha sonra fotoların özləri manipulativ elan olundu. Rusiya Xarici İşlər Nazirliyinin spikeri Mariya Zaxarova  bildirdi , ki, fotolar saxtalaşdırılıb və üzərinə yazılmış ftonun çəkilmə tarixi dəyişdirilib.
  • Bundan sonrakı  mesajlar təsdiq edirlər ki, fotoda həqiqətən rus vətəndaşlarıdırlar, lakin onlar Böyük Britaniyaya sadəcə turistik məqsədlə gediblər.
თემატიკა: Hüquq/Kriminal
დარღვევის ტიპი: Dezinformasiya
Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist