Müdafiə/təhlükəsizlik

Geworld-ün “Stinqer” və “Javelin” raketlərinin yararsız olması ilə bağlı yaydığı yanlış məlumat

15 Avqust, 2018

2018 –ci ilin iyun ayının 28-də “Gürcüstan və düya” portalı “Javelinləşmiş Gürcüstanın Stinqerləşdirilməsi” başlıqlı  material, yayımladı. Bu materialda müəllif Müdafiə Nazirliyinə namizəd Levan İzoriyanın parlamentdə komitələrin birləşmiş iclasında etdiyi bəyənata  toxunur,  Bəyanatda deyilirdi ki, tank əleyhinə sistemlərdən – “Javelinlər”dən sonra, Gürcüstan ABŞ-dan anti-hava müdafiə sistemləri olan “Stinqerlər” alacaq.

Müəllif “Javelnlər”in və “Stinqerlər”in “ultra müasirlik”lərini sual altına salır və onları köhnəlmiş adlandırır. Onun sözlərinə görə, öz hərbi təchizatını yeniləmək və ya ləğv etmək ABŞ-a baha başa gəlir və çıxış yolunu silahlarını Gürcüstana satmaqda görür.

Tank əleyhinə sistem olan Javelinlərin və hava əleyhinə müdafiə sistemi – Stinqerlərin köhnəlmiş və yararsız olması ilə bağlı iddia əsassızdır. ABŞ həm hərbi, həm də təlim əməliyyatlarında Stinqerlərdən və Javelinlərdən fəal istifadə edir və bu silahları mütəmadi olaraq yeniləyir və buna küllü miqdarda pul xərcləyir.

Fakt N1: Son 15 il ərzində Stinqerin populyarlığını itirməsinə onların “lazımsız və yararsız” olmaları yox, ABŞ-ın hərbi qüvvələrin taktikasını dəyişdirməsi səbəb oldu. 2018-ci ildə ABŞ ordusu təlim əməliyyatlarında yeni strateji təşəbbüslər çərçivəsində Strinqerdən intensiv olaraq istifadə etməyə başladı.

Bunu 2018-ci ilin yanvar ayında ABŞ silahlı qüvvələrinin rəsmi veb-səhifəsində yayımlanan  məlumat, da təsdiq edir. Məlumatda bildirilir ki, ABŞ-ın 7-ci ordusunun təlimlərində komandirlik birgə çox millətli döyüş hazırlıq mərkəzi əskərlərə hava əleyhinə müdafiə sistemi - FIM-92 stinqerlərdən istifadə edərək təlim keçməyə başlayacaq.

ABŞ hava müdafiəsinin inteqrə olunmuş ofisinin təlimləri və doktrina rəhbəri Aaron Felter bildirir ki, bu gün hava əleyhinə sistem olan Stinqer ordunun təchizatında önəmli yerlərdən birini tutur. Felterin sözlərinə görə, təlimlərin məqsədi operativ qüvvələrin Stinqerlə təchiz olunmuş 62 qurupla gücləmdirməkdən ibarətdir.  

"
Foto: The National Interest

FIM-92 Stinqerdən ABŞ hərbi qüvvələrinin ilk dəfə 1981-ci ildə Əfqanıstanın sovet işğalına qarşı istifadə etməsi Gürcüstan tərəfindən ABŞ-dan alınan silahların müasir tələblərə uyğun olması faktını şübhə altına salmağımıza və köhnəlmiş adlandırmağımıza əsas vermir. Hava əleyhinə sistem Stinqer ilkin təməl modelindən bu günə qədər bir çox faza keçib. FIM-92A-dan FIM-92-K modelinə qədər maneələrə qarşı müqavimət, hədəfi dəqiq nişan alma qabiliyyəti, dronlara qarşı effktivlik və silahın “həyat ömrü” artdı. Stinqerin yeni modellərini NATO-nun demək olar ki, bütün üzvü və ABŞ-ın müttəfiq ölkələri i stifadə edirlər.

Fakt N2. Stinqerlər və Javelinlər ABŞ anbarlarında fəaliyyətsiz qalmır”.

ABŞ Müdafiə Departamentinin rəsmi səhifəsində yerləşdirilmiş foto materiyala  əsasən, hava əleyhinə sistem Stinqer 2018-ci ilin mart ayında, Alyaskada, ABŞ silahlı qüvvələrinin hərbi təlimi olan Arctic Edge  zamanı dəniz piyadaları tərəfindən aktiv istifadə olunurdu. Javelinlərin “istifadəsiz qalması” haqqında bəyanat da yersizdir, çünki ABŞ ordusu və hərbi-dəniz donanması Javelin tipli tank əleyhinə sistemdən 2003-cü ildə İraqda aparılan hərbi əməliyyat zamanı, eyni zamanda Əfqanıstanda Talibana qarşı COIN strategiyası ilə döyüş zamanı uğurla istifadə etdi.

"

Javelinlərin ABŞ-ın müasir təlimlərindəki əhəmiyyətini həmçinin ABŞ Müdafiə Departamentinin foto qaleriyası da təsdiq edir.

"

Foto. Dəniz piyadalarının hərbi təlimi  Platinum Lion zamanı, Bulqarıstan, 201-cı il. Təlim NATO-nun üzv və müttəfiq ölkələrini Şərqi Avropanın Təhlükəsizlik və Regional Müdafiəsinin gücləndirilməsi məqsədi ilə birləşdirirdi

"

Foto: Grafenwoehr Training Area, Almaniya,, 2016-cı il 24 fevral.  
"

Foto.  Rock Sokol məşqləri çərçivəsində Javelin atışı, Sloveniya, 2016-cı il  9 mart.

Fakt N3: 2018-ci maliyyə ili üçün ABŞ stinqerin modifikasiyası və təkminləşdirilmə proqramının araşdırılması üçün maliyyə ayırır. 2017-ci ilin iyul ayında Javelin istehsal edən şirkət Reyteon və Lokhid Martin tank əleyhinə sistemin yenilənməsi üçün 10 mln dollarlıq müqavilə alıb

Hələ 2017-ci  ilin may ayında, müdafiə departamentinin 2018-ci malliyyə ili üçün ordunun müdafiə büdcəsinə aid olan brifinqində, Stinqer məhsulunun təkminləşdirilməsi proqramı üçün sərmayə haqqında fikir səsləndi. ABŞ Javelinlərlə bağlı da pula qənaət etmir, çünki 2017-ci  ilin iyul ayında Javelin istehsal edən şirkət, Reiteon və Lokhid Martin tank əleyihnə sistemin yenilənməsi üçün 10 mln dollarlıq müqavilə alıb.


Hazırladı Sopo Ekseulidze
Miflər detektoru laboratoriyası