Geworld-ün rus konspirasiyası “Siçovullar padşahı” haqqında bədii əsərin siujetidir

ერტი
530
VIEWS

2018-ci ilin may ayının 24-də onlayn nəşr olan “Gürcüstan və dünya“Əxlaqın məhv edilməsi  və adam yeyən texnologiyalarla “siçovullar padşahı”” başlıqlı məqalə yayımladı. Məqalənin müəllifi iddia edir ki, qlobal güclər keçmiş sovetlər birliyinin provaslav əhalisi üçün “siçovullar padşahı” adlı texnologiya hazırlayıblar və onun məqsədi insanda əxlaq və mənəviyyatı məhv etməkdir. “Geworld” bunun ilustrasiyasını siçovullar üzərində aparılmış sınaqların misalında həyata keçirir, burada qəfəsda olan siçovulun özünü xilas etmək məqsədi ilə daha zəif varlığı necə yediyi göstərilir.

“Siçovullar padşahı” növbəti rus konspirasiyasıdır. “Geworld.ge”nin məqaləsi mənbə göstərilmədən tamamən rus veb səhifələrindən tərcümə olunub. “Siçovullar padşahı” isə real olaraq 1962-ci ildə nəşr olunan bədii əsərin başlığıdır, onun müəllifi Britaniyalı yazıçı Ceyms Klaveldir. Konspirasiyanın siçovulların qəfəsdə bir birlərini necə yemələri ilə bağlı siujeti məhz bu kitabdan götürülüb.

1. “Siçovullar padşahı” qlobalistlər tərəfindən hazırlanmış texnika deyil, bədii əsərdir

1962 –ci ildə nəşr olunmuş “Siçovullar padşahı” Britaniyalı yazıçı Ceyms Klavelə aiddir. Kitabın siujeti II Dünya Müharibəsi zamanı baş verən hadisələri əhatə edir. Əsərin qəhrəmanları Sinqapurda müharibə əsirlərinin düşərgəsində sağ qalmağa çalışırlar. Baş qəhrəmanlardan biri dostları ilə birlikdə siçovulları yetişdirmək və siçovul ətini qida kimi satmağı təklif edir. Düşərgədən azad olduqdan sonra isə kitab qəhrəmanları siçovulları qəfəsdə əyləyirlər. Kitabın son səhnəsində siçovullar bir-birlərini yeməyə başlayırlar. Sağ qalan ən güclü isə “siçovullar padşahı” olur.
"

2. “Geworld” məqaləni rus portallarından mənbə göstərmədən tərcümə edib

“Siçovullar padşahı” rus portallarında eyni mətnlə 2013-cü ildən mövcuddur. Nəşrlərin sadəcə başlıqları fərqlənir. Misal üçün, “siçovullar padşahı, yəni bir-birimizi necə yeyirik”, “siçovullar padşahının texnologiyası ilə adam yemək” və s. Ən yaxın zamanların əşrlərindən biri  “Anti Maydan” hərəkatının liderlərindən olan və “Böyük Torpaq”  partiyasının təsisçisi Nikolay Starikova aiddir. Onun devizi  belədir: „Rusiya dünyadan böyükdür”. Nikolay Starikov öz növbəsində rus portalı olan “Военное Обозрение”ni mənbə olaraq göstərir.

"

"

"

Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist